Bid’ət
Bid’ət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) islam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq:
1. İmam Əli (ə) buyurur:
وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً
«Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ən’ənələri götürüb, yerinə yabançı adət-ən’ənələri gətirən dövlət rəhbəridir».
2. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:
اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ
«Ümmətimin arasında bid’ətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bid’ət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lə’nəti onlara olsun».
3. O həzrət başqa bir hədisdə belə buyurur:
كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ
«(İslam dinində) hər bir bid’ət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir».
4. İmam Əli (ə) buyurur:
مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ
«Hər kəs bid’ətçi bir şəxsin görüşünə getsə və ona hörmət göstərsə İslam dininin məhv olmasına çalışır».
Bid’ətçinin e’dam hökmü
Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bid’ətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə də’vət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu e’dam etmək fərmanını verdi. İmam Həsən Əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu e’lan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bid’ətçini qətlə yetirdi.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti