Cəhənnəm
Cəhənnəm (duzəx) nəhayətsiz bir dərə, Allah qəzəbindən alovlanmış oddur. Cəhənnəm dərkimizin fövqündə, növbənöv əzablar, bəlalarla dolu axirət zindanıdır. Bir növ Behiştin ziddidir. Əgər Behiştdə ne᾽mətlər çox, bir zərrəcə narahatlıq yoxdursa, Cəhənnəmdə əzablar çoxdur və zərrəcə rahatlıq yoxdur. Qur᾽anda zikr edilmiş bə᾽zi əzablara işarə edirik.
Cəhənnəm yeməkləri və içkiləri
"Vaqiə” surəsi, ayə 51, 52: "Siz, ey yalançılar, haqq yoldan azanlar! Şübhəsiz ki, zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz!”
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb