157. Ümid
792. Həqiqi ümidə həvəsləndirmək
Qur’an:
«Həqiqətən də iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihad edənlər Allahın rəhmətinə ümidvardır. Allah bağışlayan və mehribandır»
Hədis:
2513. İmam Əli (ə) :«Hər bir ümidvar axtarandır, hər bir qorxaq isə qaçan.»
2514. İmam Əli (ə) (Ondan nəsihət, məsləhət istəyən bir kişiyə buyurduqlarından): «Xeyir əməllər görmədən axirətə ümidvar olan və uzun arzular edərək tövbəni tə‘xirə salan şəxs kimi olma. Həmin şəxs dünyanı məzəmmət edərkən təqvalılar kimi danışar, ancaq dünyapərəstlər kimi rəftar edər.»
2515. İmam Sadiq (ə) («Bir dəstə insanın günah edərək, Allahın rəhmətinə ümidvar olduqlarını dediklərini və ölənədək bu halda olduqlarını» ərz etdikdə): «Bu insanlar öz arzu və xəyallarına qərq olublar. Yalan deyirlər, onlar ümidvar deyillər. Çünki bir şeyə ümidi olan kəs, onu axtarmağa çalışar və bir şeydən qorxan kəs ondan qaçar.»
793. Allahdan qeyrisinə ümidvar olmaqdan çəkindirmək
2516. İmam Əli (ə):«Bütün ümidlərinizi pak olan Allaha bağlayın və Ondan qeyrisinə ümid etməyin. Çünki Allahdan qeyrisinə ümid bəsləyən elə birisi olmadı ki, ümidi puça çıxmasın.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild