240 Namaz (3)
Cümə namazı
1133. Cümə namazı
Qur‘an:
«Ey iman gətirənlər! Cümə gününün namazına çağırıldığınız zaman, Allahı yad etməyə tələsin və ticarətinizi saxlayın. Əgər bilsəydiniz bu sizin üçün xeyirlidir.»
Hədis:
3670. Allahın Peyğəmbəri (s): «Kim cümə namazını ona əhəmiyyət vermədiyindən tərk edərsə, Allah-taala onun qəlbinə qəflət möhürü vurar.»
3671. Allahın Peyğəmbəri (s): «Cümə namazı yoxsulların həccidir.»
3672. Allahın Peyğəmbəri (s): «Kim imanla və Allah xatirinə cümə namazında iştirak edərsə, əməllərini yenidən başlamışdır. (Allah mükafat olaraq onun keçmiş günahlarını bağışlayar və onun üçün yeni əməl naməsi açar)»
3673. İmam Baqir (ə): «Cümə namazı vacibdir və imamın olduğu halda, onun üçün toplanmaq vacibdir. Beləliklə, bir üzrü olmadan üç cümə namazını tərk edən şəxs, üç vacib əməli tərk etmişdir və bir səbəb olmadan üç vacibatı münafiqdən qeyri heç kim tərk etməz.»
1133. Xütbəyə qulaq asmaq qaydası
3674. İmam Əli (ə): «Cümə imamı xütbə oxuyanda söhbət etmək və üzü namazda icazə verilən həddən artıq qiblədən çevirmək olmaz.»
Mənbə: Mizanul-hikmət (xülasəsi) 2-ci cild