127.Xütbə
612. Xütbə
Qur’an:
«Onun hökmranlığını möhkəmləndirdik, ona hikmət və fəsahətli nitq qabiliyyəti bəxş etdik.»
Hədis:
1858. Səd ibn İbrahim atasından nəql edir: «İki dəfə minbərdən xütbə söyləyən kəs İbrahim (ə) olub. Bu rumluların Lut peyğəmbəri (ə) əsir götürdükləri vaxt olub və İbrahim (ə) onlarla müharibə edərək o Həzrəti onların əlindən almışdır.»
1859. Cabir:«Allahın Peyğəmbəri (s) xütbə söyləyəndə qoşunu düşmən həmləsinin təhlükəsindən agah edən qarovul əsgər kimi gözləri qızarar, səsi ucalar və qəzəbi kükrəyərdi.»
1860. Əbu Umamə:«Peyğəmbər (ə) ordu başçısını müharibəyə göndərəndə buyurardı: Xütbəni qısa və sözünü az et.»
1861. Əmmar ibn Yasir:«Allahın Peyğəmbəri (s) bizə xütbələrimizi müxtəsər söyləməyi əmr etmişdir.»
1862. Cabir ibn Səmurət Səvaiyyi:«Allahın Rəsulu (s) cümə günləri moizəni çox uzatmaz, qısa sözlərlə bəyan edərdi.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild