Nemət barədə soruşular
Xüsusi soruşulacaq ne᾽mətlər də vardır. Dörd ne᾽mətin cavabı verilməzsə, kimsəyə qədəm götürməyə icazə verilməz. Bu ne᾽mətlərdən biri ömürdür, soruşular ki, harada, necə keçirib? İkincisi, cavanlıqdır, soruşular ki, özünü nələrə mübtəla edib? Üçüncü ne᾽mət var-dövlətdir, haradan qazanılıb və harada xərclənib? Nəhayət, dördüncü ne᾽mət Ali-Mühəmməd (əleyhissalam) vilayəti, ilahi qanunlar barədədir; ömrünü hansı qanunlarla yaşamısan? Məmləkətin hansı qanunlarla idarə olunub?
İbadətlərdən sual verilər
Sorğu başlanarkən ilkin soruşulacaq ibadət-namazdır. Vacib namazlar vaxtında qılınmışdırmı? "Dinin sütunu”, "Allahın əmanəti” adlandırılan bu ibadət düzgün icra olunmuşdurmu?
Sonra başqa ibadətlərdən də sorğu olar.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb