» » Mürtədlik nə deməkdir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mürtədlik nə deməkdir?
    +5
    Müəllif: Admin | 4-02-2016, 14:00 | Baxılıb: 1 955

    Mürtədlik nə deməkdir? 

    Ayətullah Fazil Lənkəraninin mürtədliklə bağlı fiqhi hökm ətrafındakı şübhələrə cavabı
    Bağışlayan və Mehriban Allahın adı ilə!
    İmam Əli (ə) buyurmuşdur: "İlahi əhdlərin pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız" ("Nəhc əl-bəlağə", xütbə: 106).
    İmam Xomeyninin (rh) Salman Rüşdinin mürtədliyi və qətlinin vacib olması ilə bağlı hökmünün, eləcə də böyük şiə mərcəi həzrət Ayətullah əl-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin həm "mürtəd", həm də "Peyğəmbəri (s) söyən" kimi qətlinin vacibliyi haqqındakı hökmünün ardınca son zamanlar mənə məktublar gəlir.
    Məktublardan birində hövzə keçmişinə malik, bir neçə əsərin müəllifi mürtəddin qətl hökmü ilə bağlı bir sıra elmi məsələlərə, fiqhi iradlara işarə vurur. Əslində bu iradlar yeni deyil. Köhnə iradlardır. Mən gözləyirdim ki, o, daha yeni məsələləri önə çəksin və daha ciddi bəhsləri müzakirəyə çıxarsın. Hər bir məktuba ayrıca cavab yazmaq imkanım olmadığı üçün üzr istəməklə yanaşı ümumi bir cavab verməyi məqsədəuyğun hesab etdim. Ümidvaram ki, dinə, məntiqə, əsaslandırmaya azacıq könül vermiş insanlar gerçəyi duyacaq və etiraf edəcəkdir.
    Öncə bu məsələni diqqətinizə çatdırmağı lazım bilirəm ki, heç bir mömin və müsəlman insan başqa bir insanın yolunu azmasına, onun aqibətinin pis olmasına sevinmir. Heç bir müsəlman adi halda bir insanın öldürülməsinə sevinmir. Əksinə, sevindirici hal Allah hökmünün icrası, ilahi göstərişə itaətdir. Məsum imamların (ə), xüsusilə İmam Hüseynin (ə) dürlü kəlamlarında dinin məqsədlərindən biri kimi göstərilən mühüm bir məsələ ilahi cəza tədbirlərinin icrasıdır. Bu, təkid olunan məsələlərdən biridir və bir çox maddı, mənəvi bərəkətlərə səbəb olur.
    Qütb Ravəndi "Lübb əl-lübab" kitabında Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yer üzündə ilahi cəza tədbirlərindən birinin icra olunması, altmış ilin ibadətindən daha yaxşı, daha xalisdir".
    Təfsilatlı cavabdan öncə aydın şəkildə bütün müsəlmanlara, bildirmək istəyirəm ki, mürtədin qətlinin vaciblik hökmü keçmiş və son fəqihlərin heç birinin tərəddüd etmədiyi, əhli-sünnə və şiə arasında yekdil hökmlərdəndir. Yalnız son dönəmdə bir neçə alim bu məsələyə şübhə ilə yanaşmışdır və onların sayı bir əlin barmaqlarının sayından çox deyil. Bu, yüzlərlə keçmiş və son alimlərlə müqayisə olunası deyil. Bu hökm diqqətinizə çatdıracağımız izahla dinin zəruri hökmlərindən hesab olunur. İctihad əhli bilir ki, dinin zəruri məsələlərində ictihada yer yoxdur.
    Biz uca səslə və iftixarla hamıya bildiririk ki, dəyəri və həqiqəti olan Allahın qanunudur. Onun qarşısında heç bir qanunun, heç bir bəyanatın dəyəri yoxdur. Allahdan başqa heç bir qrupun, heç bir şəxsin qanun təyin etmək hüququ yoxdur. Yalnız Allah bəşəriyyət üçün qanun təyin edə bilər. Bütün dünya müsəlmanları bilsinlər ki, mürtədin qətlinin vacibliyi qəti ilahi qanundur. Bu, Peyğəmbərin (s), Əmirəlmömininin (ə), eləcə də sonrakı dönəmlərdə icra olunmuşdur.
    İndi isə bu məsələnin müxtəlif elmi mehvərlərini qisaca nəzərdən keçiririk. Bu bəhsdə altı mehvərdə bir sıra mətləbləri yığcam şəkildə diqqətinizə çatdırırıq:
    Birinci mehvər: Mürtədin qətli və Quran;
    İkinci mehvər: Mürtədin qətli və rəvayətlər;
    Üçüncü mehvər: Mürtədin qətli və qanunsuzluğun yayılması məsələsi;
    Dördüncü mehvər: Mürtədin qətl hökmü dinin süstləşməsinə səbəb olurmu?
    Beşinci mehvər: Cəza tədbirlərinin icrası məsumun (ə) olması ilə şərtlənirmi?
    Altıncı mehvər: Mürtədin qətlinin vacibliyi rəhmət peyğəmbəri olmaqla uyğun gəlirmi?
    Birinci mehvər: Mürtədin qətli və Quran.
    1. Bəziləri güman edirlər ki, mürtədin qətl hökmünün Qurana əsaslanan heç bir dəlili yoxdur. Daha irəli gedərək bildirmişlər ki, bu məsələ Quran ruhu ilə səsləşmir. Fikrimizcə, bu güman əhli-sünnədən başlanmışdır. Müqəddimə olaraq qeyd edək ki, doğrudur, Quranda mürtədin qətlinin vacibliyi ilə bağlı tam aydın ayə yoxdur. Əgər biz mürtədin qətlinin vacibliyi ilə bağlı yalnız bu ilahi kitaba istinad etsək, rəvayətləri, icmanı, hətta zərurəti belə bir kənara qoysaq, onun sübutu çətindir. Amma bir neçə məsələyə diqqət yetirmək lazımdır:
    Birinci məsələ: Tarix boyu heç bir fəqih və ya təfsirçi bu məsələ ilə bağlı Qurana əsaslanmamışdırmı? Mürtədliyin hökmünü inkar edənlərin ibarətlərindən anlaşılır ki, guya tarix boyu əsas etibarı ilə heç bir alim mürtədin qətlinin vacibliyi ilə bağlı Qurana istinad etməmişdir. Bu baxış bəzi müxaliflərin Quran ayələrinə tam diqqət etməməsi, bəzilərinin məlumatının azlığı, bəzilərinin isə elmi baxımdan zəif olmasından qaynaqlanır. Məsələnin aydınlaşması üçün demək lazımdır ki:
    A) "Bəqərə" surəsinin 54-cü ayəsindən istifadə etmək olar ki, mürtəd qətlə layiqdir. "O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!" - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır".
    Bəni-İsrailin böyük əksəriyyəti Firon qoşunundan xilas olduqdan, onlar üzərində qələbə çaldıqdan və həzrət Musa (ə) Tur dağına lövhələri almaq üçün getdikdən sonra Samirinin buzovuna sitayiş etməyə başladı. Tövhiddən xaric oldular. Sonra həzrət Musa (ə) onlara buyurdu: "Siz bu azğınlığınız səbəbilə özünüzə zülm etmisiniz. Tövbə etməli və bir-birinizi qətlə yetirməlisiniz". Bu qətldə məqsəd nəfsi öldürmək, nəfslə, ehtiraslarla mübarizə aparmaq deyil. Əksinə, məqsəd həqiqi qətl, yəni öldürmək, ruhu cisimdən ayırmaqdır. Məlumdur ki, burada qətl fərmanı Allah-Taala tərəfindən verilmişdir. Bunun səbəbi Bəni-İsrailin o qədər möcüzələri, nişanələri müşahidə etdikdən sonra mürtəd olması, dindən çıxması idi.
    Bu ayədən bəlli olur ki, birincisi, yəhudilər arasında mürtədlik, dindən çıxmaq qətlin mövzusudur. Belə bir məsələnin cəzası qətldir. İkincisi, keçmiş şəriətlərin hökmlərini "istishab" qaydası ilə İslam şəriətində də doğru hesab edə, nəsxi (keçmiş hökmün qüvvədən düşməsi, ləğv olunması) bir kənara qoya bilərik. Bəli, kimsə "istishabı" qəbul etməsə, yalnız birinci məsələ ilə kifayətlənməlidir. Amma bu qədəri müddəanı müqayisə etmək üçün kifayətdir.
    Alusi "Ruh əl-məani" təfsirində yazır: "Qətl, ya bu xüsusi qrupun tövbəsi olmuşdur, ya da ümumiyyətlə Musa (ə) şəriətində mürtədin tövbəsi mütləq mənada qətl olmuşdur".
    Sözügedən ayənin izahı ilə bağlı İmam Əlidən (ə) nəql olunan bir hədisdə oxuyuruq: "Bəni-İsrail həzrət Musadan (ə) soruşdu: "Bizim tövbəmiz hansı şəkildə olmalıdır?" Həzrət Musa (ə) buyurdu: "Buzova sitayiş edənlər hər biri digərini öldürməlidir". Belə ki, bəziləri öz qardaşlarını, atalarını, övladlarını qətlə yetirdilər. Nəhayət, Allahdan əmr gəldi ki, bu işi saxlayın" .
    Burada irəli sürülə biləcək digər bir fikir isə budur ki, sözügedən ayə qrup şəklində mürtəd olanlara aiddir və bu hökmü bir şəxsin mürtəd olmasına aid etmək olmaz. Lakin "tövbə edin" ifadəsindən aydın olur ki, hər birinin tövbəsi ayrı-ayrılıqda vacib idi. Nəticədə isə hər bir şəxsin mürtəd olması qətlə layiq olması üçün mövzu idi.
    B) Fəxr Razi "Təfsiri-kəbir"də "Bəqərə" surəsinin 217-ci ayəsini izah edərkən yazır: "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!" Əməllərin dünyada heçə getməsində məqsəd budur ki, o ələ keçirildikdə öldürülməlidir. Ələ keçməsi mümkün olmadıqda isə onunla döyüşmək lazımdır ki, ona qələbə çalınsın. Həmçinin möminlər ona kömək edə bilməzlər. Onun arvadı ondan öz-özünə, talaqsız ayrılır və ona, müsəlmanlardan irs payı çatmır" .
    Məlumdur ki, Fəxr Razi əməllərin dünyada puça çıxmasının mütləq mənasından belə bir nəticə çıxarmışdır. Onun geniş mənası hətta onun öncə pak və hörmət dairəsinə salan, qanını haram edən iki şəhadəti və İslamı da əhatə edir. Əməllərin puça çıxması ilə istər sözlə, istərsə də əməli olaraq gördüyü bütün işlər etibardan düşür. Bəzi mötəbər rəvayətlərdə İmam Sadiqdən (ə) nəql olunur: "La ilahə illəllah şəhadəti və Allahın elçisini (s) təsdiq etmək qanı hörmətə mindirir. Onunla nikahlar və miraslar sabitləşir". Hədisin mənası budur ki, bu şəhadət olmadıqda artıq qanın hörməti olmur (insanın öldürülməsi icazəli olur), nikahlar pozulur, mirasdan pay çatmır.
    Mərhum Mühəqqiq Xoyi "Tənqih" əsərində yazır: "Çoxlu sayda rəvayətlərimiz göstərirlər ki, İslamda, qanın hörmətində, miras və nikahın icazəli olmasında meyar tövhidə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verməkdir. Bəlkə buna görə də Şeyx Tusi fitva vermişdir ki, əgər bir müsəlman həcc əməllərini yerinə yetirsə, sonra mürtəd olsa (dindən çıxsa), onun həcci batildir. Əgər yalnız bu ayəni mütləq mənada başa düşsək, Şeyx Tusi haqlıdır".

    Mənbə: Qum Elmi Hövzəsi

     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.