Mani kordur və hikmətin dəlillərin görmür
Ey Müfəzzəl! Təəccüb edirəm, o kəslərə ki, tibdə eyib görmürlər, amma təbibdə səhv axtarırlar. Bu qurup dünyanın hər şeyin öz başına və hikmətsiz görməməklərinə baxmayaraq onu təsadüfi hesab edirlər. Qəribədir o kəslər ki, hikmət iddia edirlər ancaq yaranışın hikmətin inkar edirlər və Allah-Taalahaqda nəlayiq sözlər deyirlər. Təəccüblü o, bədbəxtin (mani) işidir ki, yaranışın hikmətin görmür. Yaradılışda səhv və xəta olduğunu hesab edir. Və Allah-taalaya cəhl nisbət verir.
Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz
Müəttiləyə təəccüb edirəm. Onlar istəyirlər elə bir şeyi hiss etsinlər ki, ağıl da onunla müvafiq olsun. Onlar o şeyi ki, dərk edə bilmirlər, onu inkar və təkzib etməyə cəhd göstərirlər və deyirlər: Niyə ağıl da onu dərk etmir?
Onlara belə cavab verilir. Çünki O ağıldan və düşüncədən üstündür. Necə ki, göz hər şeyi görə bilmir. Əgər havada bir daş görürsən, dərk edirsən ki, kimsə onu havaya atıbdır. Bu etiqadı, gözün deyil, bəlkə ağıl ona hökm edir. Çünki ağıl hökm edir ki, daş öz-özünə uca bilməz. Deməli ağıl da allahı tanımaqda acizdir və öz həddini aşmır. Amma insan onu ağılla iqrar edir və bilir ki, bir şey mövcuddur, amma görülən deyil və heş bir hiss onu dərk etmir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri