Allaha doğru
Arif insan olanın Tanrı gərək yarı ola,
Tanrını zikr eləmək, sübhü məsa karı ola.
********************************
Üz gərək bəndədə, öz Rəbbini inklar eləyə,
Onu inkar eləməz, üzdə kimin arı ola.
*********************************
Allahı olmayanın görməmişəm yaxşısını,
Tanrısız fanidü, dünya qədəri varı ola.
********************************
Ürəyin meyvəsi Allah tanımaqdır ancaq,
Tanrısız bir ürəyi görməmişəm barı ola.
*******************************
Kim əyilməzsə əgər, zərrəcə Allaha tərəf,
Kimsəsizdir, vəli, yüzlərlə tərəfdarı ola.
********************************
Kim yetər Tanrı gözəlliklərinə, hüsnü ilə,
Tutalım ki, birinin ay kimi rüxsarı ola.
********************************
Mail ömründə əgər xeyli qəzəl yazmışsa,
Arasında, ola bilməz belə əşarı ola.
*******************************