159. Mehribanlıq
797. Bir-biri ilə mehriban olmaq
Qur’an:
«Məhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərlə amansız və bir-biri ilə mehribandır.»
«Bundan əlavə, iman gətirənlərdən və bir-birinə səbri və mehribanlığı tövsiyə edənlərdən olmaqdır. Bunlardır xoşbəxtlər (əməl namələri sağ əllərinə verilənlər).»
Hədis:
2521. Allahın Peyğəmbəri (s):«Rəhman Allah qəlbi rəhimli insanlara rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin.»
2522. Allahın Peyğəmbəri (s):«Nida verən Cəhənnəmdə fəryad qoparar:«Ey mehriban! Ey bağışlayan! Məni oddan xilas et. Sonra Allah-taala onu oddan çıxarmağı bir mələyə əmr verər və o, Allahın qarşısında dayanar. Allah-taala ona buyurar:«Sən bir sərçəyə rəhm etmisənmi?»
2523. İmam Əli (ə):«Rəhm et ki, sənə rəhm etsinlər.»
2524. İmam Əli (ə):«Heyrətlənirəm o kəsə ki, özündən yuxarıdakının rəhminə və mehribanlığına ümidvar olur, amma necə də özündən aşağıda olanlara rəhm etmir.»
798. Mehribanlığa və rəhmə layiq olanlar
2525. Allahın Peyğəmbəri (s):«Xar olmuş adlı-sanlıya, yoxsullaşmış varlıya, cahillər zamanında korlanmış alimə mehribanlıq gösltərin.»
2526. Allahın Peyğəmbəri (s):«Yoxsullarla mehriban ol.»
2527. İmam Əli (ə):«Öz ailənin uşaqlarına mehriban ol və ailənin böyüklərinə ehtiram göstər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild