Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi
Ey Müfəzzəl! Şəkk edənlər yaranışın mə`nasını və səbəbini bilmədilər və o, vaxt ki, ağılları və fikirləri Allah-təalanın hikmətinin dərk etməkdə aciz qaldı, onlar hər şeyi inkar etdilər. Onlar hətta allahı da inkar etməyə əl atdılar. "Şübhəsiz Allah onların fikirləşdiyindən üstündür. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar?” Tövbə surəsi. Ayə. 30.
Onlar yolun azmış, bədbəxt və kor halda çox gözəl bir saraya daxil olarlar. O, saray ən gözəl və gəşəng xalçalarla döşənmiş və hər növ yemək, içki, geyim və onlara lazım olan hər şey hazırlanmışdı. Orada hər şey oz layiqli yerində qərar tutmuşdur. Amma bu korlar bütün gözəllikləri ayaqlarının altına qoyur, ancaq onları görmürlər. Onlar nə sarayı görürlər və nə də onun daxilində olanları. Bu qurup ki, yaranışda olan Hikməti, tədbiri inkar edir, onlar da bu cürdurlər.
O kəslər ki, yaranışın səbəblərini dərk edə bilmirlər allahı inkar.edirlər. Onlar yolun azmış, kafir, fasiq və dindən çıxmışlardır.
Ona görə də o kəslər ki, allahın ne`mətlərini tanımaqda, və hidayətdə müvəffəq olmuş və qəti dəlillər ilə allahın varlığını dərk etmişlər, gərək həmişə öz mövlasına təşəkkür etsinlər. Allah taala buyurmuşdur: "Əgər şükr etsəniz, ne`mətlərinizi artırarıq və əgər küfr etsəniz şübhəsiz ki, mənim əzabım çətindir.” İbrahim surəsi, ayə 7.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri