Allahım!
Yalnız Səndən yardım diləyər, yalnız Sənə qulluq edərik.
Səni siğınacaq, tutacaq, umacaq bilir Ya Allah deyərik.
Şeytandan Sənə sığınar "əuzibillah” deyərik.
Hər işə Səninlə başlar "bismillah” deyərik.
Nemət verdiyində könüldən şükr edərik.
Versən də, alsan da "əlhəmdülillah” deyərik.
Heyran olduğumuzda "maşaallah”,
Peşman olduğumuzda "əstağfirullah” deyərik.
Sevindiyimizdə "Allahuəkbər!”,
Qəmləndiyimizdə "innalillah” deyərik.
Sıxıldığımızda "fəsübhanallah”,
Zəfər qazandığımızda "nasrun minallah”,
Ruzi qazandığımızda "ər-rizki`alallah” deyərik.
Bir işi arzu etdiyimizdə "inşaallah”,
Bir işi bacardığımızda "biiznillah” deyərik.
Güc qarşısında "la-havlə və-la quvvətə illa billah”,
Söz verəndə "v`Allah” və "billah” deyərik.
Həmdim Sənə məxsusdur, duam Sənədir!
Ümüdüm, qorxum və sevdam Sənədir!
Üzümü Sənə çevirdim, Sənə tutundum!
Əlimi Sənə açdım, könlümü Sənə verdim!
’’Məni qovmaz” deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahımdan üzümə pərdə,
Qulluq edəmmədim, lütfünə gəldim!