Məhərrəmin yetişməsi
Yetişdi Məhərrəm açıldı pərçəm,
Quruldu bəzme-əza Əbulfəzl.
Nəvayi-zümzümə sədayi-əlqəm,
Axanda səslər ki, ya Əbulfəzl!
Ürəkdə dağlar, kiçik uşaqlar geyiblər yeksər qara libası,
Hər evdə bərpa olub təkaya yenə quruldu Hüseyn əzası,
Gəliblər şövqə deyillər nöhə, düşübdü şəhrə əza sədası,
Nəvayə bir bax, əzayə bir bax, deyillər müşgül quşa Əbulfəzl.
Havada morğan, gəzəndə pəran, Vuranda şəhpər Hüseynə ağlar,
Çəməndə lalə, gül üstə jalə, əsəndə sərsər Hüseynə ağlar,
Deyir firiştə, dəri behiştə çəkildi yeksər qara, Əbulfəzl.