Kafirun surəsi (ərəb və azəri)
Ərəbcə
بسم الله الرحمن الرحيم
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (1) لَا أَعْبُدُ مَا تَعْبُدُونَ (2) وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (3) وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ (4) وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5) لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (6).
Oxunuşu
Bismillahir rəhmanir rəhim
Qul ya əyyuhəl kafirun 1. La ə`budu ma tə`budun 2. Və la əntum abidunə ma ə`bud 3. Və la ənə abidun ma əbədtum 4. Və la əntum abidunə ma ə`bud 5. Ləkum dinukum vəliyə din 6.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə
1. De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),
2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.
3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,
4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.
5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.
6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».
Kafirun surəsinin fəziləti
Bu surəni vacib və nafilə namazların ardında oxumaq barədə çoxlu hədislər nəql olunmuşdur və onu oxumaq Quranın dördən birinə bərəbərdir.
Kitabın adı: Məfatihul Cinan