Qiyamətin səhəri nemətlərdən sual olunar
Sual mövzusunda başqa bir sorğu Allahın ne᾽mətləri barədədir ki, bu ne᾽mətlərlə necə rəftar olundu? (102-ci surə, 8-ci ayə) Ne”mətə şükr olunub, yoxsa yox?
Ne᾽mətlərdən sual barədə müxtəlif rəvayətlər vardır. Ne᾽mətin mərtəbələri mövcuddur. Bu ne᾽mətlərin ən mühümü Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) vilayətidir. Hətta ayədəki "mütləq soruşulan ne᾽mət” vilayətdir.
İmam (əleyhissalam) Qitadəyə buyurdu: "Ne᾽mətlər barədə mütləq sorğu-sual olunacaq” ayəsi barədə nə deyirsiniz? Ərz etdi: Su, çörək və başqa şeylərdən sorğu olunar. İmam (əleyhissalam) buyurdu: Allahın kərəmi bu sualları verməkdən daha da üstündür (yə᾽ni, Allah əsla belə suallar verməz). Əgər siz bir nəfərə süfrə açsanız, ikinci dəfə o yeməklərin sorğusunu apararsınızmı? Ərz etdi: Bəs bu ayədən məqsəd nədir? Həzrət buyurdu: Ne᾽mət biz Ali-Mühəmmədin vilayətidir.
Vilayət neməti ilə nə etdiniz?
Sual olunar: Siz Ali-Mühəmmədlə (Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun onun haqq vəsiləri ilə) nə etdiniz? Onların məhəbbətindən, təbiətindən nəyə yiyələndiniz? Peyğəmbər ailəsinin düşmənlərindən soruşular: Nə üçün bu ne᾽mətlə düşmənçilik etdiniz?
Əgər israfçılıq olmayıbsa, haramdan qazanmayıbsa, harama xərclənməyibsə, yeməkdən sual olunmaz. Bütün haramlar və günahların səbəbi soruşular.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb