» » “Yahova şahidləri” haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Yahova şahidləri” haqqında
    +5
    Müəllif: Admin | 5-03-2016, 00:31 | Baxılıb: 1 944
    "Yahova şahidləri”

    Bismillahir-rəhmanir-rəhim. 
    Sionist yəhudilər müsəlmanların arasında parçalanma məqsədi ilə vəhhabilik kimi firqələr yaratdığı kimi xristianlarında arasında da təfriqə salmaq üçün yəhova şahidlərini yaradıb.

    Daha ətraflı aşağıdakı məqalədən oxuyun: 
    "Yahova şahidləri” - yəqin bu ad çoxlarınıza tanışdır. Onların əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. Dinini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar bu dəvəti qəbul edirlər. Bəs Yahova Şahidləri kimlərdir? Nə zaman yaranıb və hardan gəlib?
    "Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
    Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891-ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi.

    Yahova Şahidlərinin strukturu

    Yahova Şahidləri üç qrupa bölünürlər. İlk iki qrup Aristokrat qrupudur və onlar "Sadiqlər” adlanırlar; sayları təxminən 200 minə yaxındır. Qalanı isə uşaq və ya xidmətçi səviyyəsində olanlardır.
    Təşkilata yeni üzv olanlar üçüncü qrupdan olmağı əvvəlcədən qəbul etməlidirlər.
    Onlar bir robot kimi sadəcə mərkəzdən gələn əmrləri yerinə yetirirlər.
    Onlar şirin söhbətlərlə gəncləri, xüsusən, müsəlman uşaqlarını aldatmağa, öz amallarına xidmət göstərməyə məcbur etməyə çalışırlar. Telefon danışıq mərkəzlərindən aldıqları ünvanlara broşurlar, kitablar göndərirlər; cəlbedici, gənc qızları qapı-qapı dolaşdıraraq evlərə, iş yerlərinə bu broşur və kitabları dağıdırlar.
    Dini görünüşlü bu təşkilatın yayım evləri, villaları, məktəbləri, müxtəlif komitələri və müfəttişləri vardır.
    "Gözətçi qülləsi” və "Üsyan” adlı məcmuələrini ayda 5 milyondan artıq tirajla nəşr edib paylayırlar.

    Əsas inancları

    1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də "Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
    2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. İsa peyğəmbəri və İncili öz hədəfləri (Dünyanı ələ keçirmək və dini-dünyəvi bir dövlət qurmaq) üçün alət kimi istifadə edirlər.
    3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. Şeytan da bu dünyanın gözəgörünməz idarəedicisidir.
    4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır və bundan əlavə, İsanın əsgərlərilə birlikdə bir "Nicatverici” döyüşə girişib yer üzündəki bütün hökmdarları, siyasi qurumları, dövlətləri, millətləri, qısası (öz təbirlərilə) şeytanın güclərini yox edəcəyinə və beləcə Tanrının krallığının da, görünür hələ qarşıda olduğuna inanırlar.
    5. Ruha və sonsuzluğa inanmırlar.
    6. Özlərinə məxsus ibadətləri vardır, buna "Kral Salonu” adı verirlər.
    7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. "Yahova şahidi” olmayan hər kəs - onlara görə - bir heyvandır, keçidir və "Yahova Şahidləri”nə qarşıdır.
    8. Bütün rejimlərə qarşıdırlar. Camaatı üsyana təhrik edirlər. Yəhudilikdən başqa bütün dinləri düşmən bilirlər; rəhbərlərinin hamısı yəhudidir. Hər "Yahova şahidi” tanrı qəbul etdikləri Yahovanın əsgəridir; əsgərliyə getmir, dövlət bayrağını tanımırlar.
    9. Yəhudiliyin müqəddəs saydığı on doqquz kitabın müqəddəsliyini qəbul edirlər.
    10. Xristianların təslis inancını, yəni Ata-Oğul-Ruhul Qüds üçlüyünü Yehova-Oğul-Ruhul Qüds kimi qəbul edirlər.

    "Yahova şahidləri” Azərbaycanda

    Sovet İttifaqının dağılmasından və Qərbin Azərbaycana ayaq açmasından sonra bəzi dini qrup və missiyalar da bu islami ölkəyə daxil olmağa başladılar.
    Əsaslı maliyyə dəstəyinə malik bu dini təşkilatlar öz din və adət ənənələrini Azərbaycanın müsəlman xalqına qəbul etdirmək üçün çox böyüksəylərə başladırlar. Bu qrupların biridə "Yahova şahidləri” (Yahva şahidləri) qrupudur ki, son zamanlar öz fəaliyyətini ölkəmizdə xeyli intensivləşdirib. Rəsmi olraq onları fəaliyyəti Azərbaycanda qadağan olunub.
    Cənubi Qafqazda "Yahova şahidləri"nin əsas evi Gürcüstan sayılır. Bu ölkə heç də təsadüfi seçilməyib. Ermənistan və Azərbaycanın "yahovalar"ının bir yerdə cəmləşməsi üçün Tiflis ən yaxşı məkandır. Hər il bir neçə dəfə Tiflisə özlərinin konqresinə gedən "yahovalar"ın Azərbaycandakı sayını öyrənmək o qədər də çətin deyil.
    Hazırda 230-dan çox ölkədə təbliğ olunan 6 milyondan çox insan özünü "Yahova şahidi" adlandırır.

    Yığıncaqları və "Krallıq zalları"

    "Yahova şahidləri"nin yığıncaqlarının əksəriyyətində hər həftə 3 görüş keçirilir. Görüşlər dua ilə başlanır və dua ilə başa çatır. Görüşlərin çoxunda ruhani (ilahi) mahnılar oxunur. Giriş sərbəstdir. Yığıncaq iştirakçıları, imkanına görə, əvvəlcədən qoyulmuş qutulara pul atır. Yığıncaqlar keçirilən "Krallıq zalları" adlandırılır. Bu tikililər adətən müxtəlif ölkələrdə "Yahova şahidləri"nin sıralarından olan könüllü işçilər tərəfindən inşa edilir və sadə olmasına əhəmiyyət verilir. "Krallıq zalları"nda, müxtəlif xristian məzhəblərində olduğu kimi, şəkillər, xaçlar və buna bənzər şeylər görmək mümkün deyil. İcarəyə götürülən yerlərin xərcləri könüllü ianə hesabına ödənilir. Başqa yerlərdə onların məclislərinə giriş sərbəst olduğu halda, ölkəmizdə bura ancaq əvvəlcədən dəvət edilənlər daxil ola bilər.
    Hər bir yığıncağa "ağsaqqallar", yəni nəzarətçilər rəhbərlik edir. Onlar yığıncağın təşkilinə başçılıq edirlər. Onlara köməkçilər yardım edir. Bu xidmətçilər yığıncaqdakı başqa adamlardan üstün hesab edilmir. Onların xüsusi titulları olmur. Geyimlərilə də başqalarından fərqlənmirlər. Gördükləri işə görə onlara maaş verilmir.
    Missionerlik fəaliyyətilə məşğul olanlar "pioner" adlandırılır. Pionerlər də gündəlik, həftəlik və aylıq bu işə sərf etdikləri vaxta uyğun olaraq "ümumi", "xüsusi" və "köməkçi pioner" adlandırılır.

    Bayramları qəbul etmirlər

    "Yahova şahidləri"nin hər il kütləvi görüşləri - konqresləri keçirilir. Bu görüşlər zamanı birlikdə müqəddəs kitaba əsaslanan təlimlərdən ibarət xüsusi mühazirələrə qulaq asırlar.
    Bütün dünyada yüzdən artıq şöbələri fəaliyyət göstərir. Bu filiallarda "Müqəddəs Kitab"a əsaslanan ədəbiyyatın çap edilməsi və lazımi yerlərə göndərilməsi könüllü işçilər tərəfindən yerinə yetirilir. Filiallardan, həmçinin, təbliğat işinə də nəzarət edilir.
    "Yahova şahidləri"heç bir bayramı və ya ad günlərini qeyd etmirlər. Milad bayramını və ritualları da keçirmirlər. Xristianların əsas bayramlarından biri olan Pasxa bayramı da onlar üçün əhəmiyyət kəsb etmir.
    Həzrəti İsanın, başqa xristianlardan fərqli olaraq, dekabr ayının 25-də anadan olduğunu qəbul etmirlər. Onun təxminən oktyabrın 1-də anadan olduğuna inanırlar. Onlara görə, İsa heç vaxt tapşırmayıb ki, məsihilər onun ad gününü qeyd etsinlər. Əksinə, deyib ki, şagirdləri onun ölüm gününü yad etsinlər. Çünki O, "günahdan qurtarmaq, səhvlərə son qoymaq, qanunsuzluğu düzəltmək və əbədi salehliyi gətirmək üçün" yer üzünə gəlmişdi.

    Adəm və Həvvanın günahkar olduğuna inanırlar

    "Yahova şahidləri"nə görə, Adəm ilə Həvva Allaha qarşı üsyan edərək əbədi həyatı itiriblər. Bununla da bəşəriyyətə günah və ölümü gətiriblər. Adəmdən sonra yer üzündə yalnız bir kamil insan - İsa Məsih anadan olub. Buna görə də "Müqəddəs Kitab" İsanı "sonuncu Adəm" adlandırır və Məsihin özünü hamı üçün qurban verdiyinə bizi əmin etməyə çalışır. Belə ki, İsa "qurban" getməsi ilə insanlara əbədi həyatı qaytardı.
    Onlar Həzrəti İsanı "quzu", Yahovaya inanmayanları isə inadkırlıqlarına görə "keçi" adlandırırlar.
    Lakin "Yahova şahidləri"nin hər il xüsusi qeyd etməli olduğu bir gün var. Bu, Həzrəti İsanın axşam yeməyidir. Bu yemək "Məsihin öldüyü axşamın xatırlanması" da adlandırılır. Bu bayramı keçirmələrini Həzrəti İsanın şəxsən tapşırdığını bildirirlər. Başqa vaxtlarda istədikləri kimi geyinməyə icazə verilən qızlar və oğlanlar "Krallıq zalları"nda geyiminə fikir verməlidir. Əsasən də qızlar "qardaşları"nın diqqətini cəlb edib mühazirədən yayındırmamaq üçün uzun geyinmək məcburiyyətindədirlər.

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 4 Mart 2016 21:33 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun. Belə xəbərlər sayitda çox olmalıdır ki, bilməyənlərdə öyrənsin. İndiki zamanda hər addım başı təhlükə içindəyik çox məzhəblər yaradılıb insan gərək bunlardan agah olsun ki fitnələrə uymasın.Bilənlərin vəzifəsidirki  bilməyənləri agah etsin . Sayıtımızda indiki zamanda daha çox etiyac duyulan xeberler daha çox olsa yaxşı olar. Allah bizi düz yolunda sabit qədəm etsin. Bizi bir an belə öz başımıza buraxmasın. Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 4 Mart 2016 16:21 | Redaktor | Şərh yazdı
    Allah sizden razı olsun qardaş çox deyerli xeber elave etmisiz yahovanı burda da çox yayırlar çoxsu da öz milletimizdi mene de teklif etdiler amma qebul etmedim kitablarını verdiler saytını da verdiler ki oxuyum amma oxumadım oların dedikleri tamam başqa idi deyirdiler namaz vacib deyil namaz dua demekdi deyirdiler ne bilirsiz axiret var etiraz edende de deyirdiler ki çoxları seni kimi etiraz edib sonra bu dine gelib öz milletimiz puldan ötrü öz dinimize yox yahovaya yönelibler Allah bizi dinimizden imanımızdan ayırmasın Amin.Çox sağ olun qardaş sizin sayenizde öyrenirik bele hallarda da oların dediklerine de inanmırıq  Allah her zaman kömeyiniz olsun Amin.Allah axiretinizi gözel etsin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.