» » » Vaqiə surəsi (ərəb və azəri)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Vaqiə surəsi (ərəb və azəri)
    +22
    Müəllif: Fatimə Nuri Xuda | 4-09-2015, 21:00 | Baxılıb: 387 058
     
      
    Vaqiə surəsi (ərəb və azəri)
     
    Ərəbcə
     
    بسم الله الرحمن الرحيم
    إِذَا وَقَعَتِ الْوَاقِعَةُ (1) لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ (2) خَافِضَةٌ رَّافِعَةٌ (3) إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا (4) وَبُسَّتِ الْجِبَالُ بَسًّا (5) فَكَانَتْ هَبَاء مُّنبَثًّا (6) وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةً (7) فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ (8) وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ (9) وَالسَّابِقُونَ السَّابِقُونَ (10) أُوْلَئِكَ الْمُقَرَّبُونَ (11) فِي جَنَّاتِ النَّعِيمِ (12) ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ (13) وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ (14) عَلَى سُرُرٍ مَّوْضُونَةٍ (15) مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ (16) يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ (17) بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ (18) لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ (19) وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ (20) وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ (21) وَحُورٌ عِينٌ (22) كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ (23) جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ (24) لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا (25) إِلَّا قِيلًا سَلَامًا سَلَامًا (26) وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ (27) فِي سِدْرٍ مَّخْضُودٍ (28) وَطَلْحٍ مَّنضُودٍ (29) وَظِلٍّ مَّمْدُودٍ (30) وَمَاء مَّسْكُوبٍ (31) وَفَاكِهَةٍ كَثِيرَةٍ (32) لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ (33) وَفُرُشٍ مَّرْفُوعَةٍ (34) اِنَّا أَنشَأْنَا هُنَّ إِنشَاء (35) فَجَعَلْنَاهُنَّ أَبْكَارًا (36) عُرُبًا أَتْرَابًا (37) لِّأَصْحَابِ الْيَمِينِ (38) ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ (39) وَثُلَّةٌ مِّنَ الْآخِرِينَ (40) وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ (41) فِي سَمُومٍ وَحَمِيمٍ (42) وَظِلٍّ مِّن يَحْمُومٍ (43) لَّا بَارِدٍ وَلَا كَرِيمٍ (44) اِنَّهُمْ كَانُوا قَبْلَ ذَلِكَ مُتْرَفِينَ (45) وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ (46) وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ(47) أَوَ آبَاؤُنَا الْأَوَّلُونَ (48) قُلْ اِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ (49) لَمَجْمُوعُونَ إِلَى مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ (50) ثُمَّ اِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ (51) لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ (52) فَمَالِؤُونَ مِنْهَا الْبُطُونَ (53) فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ (54) فَشَارِبُونَ شُرْبَ الْهِيمِ (55) هَذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ (56) نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ (57) أَفَرَأَيْتُم مَّا تُمْنُونَ (58) أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ (59) نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ (60) عَلَى أَن نُّبَدِّلَ أَمْثَالَكُمْ وَنُنشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ (61) وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَى فَلَوْلَا تَذكَّرُونَ (62) أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَ (63) أَأَنتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ (64) لَوْ نَشَاء لَجَعَلْنَاهُ حُطَامًا فَظَلَلْتُمْ تَفَكَّهُونَ (65) اِنَّا لَمُغْرَمُونَ (66) بَلْ نَحْنُ مَحْرُومُونَ (67) أَفَرَأَيْتُمُ الْمَاء الَّذِي تَشْرَبُونَ (68) أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ (69) لَوْ نَشَاء جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ (70) أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ (71) أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِؤُونَ (72) نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِّلْمُقْوِينَ (73) فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ (74) فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ (75) وَاِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ (76) اِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ (77) فِي كِتَابٍ مَّكْنُونٍ (78) لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ (79) تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ (80) أَفَبِهَذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ (81) وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ (82) فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ (83) وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ (84) وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَكِن لَّا تُبْصِرُونَ (85) فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ (86) تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ (87) فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ (88) فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ (89) وَأَمَّا إِن كَانَ مِنَ أَصْحَابِ الْيَمِينِ (90) فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ (91) وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ (92) فَنُزُلٌ مِّنْ حَمِيمٍ (93) وَتَصْلِيَةُ جَحِيمٍ (94) اِنَّ هَذَا لَهُوَ حَقُّ الْيَقِينِ (95) فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ (96).
     
    Oxunuşu
     
    Bismillahir rəhmanir rəhim
    İza vəqəətil vaqiəh 1. Ləysə ləvəq`ətiha kazibəh 2. Xafizə-tun rafiəh 3. İza ruccətil ərzu rəcca 4. Və bussətil cibalu bəs-sa 5. Fəkanət həbaən munbəssa 6. Və kuntum əzvacən səlasətəh 7. Fəəshabul məy-mənəti ma əshabul məy-mənəh 8. Və əshabul məş`əməti ma əshabul məşəməh 9. Vəs sabiqunəs sabiqun 10. Ulaikəl muqərrəbun 11. Fi cənnatin nəim 12. Sullətun minəl əvvəlin 13. Və qəlilun minəl axirin 14. Əla sururin məvzunəh 15. Muttəkinə ələyha mutəqabilin 16. Yətufu ələyhim vil danun muxəllədun 17. Biəkvabin və əbariqə və kə`sin min məin 18. Lə yusəddəunə ənha və la yunzifun 19. Və fakihətin mimma yətəxəy yərun 20. Və ləhmi təyrin mimma yəştəhun 21. Və hurun in 22. Kəəmsalil lu`luil məknun 23. Cəzaən bima kanu yə`məlun 24. La yəs`məunə fiha ləğvən və la tə`sima 25. İlla qilən səlamən səlama 26. Və əshabul yəmin ma əshabul yəmin 27. Fi sidrin məxzud 28. Və təlhin mənzud 29. Və zillin məmdud 30. Və main məskub 31. Və fakihətin kəsirəh 32. La məqtuətin və la məmnu`əh 33. Və furuşin mərfuəh 34. İnna ənşə`nahunnə inşaa 35. Fəcəəlnahunnə əbkara 36. Urubən ətraba 37. Liəshabil yəmin 38. Sullətun minəl əvvəlin 39. Və sullətun minəl axirin 40. Və əshabuş şimal ma əshabuş şimal 41. Fi səmumin və həmim 42. Və zillin min yəhmum 43. La baridin və la kərim 44. İnnə-hum kanu qəblə zalikə mutrəfin 45. Və kanu yusir-runə ələl hinsil əzim 46. Və kanu yəqulunə əiza mitna və kunna turabən və izamən əinna ləməb`usun 47. Əvə abaunəl əvvəlun 48. Qul innəl əvvəlinə vəl axirin 49. Ləməcmuunə ila miqati yəvmin mə`lum 50. Summə innəkum əyyuhəz zallunəl mukəzzibun 51. Ləakilunə min şəcərin min zəqqum 52. Fəmaliunə minhəl butun 53. Fəşaribunə ələyhi minəl həmim 54. Fəşaribunə şurbəl him 55. Haza nuzuluhum yəvməd din 56. Nəhnu xələqnakum fələv la tusəddiqun 57. Əfərəəytum ma tumnun 58. Əəntum təxlu-qunəhu əm nəhnul xaliqun 59. Nəhnu qəddərna bəynəkumul məvtə və ma nəhnu biməsbuqin 60. Əla ən nubəddilə əmsaləkum və nunşiəkum fi ma la tə`ləmun 61. Və ləqəd əlim-tumun nəş`ətəl ula, fələv la təzəkkərun 62. Əfərəəytum ma təhrusun 63. Əəntum təzrəu-nəhu əm nəhnuz zariun 64. Ləv nəşau ləcəəlnaha hutamən fəzələltum təfəkkəhun 65. İnna ləmuğrəmun 66. Bəl nəhnu məhrumun 67. Əfərəytumul maəlləzi təşrəbun 68. Əəntum ənzəltumuhu minəl muzni əm nəhnul munzilun 69. Ləv nəşau cəəlnahu ucacən fələv la təşkurun 70. Əfərəəytumun narəlləzi turun 71. Əəntum ənşə`tum şəcərətəha əm nəhnul munşiun 72. Nəhnu cəəlnaha təzkirətən və mətaən lil muqvin 73. Fəsəbbih bismi rəbbikəl əzim 74. Fəla uqsimu biməvaqiin nucum 75. Və in-nəhu ləqəsəmun ləv tə`ləmunə əzim 76. İnnəhu lə Qur`anun kərim 77. Fi kitabin məknun 78. La yəməssuhu illəl mutəh-hərun 79. Tənzilun min rəbbil aləmin 80. Əfəbihazəl hədisi mudhinun 81. Və təc`əlunə riz-qəkum ənnəkum tukəzzibun 82. Fələvla iza bələğətil hul-qum 83. Və əntum hinəizin tənzurun 84. Və nəhnu əqrəbu iləyhi minkum və lakin la tubsirun 85. Fələv la in kuntum ğəyrə mədinin 86. Tərciunəha in kuntum sadiqin 87. Fəəmma in kanə minəl muqərrəbin 88. Fərəvhun və rəyhanun və cənnatu nəim 89. Və əmma in kanə min əshabil yəmin 90. Fəsəlamun ləkə min əshabil yəmin 91. Və əmma in kanə minəl mukəzzəbinəz zallin 92. Fənuzulun min həmim 93. Və təsliyətu cəhim 94. İnnə haza ləhuvə həqqul yəqin 95. Fəsəbbih bismi rəbbikəl əzim 96.

    Tərcüməsi
     
    Bağışlayan və mehriban Allahın adı ilə
    1. Həmin hadisənin (qiyamətin) baş verəcəyi zaman. 
    2. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil. 
    3. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.) 
    4. Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman! 
    5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. 
    6. Beləliklə dağınıq toz halına düşəcəkdir. 
    7. Və siz üç dəstəyə bölünəcəksiniz. 
    8. (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.) 
    9. (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.) 
    10. (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! 
    11. Onlar (Allahın dərgahına) yaxın olanlardır.
    12. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar. 
    13. Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan). 
    14. Bir azı (da) sonrakı¬lar¬dan (son ümmətin məsumlarından). 
    15. (Qızıldan) toxunmuş (daş-qaş¬¬¬la bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində. 
    16. Onla¬ra söy¬¬kənmiş halda bir-biri ilə qarşı-qarşıya.
    17. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qol¬ba¬ğı taxmış oğlanlar dolanacaqlar. 
    18. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə! 
    19. Ondan (o şərabdan) nə başları ağ¬rı¬yar, nə də ağıllarını itirərlər. 
    20. Və seçdikləri meyvələrlə. 
    21. Və me¬yil¬ləri çəkən quş əti ilə. 
    22. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gö¬zəl qadınlar (vardır). 
    23. Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi də¬yişib, nə də kiminsə əli toxunub onlara)! 
    24. (Dünyada) etdiklərinin (yax¬¬¬¬¬şı əməllərin) mükafatı olaraq. 
    25. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. 
    26. Salam(un əleyk), səlam(un əleyk)¬dən başqa! 
    27. Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!) 
    28. Tikansız sidr (ağacı bağları içərisin)də! 
    29. Meyvələri bir-birinin üstündə oturmuş ba¬nan (ağacı). 
    30. Və uzanan daimi kölgəlik. 
    31. Və (şəlalələrdən) tö¬kü¬lən su. 
    32. Və (növ, rəng və xüsusiyyətləri baxımından ) firavan mey¬və¬lər. 
    33. Nə tükənəndir, nə də istifadəsi qadağan. 
    34. Hündür və bir-bi¬rinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üs¬tün olan zövcələr. 
    35. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaq¬dan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq. 
    36. Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik. 
    37. Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd. 
    38. (Bunların hamısı) sağ tərəf əhli üçün¬dür. 
    39. (Onların) böyük bir dəstə(si) keçmişlərdən (keçmiş üm¬mət¬¬lər¬dən), 
    40. və böyük bir dəstə də sonrakılardandır (son ümmətdən¬dir). 
    41. Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəf¬tər¬ləri sol əllərinə verilmiş bədbəxtlər!) 
    42. (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə 
    43. və qatı qara tüs¬tü¬nün gölgəsindədirlər. 
    44. Nə sərindir, nə də (istirahət etmək üçün) xe¬yir¬li (və yararlı). 
    45. Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş ne¬mət sahiblərindən idilər. 
    46. Və həmişə (Allahın əhdlərinə qarşı) bö¬yük vəfasızlıqlara israr edirdilər. 
    47. Və deyirdilər: «Məgər biz ölüb tor¬¬¬paq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcə¬yik?!» 
    48. Bizim ata-babalarımız da (dirildiləcəklər)? 
    49. De: «Şübhəsiz, əv¬vəlkilər də, sonuncular da 
    50. mütləq məlum günün (qiyamətin) və¬¬də yerinə tərəf toplanılacaqlar.
    51. Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar! 
    52. Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyə¬cəksiniz. 
    53. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız. 
    54. Onun üstündən qaynar su içəcəksiniz. 
    55. Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.
    56. Bu, cəza günü onlara göstərilən ilk xid¬mət¬dir. 
    57. Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risa¬lə¬ti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?! 
    58. (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz? 
    59. Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik? 
    60. Sizin aranızda ölümü (onu doğuran səbəblər, müd¬dət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq. 
    61. (Dünyada) oxşarlarınızı si¬zin ye¬ri¬nizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axi¬rətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün! 
    62. Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (ne¬cə ya¬radıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ib¬rət götürmürsünüz?! 
    63. Heç əkdiyinizi görmüsünüz? 
    64. Onu siz bi¬ti¬rirsiniz, yoxsa bitirən Bizik? 
    65. Əgər qəti şəkildə is¬təsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz: 
    66. Həqiqətən biz ziyana uğramışıq. 
    67. Hətta məhrum və bədbəxtik! 
    68. Heç içdiyiniz suyu görmüsünüz? 
    69. Onu yağış doğan ağ bu¬luddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən? 
    70. Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?! 
    71. Heç yandırdı¬ğı¬¬nız odu görmüsünüz? 
    72. Onun ağacını siz yaratmısınız yoxsa Bizik ya¬radan? 
    73. Biz onu, yada salmaq (qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik. 
    74. Buna görə də əzə¬mət¬¬li Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil). 
    75. Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onla¬rın batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxt¬larına. 
    76. Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birin¬ci¬¬¬¬si Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə et¬mək¬də hikmət və mərhəmətinin dəlillərindəndir.) 
    77. Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır. 
    78. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir. 
    79. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tut¬qunn¬Lu¬ğun¬dan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər. 
    80. O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir. 
    81. Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?! 
    82. Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükrü) edirsiniz? 
    83. Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. 
    84. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız. 
    85. Biz (və mələklərimiz) hə¬min can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. 
    86. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, 
    87. əgər doğruçusunuzsa hə¬min canı (öz bədəninizə) qaytarmırsınız?! 
    88. Beləliklə, əgər (can verən hə¬min şəxs Allahın dərgahına) yaxınlardan olsa, 
    89. onda (onun üçün) asa¬yiş, pak ruzi və nemət dolu Cənnət vardır. 
    90. Amma əgər sağ tərəf əhlindən ol¬sa, 
    91. onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir). 
    92. La¬kin əgər azmış təkzib edənlərdən olsa, 
    93. onda (ona) ilk xidmət qaynar sudur 
    94. və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq! 
    95. Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir. 
    96. Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!

    Vaqiə surəsinin fəziləti

    Nəql olunur ki, Osman ibn Əffan öldüyü xəstəlikdən əziyyət çəkən Abdullah ibn Məsuda baş çəkməyə getdi və ona belə dedi: "Nədən şikayət edirsən?” Dedi: "Öz günahlarımdan.” Dedim: "Nə ürəyin istəyir?” Dedi: "Rəbbimin rəhmətini.” Dedim: "İstəyirsən sənin üçün həkim çağırım?” Dedi: "Elə həkim məni xəstələndirdi.”Dedim: "İstəmirsən deyim sənə ənam versinlər!?” Dedi: "Mənə lazım olanda verməmisən, indi ki, ehtiyacsızam vermək istəyirsən!?” Dedim: "Mən nə versəm, sənin qızların üçün qalsın.” Dedi: "Onların heç nəyə ehtiyacları yoxdur, çünki mən onları "Vaqiə” surəsini oxumağa məcbur eləmişəm. Mən Rəsuli-Əkrəmdən belə buyurduğunu eşitmişəm: "Hər kim "Vaqiə” surəsini hər gecə oxusa, o, heç zaman dilxor, ümidsiz və möhtac olmaz” 
    İmam Sadiq (ə)-dan nəql olunur ki, hər kim "Vaqiə” surəsini hər gecə yatmazdan əvvəl oxusa, bütün bu müddət ərzində Allah taalanın görüşünə üzü ay kimi parlayan şəxs tək gedər. 
    Yenə də İmam Sadiq (ə)-dan belə nəql olunur ki, hər kim cənnətin özünü görmək və onun tərifini eşitmək istəsə, "Vaqiə” surəsini oxusun!”
     
     Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 4 Eylül 2015 23:41 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım bunları bilmirdim sayende bildim cüme günü oxumağın savabını bilirdim her cüme günü oxuyuram daha her gün oxuyaram İnşAllah.Allah sene her zaman kömek olsun bacım Amin.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 4 Eylül 2015 22:57 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun  bir hefte her wam namazindan sonra oxunarsa ruzinin coxalmasina sebeb olar inwallah

    --------------------
    Не нравится -2 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.