Tərəzi ya qapan deyil
Mizan haqqında deyilənlərdən belə təsəvvür yaranmasın ki, mizan–tərəzi, yaxud qapandır. Tərəzi və qapan buğda, arpa çəkmək üçün işlənər. İlahi ədalət mizanı isə sizin namaz, oruc, sədəqələrinizi, xeyir və şər əməllərinizi ölçmək üçündür. Hər kəsin xeyir əməli üstün olarsa, nicat tapmışdır. Əksinə, pis əməlləri ağır gələnlər isə azğınlardır: "Onlar özlərinə zülm edib, ziyan vurdular.”
Xülasə, Qiyamət günündə hər kəsin xeyir və şər əməlləri ölçülər, amma biz onun necəliyini bilmirik.
Haqqın mizanı Әli (əleyhissəlam)-dır
İynə ucu qədər səhvi olmayan ilahi ədalət mizanı Əli (əleyhissalam)-dır. Əvvəlkilərin və sonrakıların namazları gətirilər və Əli (əleyhissalam)-ın namazı ilə ölçülər.
Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: "İnsanların ibadətlərini və əməllərini ölçmək üçün peyğəmbər, övsiya, Əhli-beyt (əleyhimussalam) mizanları qurular. Qiyamətin səhəri namazlarımızı gətirər və belə ölçərlər: Əlinin namazı kimidir, yoxsa yox? Əli (əleyhissalam)-da olan kamillik sifətlərindən bizdə var, yoxsa yox? Səxavət, şücaət, qeyrət, mərdlik, kərəm, rəhm, insaf və s. bizdə də varmı?
Əlbəttə, ibadətlərin Əli (əleyhissalam)-ın ibadəti kimi olması qeyri-mümkündür, amma ibadətimizin istiqaməti zidd, haqq mizanından kənar olmasın. Əgər harama əl uzadıb, xalqın malını yemisənsə, bu mizandan kənarsan.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb