Müşkül açan
Hüseynin ey rəşidü-bavəfası,
Ələmdarı, sipəhdarı, əxası.
Cahanda şöhrəti babül-həvaic,
Əlacı olmayan dərdin dəvası.
Sənin tək gəlməyib dünyaya qardaş,
Hüseynə can dedin, oldun fədası.
Əlinin qəhrəman oğlu Əbülfəzl,
Olan bu kəslərin müşkül goşası.
Hayanda zikr olunsa nami-pakın,
Behiştə bənzər ol bəzmin səfası.
Məhərrəmdi, hamı qara geyiblər,
Çıxar ərşə Hüseynin vay sədası.
Kimə dərdin desin bu ağlayanlar,
Təvəccüh et, səni Zəhra balası.
Qapından heç kimi rədd etməyibsən,
Bu cəmin vardı səndən iltiması.
Bizim də dərdimiz var, can Əbülfəzl,
Əzadarın sənə qurban, Əbülfəzl.