» » Ölümdən sonra Əhli-Beytin rolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ölümdən sonra Əhli-Beytin rolu
    +5
    Müəllif: Admin | 8-01-2016, 19:00 | Baxılıb: 1 353
     

    ÖLÜMDƏN SONRAKI MƏRHƏLƏLƏRDƏ PEYĞƏMBƏR (S), ƏLİ (Ə)-IN VİLAYƏTİ VƏ ƏHLİ-BEYTİN ROLU

    Dördüncü: Siratdır.

    Öləndən sonra insanın keçəcəyi dördüncü mərhələ siratdır.

    İslam Peyğəmbəri (s) belə buyurur: «Cəhənnəmin üstündə tükdən nazik, qılıncdan iti bir körpü var. Bütün insanlar oradan keçməlidir.»

    Quranda da «Möminun» surəsinin 73-cü ayəsində buna işarə edilərək buyurulur: «Ya Peyğəmbər, sənin borcun və üzərində olan ağır vəzifə insanların hamısını düzgün yola hidayət etməkdir. Amma axirətin olacağına, öldükdən sonra diriləcəklərinə və qiyamət səhnəsində hazır olacaqlarına iman gətirməyən və inanmayanlar Siratı düzgün gedib başa çatmayacaqlar».

    İmam Sadiq (ə) buyurur: «Sizin haqqında eşitdiyiniz Sirat iki cürdür: Biri budur ki, insan o yolla gedib Allahı tapır və ona inanır; İkinci Sirat axirətdədir.

    Bəs insanların dünyadakı tapmalı olacaqları Sirat hansıdır?

    O Sirat Allahın təyin etdiyi imamdır. İnsanlar onun vasitəsi ilə hidayət olunarlar. Onlara tərəf gedib, onlara itaət edən adam qiyamət günü Siratın üstündən keçib gedəcək.

    Beşinci: Hesabdır.

    Qiyamətdə məhkəmə qurulacaq. İnsanın etdiyi bütün əməlləri haqqında sorğu-sual ediləcək. Sorğudan sonra hesab-kitab bağlanacaq.

    «Ənbiya» surəsinin 47-ci ayədə buyurulur: «Qiyamət günü biz ədalət tərəzisini insanın qarşısına qoyacağıq. Heç bir insana zülm olunmayacaq. Zərrə qədər yaxşı və ya pis əməli olandan da hesab soruşulacaq. Mühasiblər insanların əməl dəftərini gətirib onlardan hesab alacaqlar.»

    Həzrət bu ayələrin təfsirində buyurur: «Sizin burada yaşağıdınız günlər əməl günüdür və sizdən hesab götürən yoxdur. Hara gedirsən, nə danışırsan, hara baxırsan, nə yazırsan və nə yeyirsənsə, azadsan. Amma qiyamət günü əməl yoxdur, ancaq hesabdır».

    Altıncı: Mizandır.

    İnsanın bütün əməllərini o tərəzidə hesablayacaqlar.

    «Əraf» surəsinin 8-9-cu ayələrində buyurulur: «Qiyamət günü çəki haqqdır. Əməllər çəkiləcək və ölçüləcək. Əməlləri ağır gələn insanlar nicat tapacaqlar. Tərəzidə əməlləri yüngül gələn adamlar ziyan görəcəklər; Çünki onlar öz nəfslərinə qarşı ziyan etməklə yanaşı bizim ayələrimizə zülm etdilər (etinasızlıq göstərdilər).» (Quran) ayələrini eşitdikləri halda inanmadılar və əməl etmədilər. Onlar peşiman olacaq və deyəcəklər: İlahi, biz başa düşmədik, bizi qaytar gedib (dünyada) yaxşı əməllər edək. Biz onlara deyəcəyik ki, lal olun və danışmayın. Biz sizə peyğəmbərlər göndərdik, kitablar göndərdik və Quranı göndərdik, amma siz qulaq asmadınız. Buna görə də sizin istəyiniz heç vaxt qəbul olmayacaq».

    Hədisdə Peyğəmbər (s) buyurur: «Allah qiyamət günü Adəm peyğəmbəri (s) çağırıb deyəcək ki, bunların hamısının atası sənsən. Gəl tərəzinin yanında dur və balalarının əməllərinə tərəzidə diqqətlə bax! Əgər onların yaxşı əməlləri zərrə qədər də olsa və pis əməllərindən ağır gəlsə, onlar cənnətə gedəcəklər. Ya Adəm, sonra demə ki, burada zülmə yol verildi».

    «O insanlar» dedilər ki, Salman, filan heyvanın quyruğu sənin saqqalından üstündür. Salman cavabında dedi: Əgər keçə bilməsəm, sən deyəndir. İtin quyruğu bundan üstündür[2]

    Quran buyurur: Üç qrup insana tərəzi qurulmayacaq:

    1.Müşrik və Kafir olanlara.

    Onları hesabsız, kitabsız və tərəzisiz odun içinə atacaqlar.

    «Kəhf» surəsi, 105-ci ayə: «Müşrik və kafir olanlar üçün mizan (tərəzi) qoymayacağıq».

    2.Şəhidlərə.

    Allah yolunda dünyada şəhadətə çatmış insanlara tərəzi və hesab olmayacaq. Onlar behiştə azad şəkildə gəlib keçəcəklər.

    3.Müsbət mənada iki xüsusiyyətə malik olan insanlara:

    Xəlvətdə da olsalar günah etməyən və dünyada halal ruziləri az da olsa ona qane olanlar. Onlar da azad şəkildə gəlib keçəcəklər.

    Yeddinci: Kitabdır.

    Yeddinci mərhələdə insanların hamısına 3 cür kitab verəcəklər. Kitab haqqında iki fikir mövcuddur:

    1.İnsanın dünyada hansı əməli olarsa, orada qeyd edərlər. Buna kitab deyilir.

    «İnfitar» surəsi 12-ci ayə: «Allah sizə gözətçi qoyub. Sənin yanında çox hörmətli yazıçı var. Hər nə etsəniz onlar bilir və yazırlar.

    «Qaf» surəsi 18-ci ayə buyurur: «Sənin sağında və solunda gözətçi olanların ikisi də etdiklərinin hamısını yazırlar. Hər bir insan hər nə iş görür və hər nə danışırsa, bilməlidir. Sözə qədər hər şey onların qələmindən keçir və qeyd edilir.

    «Yasin» surəsi 12-ci ayə: «Ölüləri biz dirildəcəyik və onların hamısının əməllərini biz yazırıq. Hansı əməlləri özləri edib və hansı əməlləri onlara göndərirlərsə onları da yazırıq».

    «Casiyə» surəsi buyurur: «Sizin əməllərinizin hamısını çəkirlər və yazırlar. Qiyamət günü insanlara öz əməllərini göstərəcəklər. Bütün bunları yazdıqdan sonra onu bir kitab halına gətirirlər».

    Bu kitab üç cürdür: Quranın buyuruğuna əsasən onlardan biri budur ki, insanın öz fərdi əməllərini yazırlar. Qiyamət günü hər bir insanın əməl kitabını öz əlinə verəcəklər.

    «Əlhaqqə» surəsi buyurur: «Qiyamət günü ktabları sağ əlinə verilənlər şad olaraq hamını çağıracaq və deyəcəklər ki, gəlin mənim kitabıma baxın. Görün nə gözəl kitabım var. Mən dünyada bilirdim ki, mənim əməllərimi yazırlar. Ona görə də düzgün əməllər etdim. Bu insanlar rahat və Allahın Cənnətində olacaqlar. Kitabları sol əllərinə verilənlər isə deyəcəklər: Vay olsun mənə, kaş bu kitabı mənə verməyəydilər, kaş hesabımı bilməyəydim».

    İkinci kitabı bütün ümmətlərə verəcəklər. Bu kitablar bütün peyğəmbərlərin ümmətlərinə ayrı-ayrılıqda hazırlanmışdır. O kitabı da açıb hər bir ümmət öz əməllərinə baxacaqlar.

    «Casiyə» surəsi 29-cu ayədə buyurulur: «Ya peyğəmbər, bütün ümmətlərin hamısını diz üstə çökən görəcəksiniz. Hər bir ümmət öz kitabına tərəf dəvət olunacaq. Kim nə iş görübsə hamısını ona deyəcəklər».

    Bu bizim kitabımızdır və sizə haqq danışır. Bu kitabda səhv yoxdur.

    Üçüncü kitabda bütün insanların əməlləri qısa surətdə bir xətdə yazılır. Hamı öz əməllərini bu kitabda görəcək. Hamı bir-birinin əməllərindən xəbərdar olacaq.

    Quran buyurur: «Allahın nuru ilə o yer işıqlı olacaq. Bütün insanların hamısının əməllərini yazılmış bir kitab təşkil edəcəklər. Peyğəmbəri şahid gətirəcəklər. O zaman insanlar arasında qəzavət olunacaq və hökm veriləcək. Heç bir insana zülm olunmayacaq».(«Zumər» surəsi, 68-ci ayə)

    O kitabı gördükdə insanlar deyəcəklər: «Vay olsun bizə, bu necə kitabdır ki, kiçikdən-böyüyə qədər bütün əməllərimizin hamısını yazıb burada saxlayıblar». Qiyamət günü ən böyük əzab insanların bir-birlərinin yanında çəkdikləri xəcalətdir. İnsanların əksəriyyətini dünyada həvayi-nəfs bədbəxt edir.

    Mərhum Əllamə Təbatəbaidən soruşurlar: Ağa, irfanın neçə mənzili var? Ağa cavab verir ki, iki mənzili var: Bir ayağını qoy həvayi-nəfsin üzərinə, digərini də yarın məhzərinə. Əsas insanın Allaha itaət etməsidir.

    Rəcəbəli Xəyyat (xəyyat «dərzi» deməkdir. Bu insan dərzi olmasına baxmayaraq böyük arif və övliyalardan biri idi.) Ayətulla üzma Milaninin yanına gedib öz əhvalatını ona danışır. Deyir ki, mən cavan oğlan idim. Günlərin bir günü mən tələyə düşdüm. Belə ki, gördüm bir qız məni aldadıb tələyə salıb və bu tələnin içindən çıxmağa heç bir yolum yoxdur. Öz-özümə bir qədər fikirləşib dedim: İlahi sənin məni imtahana çəkib dəfələrlə yoxlamağın mümkündür. Bu həmişə olan şeydir. İcazə olar bir dəfə də mən səni imtahan edib, yoxlayım? Elə bunu demişdim ki, Yusif (ə) Züleyxanın tələsindən alını açıq, üzü ağ və başı uca çıxdığı kimi mən də gözlərimi yumub tələdən elə çıxdım. Oradan çıxdıqdan sonra Allah mənim gözümü açdı. Rəcəbəli ölənə qədər insanların batinini görürdü. Onların həqiqi surətlərini görürdü. O, qeyd edirdi ki, bəzi vaxt küçədə gedərkən çox adamın gəzib, dolandığını görürsən. Amma, bəzi vaxt bir, iki nəfəri adam surətində görürsən, ondan qalanları heyvan surətindədir. Allah Rəcəbəlinin gözünü, ayağını həvayi-nəfsin üzərinə qoyduğu üçün açdı.


    Kitabın adı:  Əhli-Beytin (ə) məqamı

    Müəllif:      Əliəkbər Ocaq Nejad


     


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 8 Ocak 2016 22:26 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qardas cox gozel ve deyerli movzudur, Allah butun insanlari sevdiyi bendelerden qerar versin ve bizleri qiyametde, mizan terezisinden alni aciq uzu ag cixartsin inseAllah amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 8 Ocak 2016 21:36 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Amin Ya Allah sen bizim gunahlarimizi baxisla sene ehdiyacimiz var bizleri pis emellerden qoru.AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.