126. Xuşu (təvazökarlıq)
610. Təvazökarlıq
Qur’an:
«Məgər möminlər üçün öz qəlblərini Allahı yad etməklə xuşu (təvazö) halına salmalarının vaxtı gəlib çatmamışdırmı?»
Hədis:
1853. «İrşadul-Qulub» kitabından:«Merac hədisində Allah-taaladan nəql olunur ki, yalnız Məni tanıyan və Mənim qarşımda xuşu edən bəndələrimin qarşısında bütün əşyalar təvazökar olarlar.»
1854. İmam Əli (ə):«Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir.»
1855. İmam Səccad (ə): duada buyurur: «Ey Allahım! Qane olmayan nəfsdən, doymaq bilməyən qarından, yumşaq və təvazökar olmayan qəlbdən Sənə pənah gətirirəm.»
611. Təvəzökarların sifətləri
1856. Allahın Peyğəmbəri (s):«Təvazökar insanın dörd əlaməti var: gizlində və aşkarda Allahdan qorxmaq, yaxşı işlər görmək, Qiyamət gününü fikirləşmək və Allahla münacat etmək.»
1857. İmam Əli (ə):«Qəlbi xuşu halında olanın bədən üzvləri də xuşu halında olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild