Uşaqları namaza sövq edin
Tə”kid etməli olduğum bu mövzunu hamı eşitsin və başqalarına da desin-övladlarımız qarşısında məs”uluq ki, onlara yetkinlikdən (həddi-büluğa çatmamışdan) qabaq namaz öyrədək. Uşaqlar elə tərbiyə olunmalıdırlar ki, namazın xeyirli gələcəyinə inansınlar. Ata-ananın çalışması sayəsində uşağın əməllərinin savabı uşaq yetkinliyə çatanadək ata-anaya verilir. Uşaq yetkinliyə çatdıqdan sonra da xeyrə səbəb olduqlarından, ata-ana ilahi lütfə nail olarlar.
Uşağın "Bismillah” deməsi atanın əzabını götürər
Bir zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə qəbiristanlığın yanından keçərkən "qəbir sahibi əzabdadır, tez keçin!” deməsini eşitmisiniz. Bir il sonra həmin yerdən keçərkən əzab əsəri görməyən Həzrət "Pərvərdigara, artıq bu meyyitə əzab olunmur, niyə?” deyə soruşdu. Nida yetdi ki, bu kişinin bir oğlu vardı, ölümdən sonra o uşağı məktəbə göndərdilər, ustadı ona "bismillahir-rəhmanir-rəhim” öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından atasından əzabı götürdük.
Bəli, şər᾽i vəzifələrimizdən biri də yaxşıya də᾽vət (əmr be mə᾽ruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını də᾽vət etməkdir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb