» » » Vaqiə surəsi (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Vaqiə surəsi (tərcüməsi)
+5
Müəllif: Fatimə Nuri Xuda | 16-02-2016, 18:00 | Baxılıb: 2 960
 
 
Vaqiə surəsi

Tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə
1. Həmin hadisənin (qiyamətin) baş verəcəyi zaman. 
2. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil. 
3. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.) 
4. Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman! 
5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. 
6. Beləliklə dağınıq toz halına düşəcəkdir. 
7. Və siz üç dəstəyə bölünəcəksiniz. 
8. (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.) 
9. (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.) 
10. (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! 
11. Onlar (Allahın dərgahına) yaxın olanlardır.
12. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar. 
13. Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan). 
14. Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından). 
15. (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində. 
16. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.
17. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qol¬ba¬ğı taxmış oğlanlar dolanacaqlar. 
18. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə! 
19. Ondan (o şərabdan) nə başları ağ¬rı¬yar, nə də ağıllarını itirərlər. 
20. Və seçdikləri meyvələrlə. 
21. Və me¬yil¬ləri çəkən quş əti ilə. 
22. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gö¬zəl qadınlar (vardır). 
23. Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi də¬yişib, nə də kiminsə əli toxunub onlara)! 
24. (Dünyada) etdiklərinin (yax¬¬¬¬¬şı əməllərin) mükafatı olaraq. 
25. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. 
26. Salam(un əleyk), səlam(un əleyk)¬dən başqa! 
27. Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!) 
28. Tikansız sidr (ağacı bağları içərisin)də! 
29. Meyvələri bir-birinin üstündə oturmuş ba¬nan (ağacı). 
30. Və uzanan daimi kölgəlik. 
31. Və (şəlalələrdən) tö¬kü¬lən su. 
32. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan mey¬və¬lər. 
33. Nə tükənəndir, nə də istifadəsi qadağan. 
34. Hündür və bir-bi¬rinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üs¬tün olan zövcələr. 
35. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaq¬dan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq. 
36. Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik. 
37. Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd. 
38. (Bunların hamısı) sağ tərəf əhli üçün¬dür. 
39. (Onların) böyük bir dəstə(si) keçmişlərdən (keçmiş üm¬mət¬¬lər¬dən), 
40. və böyük bir dəstə də sonrakılardandır (son ümmətdən¬dir). 
41. Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəf¬tər¬ləri sol əllərinə verilmiş bədbəxtlər!) 
42. (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə 
43. və qatı qara tüs¬tü¬nün gölgəsindədirlər. 
44. Nə sərindir, nə də (istirahət etmək üçün) xe¬yir¬li (və yararlı). 
45. Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş ne¬mət sahiblərindən idilər. 
46. Və həmişə (Allahın əhdlərinə qarşı) bö¬yük vəfasızlıqlara israr edirdilər. 
47. Və deyirdilər: «Məgər biz ölüb tor¬¬¬paq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcə¬yik?!» 
48. Bizim ata-babalarımız da (dirildiləcəklər)? 
49. De: «Şübhəsiz, əv¬vəlkilər də, sonuncular da 
50. mütləq məlum günün (qiyamətin) və¬¬də yerinə tərəf toplanılacaqlar.
51. Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar! 
52. Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyə¬cəksiniz. 
53. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız. 
54. Onun üstündən qaynar su içəcəksiniz. 
55. Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.
56. Bu, cəza günü onlara göstərilən ilk xid¬mət¬dir. 
57. Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risa¬lə¬ti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?! 
58. (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz? 
59. Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik? 
60. Sizin aranızda ölümü (onu doğuran səbəblər, müd¬dət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq. 
61. (Dünyada) oxşarlarınızı si¬zin ye¬ri¬nizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axi¬rətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün! 
62. Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (ne¬cə ya¬radıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ib¬rət götürmürsünüz?! 
63. Heç əkdiyinizi görmüsünüz? 
64. Onu siz bi¬ti¬rirsiniz, yoxsa bitirən Bizik? 
65. Əgər qəti şəkildə is¬təsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz: 
66. Həqiqətən biz ziyana uğramışıq. 
67. Hətta məhrum və bədbəxtik! 
68. Heç içdiyiniz suyu görmüsünüz? 
69. Onu yağış doğan ağ bu¬luddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən? 
70. Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?! 
71. Heç yandırdı¬ğı¬¬nız odu görmüsünüz? 
72. Onun ağacını siz yaratmısınız yoxsa Bizik ya¬radan? 
73. Biz onu, yada salmaq (qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik. 
74. Buna görə də əzə¬mət¬¬li Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil). 
75. Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onla¬rın batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxt¬larına. 
76. Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birin¬ci¬¬¬¬si Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə et¬mək¬də hikmət və mərhəmətinin dəlillərindəndir.) 
77. Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır. 
78. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir. 
79. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tut¬qunn¬Lu¬ğun¬dan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər. 
80. O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir. 
81. Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?! 
82. Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükrü) edirsiniz? 
83. Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. 
84. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız. 
85. Biz (və mələklərimiz) hə¬min can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. 
86. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, 
87. əgər doğruçusunuzsa hə¬min canı (öz bədəninizə) qaytarmırsınız?! 
88. Beləliklə, əgər (can verən hə¬min şəxs Allahın dərgahına) yaxınlardan olsa, 
89. onda (onun üçün) asa¬yiş, pak ruzi və nemət dolu Cənnət vardır. 
90. Amma əgər sağ tərəf əhlindən ol¬sa, 
91. onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir). 
92. La¬kin əgər azmış təkzib edənlərdən olsa, 
93. onda (ona) ilk xidmət qaynar sudur 
94. və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq! 
95. Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir. 
96. Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!
 
 Vaqiə surəsinin fəziləti

Nəql olunur ki, Osman ibn Əffan öldüyü xəstəlikdən əziyyət çəkən Abdullah ibn Məsuda baş çəkməyə getdi və ona belə dedi: "Nədən şikayət edirsən?” Dedi: "Öz günahlarımdan.” Dedim: "Nə ürəyin istəyir?” Dedi: "Rəbbimin rəhmətini.” Dedim: "İstəyirsən sənin üçün həkim çağırım?” Dedi: "Elə həkim məni xəstələndirdi.”Dedim: "İstəmirsən deyim sənə ənam versinlər!?” Dedi: "Mənə lazım olanda verməmisən, indi ki, ehtiyacsızam vermək istəyirsən!?” Dedim: "Mən nə versəm, sənin qızların üçün qalsın.” Dedi: "Onların heç nəyə ehtiyacları yoxdur, çünki mən onları "Vaqiə” surəsini oxumağa məcbur eləmişəm. Mən Rəsuli-Əkrəmdən belə buyurduğunu eşitmişəm: "Hər kim "Vaqiə” surəsini hər gecə oxusa, o, heç zaman dilxor, ümidsiz və möhtac olmaz” 
İmam Sadiq (ə)-dan nəql olunur ki, hər kim "Vaqiə” surəsini hər gecə yatmazdan əvvəl oxusa, bütün bu müddət ərzində Allah taalanın görüşünə üzü ay kimi parlayan şəxs tək gedər. 
Yenə də İmam Sadiq (ə)-dan belə nəql olunur ki, hər kim cənnətin özünü görmək və onun tərifini eşitmək istəsə, "Vaqiə” surəsini oxusun!”

Kitabın adı: Məfatihul Cinan

 
 
Bölmə: Quran / Qurana aid
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.