Onların zahir və batinləri əriyər
Zəqqum kafirlərin qarnında nəhayətsiz qızmış su və ya zeytun yağı tək qaynayar. Həmin qaynar sudan onların başlarına tökülər ki, zahirləri və batinlərini əritsinlər. Ayədə buyurulur: "Geri qaytarılası olmayan böyük eyblər yanımızdadır, böyük atəş, boğaz tutan yeməklər və ağır əzablar vardır.”
Həzrət Baqir (əleyhissalam)-dan nəql olunub ki, zəqqum ağacı Cəhənnəmin təkindən bayıra gələr. Onun meyvələri, yarpaqları, tikanları oddan olub, zəhərdən acı, murdardan (leşdən) üfunətli və dəmirdən bərkdir.
Ğislin, zəri᾽sədid ğəssaq
"Əl-haqqə” surəsi, ayə 36: "İrindən (ğislin) başqa bir yeməyi də yoxdur.”
"Əl-ğaşiyə” surəsi, ayə 6: "Onların yeməyi (zəhərdən acı tikanlı otdan hazırlanmış) zəri”dən başqa bir şey olmayacaqdır.”
"İbrahim” surəsi, ayə 16: "Hələ qarşıda Cəhənnəm vardır, irinli-qanlı sudan (sədid) içirdiləcəkdir.”
"Sad” surəsi, ayə 57: "Bu, qaynar su və irindir (ğəssaq). Qoy onu dadsınlar!”
"Məcməül-bəhreyn”də deyilir: Zəqqum yeyəndən sonra Cəhənnəm əhlinin qarnından bayıra çıxan həmin şey yenidən onlara yem olar.
Sədid-Cəhənnəmdə zinakarların övrətindən ayrılan, axan çirkdir.
Bə᾽zi təfsirçilər buyurmuşlar ki, Cəhənnəmdə zəhərli heyvanların zəhərlərindən çeşmə vardır. Onlar bu çeşmənin suyunu "ğəssaq” bildirmişlər.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb