Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
1-Hüseyn ibn əbim Əlandən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs həftədə bir dəfə səcdə surəsini oxusa, Allah onun nameyi əməlini sağ əlinə verər, və elədikləri işlərə görə çətin hesab çəkilməz. O Allahın Rəsulu (s.ə.v.v)və övladları ilə bir yerdə olacaqdır.
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: "Əlif-lam-mim, tənzil" (Səcdə surəsi). və "Təbarəkəlləzi" (Furqan surəsi) surəsini oxuyan şəxs elə bil ki, Qədr gecəsini əhya saxlamışdır. Leys ibn Zübeyr Cabirdən, rəvayət edir ki, o deyirdi: Allahın Rəsulu (s.ə.v.v) gecə-lər bu iki surəni oxumamış yatmazdı. Leys deyir: Bu rəvayəti tavusa dedim: Sonra o dedi: Bu iki surə Qur`anın bütün surələrindən qiyamətlisidir, və hər kəs bu iki surəni oxusa, altımış həsənə onun üçün yazılar, onun altımış günahı məhv edilər, məqamı altımış dərəcə yuxarı qaldırılar.
1-Əbdullah ibn Sənandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Əhzab surəsini çox oxusa, Allahın Rəsulun (s.ə.v.v) və həyat yoldaşlarının pənahında olacaq. Sonra Həzrət buyurdu: Əhzab surəsi Qüreyş qəbiləsinin kişilərindən qadınlarının, və başqalırının rüsvayçılıqlarını aradan qaldırdı.
2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Əhzab surəsini oxusa, onu (Əhzab surəsi) ailəsinə və himayəsində olanlara öyrətsə, Allah onu qəbrin əzab-əziyyətindən əfv edər.
3-Əbdullah ibn Muğəyrə deyir: Həzrət Musa ibn Cəfər (ə)-dan eşitdim ki, belə buyurdu: Hər kəs sübh və şam namazınının təqibatında (ardınca) yerindən qalxmışdan və yaxud bir kəslə danışmamış qabaq bu ayəni "İnnəllahə və məlikətuhu yusəllunə ələnnəbiyyi ya əyyəhəlləzinə amənu səllu ələyhi və səllimu təslima." (Əhzab-56) oxusun və sonra desin: "Əllahummə səlli əla Muhəmmədinin-nəbiyy və zurriyətih." Allah onun yüz hacətini verər. Onun yetmişini dünyada otuzunu isə axirətdə ona əta edər və "Səlli əla Muhəmmədin və ali Muhəmməd fil mursəlin. Əllahummə ə`əti Muhəmmədən (və ali Muhəmməd ) əlvəsilə vəşşərəf, vəlfəzilə, vəddərəcətul kəbirə, Əllahumə inni aməntu bimuhəmmədin (s) Vələm ərah fəla tər həmni, yəvməl Qiyaməti rö`yətəhu. Vərzuqni söhbəthu və təvəfənni əla millətihi. Vəsqini min hovzihi muşribən rəviyyən, Saiğən Həkiən, laəəzənə bədəhu əbədən, İnnəkə əla kulli şəy`in qədir. Əllahummə kəma aməntə bimuhəmmədin (s) Vələm ərahu fəərrifni filcinan vəchəhu. Əllahummə bəlliğ ruhu ənni təhiyyətən kəsirətən və səlamən." Nəticədə bir kəs hər gün sübh və şam vaxtı Peyğəmbərə (s.ə.v.v.) üç dəfə salavat göndərsə, bütün xəta və günahları məhv olar, şadlığı davam edər, duaları müstəcab olub, arzularına çatar, ruzisi çoxalar, düşmənə qələbə çalmağa kömək edər, xeyir və yaxşılıq səbəbləri qaydasına düşər və bərin Behiştdə Peyğəmbərlə (s.ə.v.v.) birlikdə olar.
Əgər evdə qalmış subay bir qız üçün Əhzab surəsini yazıb balaca (qiymətli əşyalar) sandıqcasına qoyub onun ağzını bağlayıb, o qız yaşayan evdə gizlətsəniz, onun üçün ər tapılar.
Mənbə: "Quranla dərman" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |