İmam Əli (əleyhissalam) öz xilafəti dövründə camaata bu müraciətlə çox buyururdu:
"Hələ aranızdan getməmişdən qabaq məsələlərinizi məndən soruşun.” Bir gün güclü cəsur, eləcə də dildən iti adam olan Zi”ləb Yəməni öz dostlarına belə dedi:
Əbu Talibin oğlu artıq təhlükəli uçurumun zirvəsində durmuşdur. Bu gün ondan edəcəyim sualla onu camat qarşısında utandıracağam.
Elə bu qərarla da məscidə gələrək camaatın qabağında Əli (əleyhissalam)-dan soruşdu: "Ya Əmirəl-möminin! Yaradanını görmüsən?!”
İmam buyurdu: Mən görmədiyim Allaha sitayiş edə bilmərəm.
Zil”əb dedi: "Allahı necə görmüsən?!”
İmam buyurdu: "Heç zaman gözlər onu görməz, lakin imanın həqiqət aynasında yalnız qəlblər onu görə bilərlər.” O, Hər şeyə yaxındır, amma belə də yox ki, onlara bitişmiş olsun, eləcə də o hər şeydən uzaqdır, amma belə də yox ki, onlara laqeyid qalsın. O, qabaqcadan fikirləşməmiş danışır, həm də qabaqcadan qərar qəbul etməmiş iradə göstərir!
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)