Peyğəmbərin (s) sözlərində dəstəmazın hikmətləri
Deyirlər ki, ibadətlərin sirrini öyrənin və onlara əməl edin. Namaz qılmaq, oruc tutmaq, dəstəmaz almaq və digər vəzifələr Allahın hökümlərindəndir. İnsan hökmlərdən hər birinin sirrini başa düşməli və (maddi aləmdən, dünya bağlılıqlarından) azad olmalıdır.
Mərhum Səduq nəqil edir: Həzrəti Peyğəmbər (s) sübh namazından sonra gün boylanana kimi məsciddə oturar və camaatın suallarına cavab verərdi. Bir gün iki nəfər növbə tutub Həzrətə sual vermək istəyirdilər.
Həzrət birinci şəxsə dedi: "Siz əvvəlcə gəlsəniz də öz növbənizi o birinə verməlisiniz. Çünki siz kərəm əhlisiniz. Onun lazımılı bir işi var və tələsir. (Burdan da Həzrət növbədə durmağın ədəb qaydasını öyrətmiş oldu)
Mən sizin nə üçün gəldiyinizi deyim, yoxsa özünüz deyirsiniz?"
Dedilər: "Ey Allahın rəsulu siz deyin"
Buyurdu: "Biriniz həcc məsələlərini, digəriniz isə dəstəmaz işlərini öyrənmək üçün gəlmisiniz"
Sonra Həzrət dəstəmaz barədə danışmağa başladı: Dəstəmaz almaq-üz və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir.
Üzü yumaq bu deməkdir: İlahi, bu üzlə etdiyim hər günahı yuyuram ki, pak üzlə sənə ibadət edim və torpağa pak alın qoyum.
Əlləri yumaq: İlahi, bu əllərlə etdiyim günahları yuyub pak edirəm.
Başa məsh çəkmək: İlahi, zehnimdə dolaşan hər bir batil və xam xəyallardan başımı pak edirəm və o xəyalları özümdən uzaqlaşdırıram.
Ayaqlara məsh çəkmək: İlahi, pis yerlərə getdiyimdən özümü çəkindirirəm və bu ayaqlarla etdiyim hər günahdan özümü paklayıram.
Əgər bir kəs Allahın mübarək adını dilinə gətirmək istəyirsə, ağzını pak etməlidir. Məgər pak olmayan ağızla Allahın adını çəkmək olar? Ağızı su ilə məzməzə etmək və pak etmək lazımdır.
Bu, dəstəmazın hikmətlərindən bir qism idi.
Həzrət Peyğəmbər buyurur: "Qiyamətdə mənim ümmətim başqalarından daha burlu və seçilmiş olacaqlar. Bu onların dəstəmazlarının təsirindən olacaq"
Qeyd: Bu kitabı yazan alim əxlaq ustadıdır və elə sözlər yazıb ki, insanın əxlaqında təsir qoymamağı qeyri mümkündür. Bu kitabı oxuyun çünki oxusanız ibadətlərin hikmətini biləcəksiniz və ibadət edəndə xuzuri qəlb əldə etməyiniz daha asand olacaq inşallah.
Kitabın adı: İbadətlərin hikməti
Müəllif: Ayətullah Cavadi Amuli. Səhifə 71,72,73.