Üçüncü fəsl
Səhər tezdən İmamın (ə) xidmətinə yetişdim. İmam (ə) buyurdu:
Şükür o Allaha ki, bizi öz elmi ilə seçdi və helmi ilə bizi təsdiq etdi. O kəslər ki, bizdən uzaqlaşdı, atəşə düşdü. Və o kəslər ki, hidayət ağacının kölgəsindən bəhrələndilər, behiştin yolun tapdılar.
Ey Müfəzzəl! Insanın yaranışında olan hikmətlər və sirrlər və onda gizlənən tədbirləri sənin üçün şəhr etdim. Heyvanların yaranışı və hikmətləri haqda da söhbət açdım. İndidə səmanın, günəşin, ayın və ulduzların, gecə və gündüzün, isti və soyuğun, dörd cövhərin, (yə`ni; Torpaq, su, hava və atəş) yağışın, böyük daşların, dağların və onlarda gizlənən ibrət dərsləri haqda sənin üçün danışacağam.
Səmanın rənginin sirri
Səmanın rəngi və onda olan hikmət və tədbirə nəzər sal. Bu rəng gözlərin nurun gücləndirmək üçün ən münasib və ən üstün bir rəngdir. Hətta həkimər belə gözləri zərər çəkmiş insana qaraya çalan yaşıl rəngə baxmağı məsləhət görürlər. Bə`zi mahir təbiblər də zəif görən insana su ilə dolu olan yaşıl qaba baxmağı məsləhət görürlər.
Allah-Taalasəmanı gör necə bir rəngdə yaratmışdır ki, insan hətta ona baxsa da gözləri zəifləmir. Bəs o şey ki, çoxlu təcrübələrlə kəşf olunmuşdur, yaradılışda mövcuddur. Gərək ibrət əhli ondan dərs alsın və kafirlər bu haqda təfəkkür etsinlər. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar? (Tövbə surəsi,30-cu ayə)
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri