Əlimi dua üçün açamadığım gün və gecələrə görə...
Utanıram Rəbbimin və Rəsûlunun (s.a.v.) adını yetərincə zikr etmədim deyə...
Yemək yeyərkən ac qalanları xatırlamadığım günlərə görə...
Bir neçə xurma ilə doyan Rəsûl-i Əkrəm'i və Əshabını bilincə,
Sıxıntını dərd etdiyim "sıxıntısız" halıma görə...
Şükr etməyi unutduğum anlara görə...
Hər şeyə görə utanıram...!
Qüsursuz nemətlərlə yaşadığımız üçün şükr etmək əvəzinə,
Nemətləri görməyən korlardan oldum deyə,
Utanıram hər yeni bir geyim aldığımda
İllərcə eyni paltarda olanları görmədim deyə...
Utanıram aynaya hər baxdığımda
Qüsursuz yaradıldığımızı anlamıram deyə...
Utanıram bilmədiklərimi indi öyrənməyə,
Görmədiklərimi indi görməyə
Çox utanıram, Allahım,
Səndən bir şey istəməyə!
Həmişə fikirləşərdim ki "istəmək" məndən, vermək "istəmə hissini verəndən" dir.
İndiyə qədərki heçbir istəyimi bu qədər ürəkdən istəmədim.
Rəbbim, dünyada utandım, Axirətdə utandırma məni,
Hüzurunda utandırma...məni,..
Yenə də utanıram .. "Mən lâyiqəmmi" deyə
İlahi, Sən qəlbləri ən yaxşı bilənsən....
Əff et, mərhəmət et. Əzabından qoru. Qəzəbindən Rəhmətinəə sığınıram Allahim !