Bu məşkə dəyən ox, məni məyus elədi çox,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.
Xəstəydi həyatım bu suya candan usandım,
Su məşkinə ox dəydi özüm cana dayandım.
Əsğər ətəşə, mən şəreri-xiclətə inandım,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.
Mən canbe-kəfəm vəqfidi bu canım Hüseynə,
Yox başım önümdə vəli ey ləşkəri çinər.
Vermişdi mənə bu qurumuş məşki Səkinə,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.
Gördüm ətəşindən saralıb surəti Əsğər,
Pozdu pozulan halətimi haləti Əsğər.
Az yara vurun bəsdi mənə xicləti Əsğər,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.
Ox cismimə mahirdi mənim, Mən oxa mahir,
Bu ox niyə bəs getdi xəta olmadı hali.
Məşk üstə dəyib zəhmətimi eylədi zahir,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.
Layiq deyil hərçənd bu caniylə bu baş qardaş Hüseynə,
Amma məni etmişdi atam yoldaş Hüseynə.
Mən nokərəm hərgiz deyiləm qardaş Hüseynə,
Ey kaş dəyəydi gözümə məşkə dəyən ox.