Cəhənnəm odu şüurludur
Ayələrdən mə”lum olur ki, dünya odundan fərqli olaraq, Cəhənnəm odu şüurludur. Çünki, buyurulur: "O gün Biz Cəhənnəmə "doldunmu?” deyəcəyik, o isə "Yenə varmı?”, deyə soruşacaqdır.” ("Qaf” surəsi, ayə 30)
Cəhənnəm odu əzab əhlini tanıyır, onlara hücum edir, nə”rə çəkir, onları dartır, necə ki, buyurulmuşdur: "O atəş onları uzaqdan görüncə, kafirlər onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.” ("Əl-furqan” surəsi, ayə 12) İmam Sadiq (əleyhissalam)-dan da nəql olunmuşdur ki, Cəhənnəmin nə”rə səsini eşidəcəklər.
Mö᾽min nuru cəhənnəm odunu əskildər
"Kafirlərə qəzəbindən az qalar ki, parçalansın”, buyurulub. Bu da rəvayət olunub ki, mö᾽min Siratdan keçərkən Cəhənnəm alovunun səsi ucalar: "Tez öt, ey mö᾽min, sənin nurun mənim alovumu keçirir.” Çünki, mö᾽min rəhmətdən, Cəhənnəm odu isə qəzəbdəndir və Haqqın rəhməti qəzəbə qalibdir. Bir sözlə, başqa axirət vücudları kimi, Cəhənnəm alovunun da şüurlu olmasına sübutlarımız vardır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb