» » Əbdullah Mübarəkin qulu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əbdullah Mübarəkin qulu
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-11-2015, 16:00 | Baxılıb: 1 024
     
     
     
     
    Əbdullah Mübarəkin qulu

    Əttar Nişaburi deyir: 
    «Əbdullah Mübarəkin bir qulu vardı. Bu qul ilə şərt kəsmişdi ki, işləyib öz qiymətini ödəsə onu azad edəcəkdir. Bir gün Əbdullaha deyirlər ki, sənin qulun qəbirləri açıb, meyyitlərin kəfənini oğurlayır, sonra kəfənləri satıb, pulunu sənə ödəyir. Bu xəbər onu çox pərişan edir.
    Bir gün gizlicə qulun arxasına düşüb onu izləyir. Qul qəbiristanlıqda boş bir qəbirə girib ağlaya-ağlaya dua etməyə başlayır. Bu səhnəni görən Əbdullahı ağlamaq tutur. Qul səhər açılanadək dua oxuyub qəbirdən çıxır və şəhərə üz tutur. Qarşısına çıxan ilk məscidə girib, namaz qılır. Namazdan sonra deyir: "Ey mənim həqiqi Ağam! Gecə gündüz oldu, müvəqqəti ağam isə məndən pul gözləyir. Pərvərdigara, sən çarəsizlərin ümid yerisən!” Bu vaxt qulu kənardan müşahidə edən Əbdullah bir nur görür. Nur qulun əlinə doğru hərəkət edir və ovcunda itir. Əbdullah qulun əlində bir qızıl dinarın işıltısını görür. Bu səhnə onu haldan salır. Qula yaxınlaşıb, onu qucaqlayır. Başını sinəsinə sıxıb deyir: "Min mənim kimisinin canı sən tək qula fəda olsun. Kaş sən ağa, mən isə sənin qulun olaydım!”
    Hadisənin aşkarlandığını görən qul deyir: - "Pərvərdigara, bu sirr açıldı, daha yaşamaq istəmirəm, məni öz yanına apar!” Bu sözlər sona yetən kimi qul Əbdullahın qucağındaca keçinir!..»
    Ey ulu şah, xətamızı ötür sən, 
    Biz günahkar, Sənsə günahdan keçən.
    Sən xeyirxah, bizimsə eybimiz çox, 
    Eybimizin, xətamızın sonu yox. 
    Hər anımız üsyan dolu, şərr dolu,
    Ayağımız nəfsimizlə buxovlu.
    Könlümüz dünyaya, üzümüz Sənə 
    Min bir səcdə qılaq, borculuyuq yenə.
    Qol-boyunuq gecə-gündüz günahla,
    Sinə dolu ehtirasla, tamahla.
    Tövbə qılıb, yenə aşırıq həddi, 
    Bu nəfs şeytan caynağında kəmənddi.
    Yenə ümidimiz Səndən üzülməz, 
    Cəza nə ki, ayrılığın dözülməz.
    Əmmarə nəfsimiz şeytanın qulu,
    Şeytanla birləşib bağlayıb yolu. 
    Sınasıyam yardım olmasa göydən,
    Yapışmışam rəhmət dolu ətəkdən. 
    Aparma dünyadan məni imansız, 
    Günah odu günahdan da amansız.  
    "İlahi və Rəbbi mən li ğəyrukə əsəlukə kəşfə zurri, vənnəzərə fi əmri”
    ("İlahi, Pərvərdigara! Səndən başqa kimim var ki, ondan
    narahatlıqlarımın aradan götürülməsini, işlərimə lütf nəzəri etməsini istəyim?!”)
    Ey mənim Rəbbim! Mənim üçün səndən başqa feyz və xeyir çeşməsi varmı? Çətinliklərin və halsızlıqların, xəstəliklərin və uğursuzluqların çarəsini Səndən istəyirəm. 
    Ey mənim Mövlam! Dərdimə o kəs çarə qıla bilər ki, hər cəhətdən qüdrətli olsun, məni öz mərhəmətindən uzaq salmasın, ehsanının qarşısını ala bilən tapılmasın, bütün kamal sifətlərinə malik olsun və o kəs Sənsən. 
    Səndən başqa kimə ağız açsam, ya mənə ürək yandırmayacaq, ya çətinliyimi aradan qaldırmağa gücü çatmayacaq, ya da xəsislik göstərəcəkdir. Ona görə də gözümü və ümidimi yaranmışların köməyindən - xüsusilə dostların və yaxınların yardımından - kəsib zəlil halda Sənə əl açıram. Səndən bütün çətinlikləri, bütün çirkin sifətləri məndən uzaqlaşdırmağını, zahiri və batini müşküllərdən mənə nicat verməyini istəyirəm!
    Bəli, insan dənizdə qərq olmuş və hər şeydən ümidini üzmüş bir kəs kimi yalnız Allaha üz tutmalıdır. Allah-Taala 
    həzrət İsaya (ə) buyurur: "Ey İsa, məni dənizdə qərq olmuş və yardımçısı olmayan kəs kimi çağır.”
    İmam Sadiq (ə) buyurur: "Əgər Allahın sizə bir şey əta etməsini istəsəniz, ümidinizi hamıdan kəsib yalnız Ona ümid bağlamalısınız. Allah-Taala bəndəsində belə bir hal gördükdə onun istədiyini əta edir.”
    "Ey mənim Allahım” deyən kəs bütün əqidə əməl və əxlaq nöqsanlarından təmizlənməli, dünyanın bütün nemətlərini kamala çatmaq üçün bir vasitə bilməlidir. Çünki Allahdan qeyrisini məbud qəbul edən müşrikdir, müşrikin duası isə heç vaxt qəbul olmaz. 
    "Ey mənim Rəbbim” deyən kəs bütün batil fironlardan, ilahi mədəniyyətdən qeyri bütün mədəniyyətlərdən azad olmalıdır. Çünki batil mədəniyyətlərə bağlanan insan nəhayət elə bir uçuruma yuvarlanar ki, duaları rədd edilər. 
    Bəli, Allahın izni olmadan kimsədən yardım istəmək faydasızdır. Yalnız Allaha ümid bağlamaqla dünya və axirət səadətinə nail olmaq mümkündür. Allahı və Onun məxluqunu lazımınca tanıyanlar bilirlər ki, bütün çətinliklərin həlli yalnız qadir Allahın əlindədir. Ona görə də Allah aşiqləri öz müşküllərinin həlli üçün yalnız Ona üz tuturlar. Həzrət Musa (ə) Allahın dərgahına belə ərz edir: "Ey mənim məbudum! Gədalıq boxçamda Sənin bütün xəzinələrində olmayan bir şey mövcuddur və o da budur ki, Sənin kimi bir məbudum vardır!”
    Elə ki, ümid hər yerdən üzüldü, yalnız Həzrət Haqqa əl açıldı, gözlərdən bulaq tək yaş süzüldü, üz torpağa sürtüldü, inayət qapıları insanın üzünə açılar, bütün müşküllər öz həllini tapar. 
     
     
     
    Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
    Müəllif: Hüseyn Ənsarian

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 28 Kasım 2015 16:57 | Redaktor | Şərh yazdı
    Çox tesirli ve ibretli hekayedi Allah günahlarımızı bağışlasın bizi cehennem ateşinden qorusun Amin.Allah razı olsun bacım ellerin var olsun Allah axiretde seni behiştlik etsin Amin İnşAllah.Çox sağ ol sayende oxuyub öyrenirik.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.