Axirətdə mə'na surətə qalibdir
Rəvayət olunub ki, axirətdə kafirin dişi bir dağ boyunca olacaq. Başqa sözlə, axirət sarayı mə᾽nanın surətə qələbəsidir, həqiqətlərin üzə çıxması, zahirlə batinin vahidləşməsidir.
Əzabdan bədən dağıldıqdan, zəqqum yeyib, həmim içməklə bədənlərin daxili parçalanmasından sonra yenidən bərpa olar. "Nisa” surəsi: "Onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik.”
Şiddətli əzab ədalətlə uyğundurmu?
Mümkündür bə᾽zi zehnlərdə şübhə olsun ki, heç bu şiddətdə əzab ilahi ədalətlə yanaşı ola bilərmi? Bu şübhə axirətdəki ilahi əzabla dünyanın zalım sultanlarının xalqa verdiyi işgəncənin oxşadılmasının nəticəsindəndir. Hansı ki, heç vəchlə belə deyildir. Sultanların intiqamının, işgəncəsinin səbəbi onların qeyzi, rahatlığa çıxmaq istəyi olmuşdur. Onlarla müxaliflik edənlərin zindana salınmasını, işgəncə verilməsini, öldürülməsini əmr etmişlər. Lakin axirət əzabı tamam başqadır. Bu əzab imansızlığın, nursuzluğun zərurətlərindəndir. Allahdan üz döndərməyin cəzası əbədi sıxıntıdır. Haqqı görməməzliyə vurmağın cəzası əbədi korluqdur. Şeytanın ardınca getməyin cəzası onunla əbədi yoldaşlıqdır. Yetimin malını yeməyin cəzası insanın içində alov qalanmasıdır və s. Bəli, Cəhənnəm alovunu insan özü alışdırır. Qur᾽anın tə᾽birincə desək, Cəhənnəm tonqalını insanlar qalayır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb