» » » Rum surəsi (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Rum surəsi (tərcüməsi)
+5
Müəllif: Fatimə Nuri Xuda | 2-02-2016, 18:00 | Baxılıb: 4 456
 
Rum surəsi
 
Bağışlayan və mehriban Allahın adı ilə
1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bi¬¬zim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif (Allah) tərəfindən Lam (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır.)
2. Rumlular məğlub oldular.
3. (Hicaza, yəni Suriya və İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər.
4. (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər;
5. Allahın köməyi və yardımı ilə, O, (Allah) istədiyinə kömək edər. O yenilməz qüdrət sahibi və mehribandır.
6. Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır və Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri – mümkün olduğunu bilmir).
7. Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər.
8. Və məgər onlar öz – özlüklərində Allahın göyləri və yeri və o iki¬sinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yarat¬dığını fikirləşmədilərmi? Və şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir.
9. Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər.
10. Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.
11. Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız.
12. Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlarsər¬¬gərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar.
13. Onlar üçün öz şəriklərindən (bütlərdən) şəfaətedicilər olmaya¬caqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar.
14. Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).
15. İman gətirib yaxşı iş görənlər (Cənnət) bağ(ların)da şadlıq və sevinc içərisində olarlar.
16. Lakin kafir olub Bizim ayələrimizi və axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər.
17. Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğ¬rib və işa namazlarını qılmaqla) və sübh açılırkən (sübh namazını qılmaqla).
18. Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla).
19. Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) di¬rildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.
20. (Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir.
21. Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda dü¬şü¬nən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
22. Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müx¬təlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
23. Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.
24. (Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.
25. Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
26. Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə bo¬yun əyəndirlər.
27. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hik¬mət sahibidir.
28. (Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, ha¬mı¬nız ondan (istifadə etməkdə ortaq) bərabər olasınız belə ki, onlar(ın haq¬qını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorx¬du¬ğu¬nuz ki¬mi qorxasınız?. (Baxmayaraq ki, qul heç öz sahibinin malına və mül¬¬kü¬nə ortaq və şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağıl¬la dü-şü¬nən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müş¬rik¬lərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mül¬kü¬dürlər Onun şəriki deyillər).
29. (Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sü¬butlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz.
30. (Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmış¬¬¬dır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriy¬¬yəti (bunu) bilmir.
31. (Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın.
32. O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər.
33. İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar.
34. Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşə¬cək¬¬¬siniz!
35. Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik.
36. İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mər¬¬həmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)
37. Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tə¬ləbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını gör¬mür¬lərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüd¬rəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır.
38. Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.
39. Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.
40. Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır.
41. İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniy¬yət¬sizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini dad¬dırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.
42. (Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».
43. (Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməz¬dən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
44. Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı iş görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki,
45. (Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz.
46. Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müжdəverici olaraq (yağışın yağma müжdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!
47. (Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir.
48. Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman gö¬rürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndə¬lə¬rin¬dən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar.
49. Həqiqətən, onlar başlarına yağış yağmazdan öncə çox ümidsiz idilər.
50. Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə də yeri (və onun yetişdirici maddələrini) öl¬dük¬dən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) di¬¬rildən Allahdır və O hər şeyə qadirdir.
51. Və əgər (yandırıcı və ziyanverici) bir külək göndərsək və onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan son¬ra (da ayılmaq əvəzinə) küfr edərlər.
52. Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.
53. Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər.
54. Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nüt¬fə¬dən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa ye¬tiş¬dik¬dən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, is¬tədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.
55. Və qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dün¬ya¬da, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə di¬ril¬mə arasında heç bir fasilə olmamışdır). Onlar (dünyada da) bu cür (səhv edib) azırdılar.
56. Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qurani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Bu¬¬dur dirilmə və qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcə¬yini¬zi) bilmirdiniz (və qiyamətin haqq olduğuna inanmırdınız).
57. Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda ver¬mə¬¬yəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
58. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız».
59. Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlb¬lərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar.
60. (Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iz¬tiraba vadar etməsinlər.
Rum surəsinin fəziləti
Rum surəsinin oxunuşunun savabı:
"Ənkəbut” surəsinin fəziləti haqqında deyilənlər bu surənin fəzilətinə də məxsusdur.
Bu surənin 2-ci ayəsində buyurlur: "Rumlular məğlub oldular.”
Deyilənlərə görə, iranlılar rumlulara (bizanslılara) qalib gəldilər. Qüreyş kafirləri bu hadisədən şad oldular, müsəlmanlara tənə vurub deyirdilər ki, rumlularla da sizin kimi kitab əhli idi, lakin onlar müşrik olan iranlılara məğlub oldular. Biz də sizə qalib gələcəyik. Həmin vaxtda bu ayə nazil oldu.
3-cü ayə: "Ən yaxın bir yerdə.”
"Ən yaxın yer”dən məqsəd, ya İrana yaxın olan Ərəbistan yarımadasıdır, ya da Ərəbistana yaxın olan Şam şəhəridir.
4-cü ayə: "Bir neçə ilin içində.”
Bu ayədə qeyd olunan "biz” sözü üç ildən on ilə qədər olan müddət mənasını daşıyır. İranlılar da doqquz il rumlulara qalib çıxdılar, ondan sonra rumlular iranlıları məğlub etdilər. Bununla da ayədə bəyan olunan qeybi xəbər öz həqiqətini aşkar etdi və müsəlmanların şad olmalarına səbəb oldu.
"Rövzeyi-kafi” kitabında Əbu Übeydədən nəql olunmuşdur ki, o deyir: "Əbu Cəfər (ə)-dan "Rum” surəsinin təfsiri və nazil olması haqqında soruşduqda, o həzrət buyurdu: "Ya Übeydə, bu ayənin təvilini (yozumunu) Allah və elmdə qüvvətli olanlardan (peyğəmbərin əhli-beytindən) başqa heç kəs bilmir. Allahın Rəsulu Mədinəyə hicrət edəndə, İslam dini gücləndi. Peyğəmbər Rum padşahına bir məktub yazıb, onu İslam dininə dəvət etdi. Sonra İranın padşahına da bir məktub yazdı və onu da haqq dinə çağırdı. Rumun padşahı həzrət Peyğəmbərin məktubunu qəbul edib, ona ehtiram göstərdi. Lakin İranın padşahı o həzrətin məktubunu cırdı və elçisini istehza edib, ona hörmətsizlik etdi. Həmin dövrdə rumlularla iranlılar arasında müharibə gedirdi və müsəlmanlar rumluların iranlılara qalib gəlməsini istəyirdilər. Lakin rumlular iranlılara məğlub olduqda, onlar narahat oldular. Buna görə də Allah taala bu məsələ ilə əlaqədar bu ayələri nazil etdi. Nəhayət müsəlmanlar iranlılarla cihad edib, onları məğlub etdilər və xoşhal oldular.”
Əbu Übeydə deyir: "İmama dedim ki, ayədə onların bir neçə ilin içində məğlub olmaqları buyurulmuşdur, lakin müsəlmanlar bu ayənin nazil olmasından uzun müddət sonra, yəni Ömərin xilafəti dövründə iranlılara qalib gəldilər. (Bu da ayədəki "bir neçə ilin içində” ifadəsi ilə uyğun gəlmir.)”
Həzrət buyurdu: "Sənə dedim ki, bu ayənin təvilini (yozumunu) yalnız Allah və elmdə qüvvətli olanlar bilirlər!”
28-ci ayə: "Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər şərik olan, özünüzdən (bir-birinizin haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı?” Yəni siz buna heç vaxt razı olmazsınız. Elə isə bəs Mənə (Allaha) öz aciz bəndələrimi şərik qoşmağa necə razı olursunuz?
30-cu ayə: Bu ayədə qeyd olunan "Fitrətəllah” sözündə məqsəd tövhiddir. "Üsuli-kafi” və "Tövhidi-Səduq” kitablarında İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql olunan hədisdə də bu mənaya işarə edilmişdir. Eləcə də Əli ibn İbrahimin təfsir kitabında ondan məqsədin tövhid olmasını İmam Sadiq (ə) və atası İmam Baqir (ə)-dən buyurduğu nəql olunmuşdur. Tövhidə ən yaxın olan İslam dinidir və insanların ilkin fitrəti haqq və doğru əqidəni qəbul etmişdir. Tövhid və İslam dini də haqq olduğundan, insanların fitrəti onun üzərində yaranmışdır. Quran və hədislərdə də bu məsələyə geniş toxunulmuşdur.
38-ci ayə: "(Ya Məhəmməd!) Yaxın adamlarına... haqqını ver.”
Şiə və sünnülərin təfsir kitablarında nəql olunmuşdur ki, bu ayə nazil olduqda, həzrət Peyğəmbər (s) Fədəki xanım Zəhra (səlamullah əleyha)-ya bağışladı.
39-cu ayə: "Sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz.”
Bəzilərinin nəzərinə görə, ayədən məqsəd budur ki, sələm olan malda heç bir xeyir-bərəkət və artım yoxdur, lakin Allah xatirinə və ixalscasına verilən zəkatın xeyir-bərəkəti çox olar. Bəzilərinin nəzərinə görə isə, hər bir bəxşiş, Allah xatirinə və ixlasla olmasa, onun heç bir savabı olmaz. 

 
 
Bölmə: Quran / Qurana aid
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 3 Şubat 2016 08:38 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun Allahin gonderdiyi kitabi oxuyub emel edenlerden olaq Amin

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.