» » Sirləri açıqlamağın qaydası


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sirləri açıqlamağın qaydası
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 20-10-2015, 16:00 | Baxılıb: 682
     
     
    Sirləri açıqlamağın qaydası
     
    İkinci məqam. Fərz edək ki, ilahi peyğəmbər və övliyalar vəhyin mənbəyinə söykənərək tarixin belə gələcək olayları ilə bağlı elmi fikirlər söyləmişlər. Onu deməyə nə lüzum vardı?
    Deyirik: Peyğəmbərlik və rəhbərlik iddiasının sübutundan başqa mənəvi tərbiyə yollarından biri də budur. Təsadüfən əgər bir işarə ilə belə deməsəydilər, onda onların paklığına şübhə ilə yanaşmalıydıq. Çünki bilirdilər, amma əsirgəyib deməmişdilər. Deməli, bu işarələr, öyüd-nəsihətlər və xatırlamalar olmalı idi ki, yaxşı pisdən ayrılsın.
    Çünki insanların mənəvi həqiqətləri dərk etmək qabiliyyətləri fərqlidir. Amma elə ki, irəli doğru getməyə başladıqda inkişaf yolu ardınca olanlar üçün zülmətdən nura tərəf hərəkət baş verir. Lakin qiyam edib küfr edənlərə hətta bu yol nişanlarının da heç bir faydası olmayacaq və onlar həmişəlik zəlalət girdabında batacaqlar.
    Amma meydana belə bir sual çıxır. Əgər hədislərdən istifadə olunduğu kimi, bu hadisələr mütləq baş verməliydisə, onda daha hər hansı bir müqəddimə hazırlamağa nə lüzum qalırdı? Cavabında deyirlər ki, iki bəhs bir-birinə qatılmamalıdır. Deyirik: Tarixdə insanlar vasitəsilə və ya insanlar üçün baş verən hər bir hadisənin bir sıra səbəbləri və girişləri vardır. Məsələn, Əmir Teymur «Mən Fateh Teymuram» kitabında yazır: «Soyuqlamışdım. Həkimlər limon suyu məsləhət gördülər. Şirazın əmirinə yazıb limon istədik. O da bizim cavabımızda yazdı: Biz Əmirin nökəri deyilik. Bu söz mənə ağır gəldi və Aralıq dənizi tərəflərindən Şiraza hücum etməyimə səbəb oldu. Həmin torpağı fəth etdikdən sonra yerli xalqın can və mallarının bölüşdürülməsi əmrini verdik. Əmlak qarət olundu, camaat canlarını uduzdu, insanların namuslarına sataşıldı. İş o yerə gəlib çatdı ki, Şirazın alim və böyük adamları Xacə Hafiz başda olmaqla yanıma gəlib vasitəçilik etdilər... Minlərlə belə tarixi nümunələr danışmaq olar ki, tarixçilər onları «tarixin əgərlər»i haşiyəsində yerləşdirmişlər. Əgər Nadir şah Dağıstanda öz üç əsgərinə ölüm hökmü verməsəydi, cümə günü olduğundan və hökmün icrası ertəsi (şənbə) günə saxlandığından əsgərlər gecəykən onun çadırına hücum etməzdilər.
    Əgər Rəsulullahın (s) vəfatından sonra müsəlmanlar Quranın bələdçiliyinə və Həzrətin (s) canişinlik məsələsi ilə bağlı vəsiyyətinə əməl etsəydilər, yəqin ki, sonrakı problem və anlaşılmazlıqların heç biri baş verməz və dünyanın vəziyyəti də başqa cür olardı.
    Hər halda biz istəsək də, istəməsək də baş verən bu olay və hadisələr ola da, olmaya da bilərdi. İndi əgər bu hadisələrdən bir neçə il qabaq bir peyğəmbər belə bir hadisənin baş verəcəyindən xəbər versəydi, bu, o demək deyildir ki, Əmir Teymur bu qanlı müharibəni aparmağa məcbur olmuşdu və ya bu işi etməli idi. Yaxud Nadir həmin üç nəfərin ölümünə fərman verməliydi. Əslində deyilməlidir ki, əgər bu olaylar baş verməsəydi, əzəli elmdə onların baş verməməsi təqdir olunmuşdur. (Bir az düşünmək və diqqət etmək lazımdır).
    Lütfən, «Nəhcül-bəlağə»nin 73-cü xütbəsinə diqqət yetirək:
    - Şərif Rəzi Həzrət Əlinin (ə) bəyanatının izahında yazmışdır: Deyirlər: Mərvan ibn Həkəmi Cəməl müharibəsində əsir tutdular. O, Əlinin(ə) yanında İmam Həsən və İmam Hüseyni(ə) vasitəçi etdi. Onlar Mərvanın barəsində İmama (ə) danışdılar və Əli (ə) onu azad etdi. Həsən (ə) və Hüseyn (ə) dedilər: «Ya Əmirəlmöminin, icazə ver Mərvan sənə beyət etsin». Buyurdu:
    اولم يبايعنى بعد قتل عثمان؟
    «Məgər Osman öldürüldükdən sonra mənə beyət etmədi? Mənim onun beyətinə ehtiyacım yoxdur. Çünki o, beyəti pozan və qəddardır. Yəhudi əli kimi əllə beyət edər, üz döndərər və gizlində (rişxəndlə) onu pozar. Agah olun ki, o, xalqa hakim ola bilər, amma çox qısa müddətə. O, dörd hakimin atasıdır. Tezliklə ümmət onun və övladlarının əlindən qanlı bir gün görər».
    İbn Əbil Hədid bu xütbənin şərhində yazır:
    «Əmirəlmömininin dediyi ifadədən məqsəd budur ki, onun hakimiyyəti qısamüddətlidir. Belə də oldu. O, yalnız 9 ay hakimiyyətdə oldu. Deyilən   dörd qoç isə Əbdül Məlik ibn Mərvanın dörd oğludur. Yəni Vəlid, Süleyman, Yezid və Hişamdır. Çünki bunlardan başqa nə Bənu Üməyyə, nə də digərlərindən dörd qatdaş xəlifə olmamışdır».
    İndi sualımız budur ki, görəsən İmam(ə) bunu proqnozlaşdırdığına görə Mərvan ibn Həkəmin nəvələri, qeyd olunduğu kimi, hakimiyyətə gəldilər?   Ya əksinə, bu hadisə özündən qabaqkı və sonrakı məsələlərə görə baş verdi? İmam (ə) da bundan xəbərdar olduğuna görə, deyildiyi kimi, ən azı əlli il öncə onu bəyan etmişdi. Çünki əgər Cəməl müharibəsinin sonu və Mərvan ibn Həkəmin yenidən beyət məsələsini, yəni 36-cı ilin rəcəb ayını nəzərə alsaq, Vəlidin səltənətinin başlanğıcı 86-cı ilin şəvvalı, Süleymanın səltənətinin başlanğıcı 96-cı ilin cəmadiyyəəvvəl ayı, Yezidin səltənətinin başlanğıcı 101-ci ilin rəcəb ayı və Hisamın səltənətinin başlanğıcı isə 105-ci ilin şəban ayı olmuşdur.
    Əsas məsələyə qayıdıb deyirik: «Kərbəla hadisəsi də bütün müqəddimə və heyfsləndirici nəticələri ilə tarixin həmin pis olaylarından biridir. Müsəlman ümməti əziz Peyğəmbərin(s) vəfatı   günü azmasaydılar, təbii ki, bu hadisə də baş verməzdi. Lakin əvvəlki hadisə və olaylar bir müqəddimə olduğuna görə bu acı hadisə baş verməliydi. Buna əsasən, böyük peyğəmbərlərin dilindən çıxan bu hədis və rəvayətlər həmin olayın öncədən proqnozlaşdırılması idi. Ərəb şairi deyir:
    لولا حدود صوارم
                                                                                        أمضى مضاربها الخليفه
    لنشرت من اسرار آل
                                                                                        محمد جملاً ظريقة
    وأريتكم أن الحسين
                                                                                                                                                              اصيب من يوم السقيفة
    «Əgər xəlifənin itilədiyi qılınclar işlənməsəydi, Peyğəmbər (s) ailəsindən çox dəqiq və zərif olan sirləri aşkar edərdim və sizə göstərərdim ki, Hüseyn (ə) həmin səqifə günündən problemlə üzləşmişdir».
    Doktor Ticani Səmavinin dediyinə əsasən, haqq tərəfdarı olan təhqiqatçıların fikrincə, Bəni Üməyyə dövləti birbaşa Əbu Bəkr və Ömərin səyi nəticəsində bərpa olmuşdur. Bəni Abbas və digər dövlətlər də belə idi. Bu dəlilə əsasən görürük ki, bunlar nə bacardılarsa, onu da etdilər. Onlar bununla Əbu Bəkr və Öməri ortaya salaraq, onlar üçün müəyyən imtiyaz və fəzilətlərlə o iki nəfərin digərlərindən xilafətə daha layiq olduqlarını sübuta yetirirdilər. Çünki bilirdilər ki, onların xilafətini düzgün hesab etmədən və ədalətinə etiqad bəsləmədən öz xilafətlərinin legitimliyi təsdiq olunmayacaqdır.
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.