Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əzizlər, şeyx Bəhainin rəvayət etdiyi Tövbə adlı kişi kimi hər gün nəfsimizi hesaba çəkməyimiz zəruridir. O, altmış yaşında ikən 21500 gün yaşadığını hesablayıb, nalə çəkdi: "Vay olsun mənə! Əgər gündə bir günah etmiş olsam, 21500 günaha batmışam. Bu qədər günahla Allahın görüşünə gedə bilərəmmi?!” Bu sözləri deyib huşunu itirdi və dünyasını dəyişdi!
Pərvərdigara, hər nəyəmsə Sənin bəndənəm, Sənin iradənə tabeyəm və qaçmağa bir yerim yoxdur. Ya Rəbb, məni yada salıb yoxluqdan var etdin, tərbiyələndirib ruzi verdin. İndi də Səndən istəyirəm ki, əvvəlki ehsanlarının davamı olaraq dünya və axirət əzabından məni qurtarasan!
Bu eşqdən hər könül məstanə olmuş,
Dağlara daşlara yolunu salmış.
Vəsl olmuş ruhumuz alır güc ondan,
Ömür tükənər eşq tükənən zaman.
Rəhmət dünyasında gəlmişik cana,
Varmı ondan başqa yanan insana.
Hər zərrə dolanır nəvazişindən,
Yaxşı bizləri də qurtardı qəmdən.
Lütfüylə çəkilib qayıdır nəfəs,
Bir Odur bu ruhda saxlayır həvəs.
Kainat qurulub bu mərhəmətdən,
Eşq yağışı yağır altı cəhətdən.
Vüsalı arzular fərağın duyan,
Bilməz bu dünyanın eyşinə uyan.
Əlbət hicranın da şirinliyi var,
Çünki qışdan sonra gələsi bahar.
"Ya İlahi və Səyyidi və Rəbbi, əturakə muəzzibi binarikə bə`də tovhidikə və bə`də məntəva ələyhi qəlbi min mə`rifətikə və ləhicə bihi lisani min zikrikə və`təqədəhu zəmiri min hubbikə və bə`də sidqi`tirafi və duai xaziən lirububiyyətik”
("Ey Mə`bud, ey Ağam, ey Rəbbim! Səni belə görməyim mümkündürmü ki, Sənin yeganəliyini e`tiraf edəndən, qəlbim mə`rifət nuru ilə işıqlandıqdan, dilim Sənin zikrinlə danışandan, batinim eşqinin bəndinə düşdükdən, tövhidinə sədaqətlə e`tirafından, hüzurunda müt’i dualarımdan sonra mənə odda əzab verəsən?!”
Xeyr, and olsun müqəddəs zatına, heç bir peyğəmbər, imam, övliya, arif, aşiq, abid, zahid, tövbəkar belə deməyib və belə də deyil. Həqiqət budur ki, öz bəndənə Qiyamət günü lütfünlə nəvaziş göstərəcək, mərhəmət göstərib nöqsanlarını bağışlayacaq və Behiştdə aşiqlərlə birgə yer verəcəksən.
Ayə və rəvayətlərdən kömək alaraq, hikmət əhlinin söhbətlərini dinləyərək, varlıq aləmindəki nizamı mütaliə edərək Səni bir olaraq tanıyan kəs bütün batil mə`budlardan üz döndərir, qəlb dili və vücudunun bütün zərrələri ilə "la ilahə illəllah” deyir. Bütün böyük peyğəmbərlər belə bir tövhidə əsaslanmış və hamını bu əsasa də`vət etmişlər. Bütün insanlar bir Allaha olan e`tiqada çağırılmışdır.
Tövhidin e`tiqadi mə`nası düşüncələrin şirkdən təmizlənməsində çox əhəmiyyətlidir. Allaha şərik qərar verənlər, bütpərəstlər, istənilən şəkildə Allahın sifətlərini təhrif edənlər tovhiddən kənardır. İnhirafa düçar olanların ən cahili əsrimizdəki vəhhabilərdir.
Peyğəmbər daim cəmiyyəti şirk çirkinliyindən təmizləməyə çalışmışlar. "Saffat”surəsinin 35-ci ayəsində oxuyuruq: "Onlara "Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər.” Çünki bu kəlmələr fir`onların, zalım hakimlərin xalqı qul etmək məqsədinə mane olurdu. Tövhid kəlmələrini deyən insan özünü yalnız Allaha qul hesab etməliydi. Belə bir əqidə isə heç zaman istismarçılara sərf etməmişdir.
Haqqın yeganəliyinə e`tiqad, Onun oxşarsız olması, şəriksizliyi, zatının sifətləri ilə eyniliyi, varlıq aləminə hakim olması, bir sözlə Qur`anın tanıtdırdığı Allaha e`tiqad əsil tovhiddir. "La ilahə illəllah”, yə`ni tövhid kəlmələrini dili ilə deyib, əməli ilə təsdiq edən şəxs həqiqi mö`min və gerçək müvəhhiddir.
Həzrət Əli (ə) buyurur: "Dinin başlanğıcı Onu tanımaqdır. Kamil tanıma Ona inam, inamın sonu Onu yeganə bilmək, yeganə bilməyin əsası hüzurunda xalis olmaq, ixlasın ən uca həddi Onu pak bilməkdir...” Başqa bir xütbədə oxuyuruq: "Ey xalq!.. Allah sizi məqsədsiz yaratmadı, özbaşına buraxmadı, nadan saxlamadı, əməlləri xeyir və şər olaraq tanıtdırdı. O, sizin əməllərinizdən xəbərdardır, dünyada qalacağınız müddəti müəyyən etmiş, həqiqətləri tanıtdıran Kitab nazil etmiş, hidayətiniz üçün Peyğəmbərə (s) göndərmiş, dinini onun və sizin üçün kamilləşdirmişdir. O, bu dini özü üçün bəyənib, peyğəmbərlərin dili ilə yaxşını, pisi tanıtdırıb. Bütün dəlillər tamamlanıb, üzr üçün yer qalmayıb, itaətsizlik müqabilində əzab və`d edilib. Qalan ömrünüzü itaət edin, dözüm göstərin.”
Tövhid e`tiqadını Qur`andan, peyğəmbərlərdən, imamlardan və övliyalardan əxz edib Allah əmrlərinə itaət edən, günahdan çəkinən, batil mə`budları inkar edən şəxs müvəhhiddir və Qiyamət günü nicat tapasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı ibadət "La ilahə illəllah” deməkdir.” "Allaha şərik qərar vermədən ölən kəs Behiştə daxil olar.”
İmam Baqir (ə) buyurur: "Ən böyük mükafat "la ilahə illəllah” şəhadətinə məxsusdur. Çünki Allah-Taala ilə bərabər bir şey yoxdur və heç kim Onunla şərik deyildir.”
İmam Sadiq (ə) buyurur: "Şübhəsiz ki, Allah-Taala müvəhhidlərin cismini oda haram etmişdir.” "Behiştin dəyəri "la ilahə illəllah” deməkdir.”
Həzrət Peyğəmbər (s) buyurur: "La ilahə illəllah” kəlməsi Allah yanında ən böyük və dəyərli kəlmədir. Bu kəlmələri ixlasla deyən şəxs Behiştə gedər. Kim bu sözləri yalandan desə dünyada var-dövləti qorunar, amma axirətdə oda düşər.” "And olsun məni həqiqət müjdəçisi göndərənə heç bir müvəhhidə əsla atəşlə əzab verilməz.”
Ey mehriban Allah, ey tövhid əhlinin aşiqi! İnanmırıq ki, xalis qəlblə tovhidini təsdiq etdikdən sonra, qarşında təvazökarlıq göstərdiyimiz halda bizə əzab edəsən!
"Heyhatə, Əntə əkrəmu min ən tuzəyyiə mən rəbbəytəhu, əv tubə’idəmən ədnəytəhu, əv tuşərridə mən avəytəhu, əv tusəllimə iləl-bəlai mənkəfəytəhu və rəhimtəhu”
("Heyhat, inanmıram ki, məni Cəhənnəm oduna düçar edəsən. Çünki bu iş Səndən çox-çox uzaqdır. Sən bundan daha böyüksən ki, yaratdığını sıxıntıya salasan, yaxınlaşdırıb bu yaxınlıqdan faydalandırdığını uzaqlaşdırasan, sığınacaq verdiyini qovasan, tə`min edib rəhm buyurduğunu bəlaya salasan.”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |