107. Təhqir
543. Xalqı xar hesab etməyin qadağan olunması
1645. Loğman (ə) övladına xitabən: «Oğlum! Heç kəsi köhnə libas geydiyinə görə xar hesab etmə, çünki, sənin və onun da Rəbbi birdir.»
1646. Allahın Peyğəmbəri (s) : Sizlərdən heç kim Allahın bəndələrindən kimsəni xar və dəyərsiz saymamalıdır. Çünki onlardan hansı birinin Allahın dostu və vəlisi olduğunu bilmirsiniz.»
1647. İmam Sadiq (ə) : «Hər kəs yoxsul mömini təhqir etsə, bu təhqirdən əl çəkənədək Allah-taala həmin şəxsi daim xar edər və onu özünə düşmən bilər.»
544. Möminə qarşı təhqirdən çəkindirmək
1648. Allahın Peyğəmbəri (s) : «Hər kəs mömin qadın və kişini yoxsulluğa yaxud da malının azlığına görə xar və təhqir edərsə, Allah-taala Qiyamət günü onu camaat arasında nümayiş və sonra da rüsvay edər.»
1649. Allahın Peyğəmbəri (s) :«Heç bir müsəlmanı alçaldıb təhqir etmə. Çünki onların ən kiçiyi də Allah yanında böyükdür.»
1650. Allahın Peyğəmbəri (s):«Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.»
1651. İmam Sadiq (ə) :«Allah-taala buyurur:«Hər kəs Mənim dostlarımdan birini xar hesab edərsə, mənimlə müharibəyə hazırlaşmışdır və Mən öz dostlarımın köməyinə ən tez çatanam.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild