» » İmam (ə) nə üçün şəhadəti seçdi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam (ə) nə üçün şəhadəti seçdi?
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 22-10-2015, 16:00 | Baxılıb: 1 041
     
     
    İmam (ə) nə üçün şəhadəti seçdi?
     
    Üçüncü məqam. Hədis və rəvayətlərdən başqa, Kufədə xilafətin acı təcrübələrini nəzərə almaqla məlum oldu ki, sonda seçilən yol şəhadətdir. Bəs nə üçün İmam(ə) bu yolu seçdi? Bu «nə üçün»ün fəlsəfəsini bilməkdən ötrü öncə o günkü Kufənin simasına bir nəzər salmalıyıq. Doktor Şəhidi «Hüseynin (ə) qiyamı» kitabında yazır:
    - Bu şəhəri Səd ibn Əbi Vəqqas 17-ci hicri ilində ordudakıları yerləşdirmək üçün tikdirdi. Əvvəlcə məqsəd əsgərlər üçün yaşayış yeri salmaq idi. Çox keçmədi ki, Peyğəmbər (s) səhabələrindən bir qrupu, habelə digər adamlar bu şəhərə üz tutdular. Şərqdə yeni torpaqların fəth olunması ilə həmin ərazilərdən daha çox insan dəstə-dəstə Kufəyə gəlirdilər.
    Bəsrə müharibəsindən sonra Əli (ə) Kufəni özünə qərargah etdi. Bu tarixdən Kufə islam şəhərləri arasında xüsusi əhəmiyyət kəsb etməyə başladı. Qeyd etdiyimiz illərdə bu şəhərin əhalisini müxtəlif adamlar təşkil edirdilər. Hər bir dəstənin özünəməxsus adət-ənənəsi, əqidəsi və digər dəstələrə zidd ayinləri var idi. Fəth olunmuş ərazilərdən tədricən sənətkarlar, ziyalılar, müəyyən vəzifə və sərvət əldə etmək istəyənlər, habelə öz peşəsini və ya istedadını nümayiş etdirmək həvəsində olanlar Kufəyə üz tuturdular. İslamın fəthindən qabaq müxtəlif din və fəlsəfələrə malik olan bu adamların Kufədə məskunlaşması ilə cürbəcür mübahisələr üçün meydan açıldı. Yaxşı məlumdur ki, bu mübahisələrin genişlənməsi müsəlmanlar arasında ixtilafların baş verməsinə səbəb oldu. Fərat hövzəsinin müxtəlif yerlərindən bu şəhərə üz tutan adamların əhval-ruhiyyəsi və əxlaqı da Hicazda yaşayanlarla üst-üstə düşmürdü. Hisslərin kəskin şəkildə büruzə verilməsi, təhrikçilik qabiliyyəti, sonu düşünmədən hərəkət etmək, tələsik qərar qəbul etmək və qəbul olunmuş qərardan dərhal peşman olmaq bu adamların başlıca xüsusiyyətlərindən idi.
    O, «İslam mədəniyyəti tarixi»ndən nəql edir: «Müaviyə İbn Kəvvadan soruşdu: İslam şəhərlərindəki adamların xasiyyətləri necədir? O, Kufə əhalisi barədə dedi: Onlar bir işə birgə qoşulurlar, ancaq sonra isə dəstə-dəstə özlərini kənara çəkirlər».
    O, əlavə edir: «Kufə xilafət mərkəzinə çevrildikdən sonra İraq öz keçmiş arzusuna yaxınlaşdı. Amma bir nüansı nəzərdən qaçırmamalıyıq ki, Şam əhalisi nə qədər öz hakimlərinin itaətində yekdil idisə, İraq əhalisi o qədər işləri pozmaqda, hökumət işlərinə yersiz müdaxilə etməkdə, ani qərar qəbul etməkdə və ondan dönməkdə, habelə öz başçılarına problemlər yaratmaqda möhkəm idi. Ona görə də İmam (ə) Kufə əhalisinin bu pərakəndəliyini, özbaşınalığını və aqibəti düşünməməyini görüb deyirdi: Şamlılar öz batil işlərində də yekdildirlər, siz isə haqq tərəfdarı ola-ola öz haqqınızda pərakəndəsiniz. Odur ki, sizin on nəfərinizi Müaviyənin tərəfdarlarından bir nəfərlə deyişməyə razıyam.
    Müaviyə İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan və İmam Hicaza getdikdən sonra, o, İraqda silahlı qüvvə ilə üz-üzə gəlməkdən xilas oldu və bacardığı qədər yerli əhaliyə əziyyət verməkdən çəkinmədi. Bir çox mömin və dindar adamları məkr və hiylə ilə, yaxud aman verməklə tələyə saldı, sonra da müsəlman qaydalarına zidd olaraq onları öldürmək barədə göstəriş verdi. Şamlıların qarşısında İraq böyükləri xeyli təhqir edildi. İraqlılar yavaş-yavaş bütün bu zülmlərdən cana doydular. Müaviyə ölən kimi Kufə əhalisi bildi ki, yeni bir iş üçün münasib fürsət yaranmışdır.
    Şübhəsiz ki, bu zaman həmin şəhərdə qəlbi təmiz müsəlmanlar heç də az deyildi və onlar Peyğəmbərin (s) sünnəsinin pozulmasından cana doymuşdular. Onlar ürəkağrısı çəkir və istəyirdilər ki, adil bir imam hakimiyyət başına gəlib mövcud eybəcərlikləri aradan qaldırsın. Amma bu iddiada olmaq çoxları üçün öz keçmiş məğlubiyyətlərinin, o cümlədən Siffeyn döyüşündəki məğlubiyyətin intiqamını almaq, habelə yəmənlilərin misirlilərə olan kinlərinin əvəzini çıxmaq üçün bir bəhanə idi.
    Xülasə, Doktor Şəhidi öz ümumi təhlilində bu nəticəyə gəlir ki, iraqlı və şamlılar arasında olan düşmənçilik alovu daha da qızışdıqca olub Kufə qiyama hazırlaşmağa başladı və deyildiyi kimi, Hüseynə (ə) məktub yazdılar. Ancaq İmamı (ə) İraqa kömək etmək məqsədilə çağıranların heç birinin din dərdi yox idi. Bu dəvətlərin başında din adı altında siyasi məqsədlər gizlənmişdi. İraq Şama öz gücünü göstərməli və bacardığı təqdirdə xilafət mərkəzini Dəməşqdən Kufəyə köçürməli idi.
    Bu, medalın bir üzü idi. Digər üzü isə Zəhra (s) balasıdır. Şübhəsiz ki, aşura qiyamı barədə düşünən hər bir kəs öz təhlilində «Hüseyn (ə) hakimiyyəti əldə etmək üçün İraqa gəldi. Lakin təəssüf ki, məğlub oldu» nəticəsinə gəlsə, qayıdıb tarixi bir daha mütaliə etməlidir. Axı, Həzrətin (ə) zülmkar hökumət başçısı əleyhinə qiyamı nə vaxtdan hakimiyyəti ələ almaq kimi dəyərləndirilməlidir? Bu cür naşı və mənasız təhlillər insafsız və şəhadət fəlsəfəsindən uzaq olan Qərb tarixçi və təhqiqatçılarının əlinə düşdükdə isə onlar belə nəticəyə gəlirlər ki, Peyğəmbər (s) mirasını bölmək üstündə əmioğlular arasında ixtilaf oldu və nəticədə Yezid ibn Müaviyə qələbə qazandı, Hüseyn ibn Əli (ə) isə öldürüldü!
    Gələcək səhifələrdə təfsilatı ilə izah olunacağına baxmayaraq, burada Həzrətin (ə) Məkkədən İraqa getmək qərarına gələrkən bəyan etdiyi sözləri dinləyək ki, qiyamın məqsədinin nə olduğunu da anlayaq.
    بسم الله الرحمان الرحيم   خطّ الموت على ولد آدم مخط اقلادة على جيد الفتاة ...
    «Ölüm hər bir Adəm övladı üçün məcburidir və bu, cavan gəlinin sinəsindəki boyunbağıtək gözəl bir xətdir. Mən öz babalarımın Yəqubun Yusifi gözləməsi kimi hərəkətlərinə valehəm...». Hər kəs qanını bizim yolumuzda tökməyə hazırdır və özünü Allahla görüşə hazırlamışdırsa, mənimlə köç etsin. Mən bu səhər yola düşəcəyəm, inşallah.
    Bir sözlə, o, şəhadət yolunu bilərəkdən seçdi. Çünki bilirdi ki, Yezidə beyət etməkdən nə qədər imtina etsə, Yezid hökuməti islamı və qanuni don geyməyəcəkdir. Bu qədər».
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.