Saribanın qətlgahda cəfası
Ey badi-müxalif bu gözəl gülşənə əsmə,
Başım kəsilib rəhm elə zalım, əli kəsmə.
Ey Allah, ey Allah!
Ey kafiri-mütləq, nə cəfa bəzmi qurursan,
Axır niyə bir belə inad üstə durursan,
Gör hansı ələ xəncəri-bürrani vurursan,
Qəlbində bu qəlbim kimi ey kaş dağ olaydı,
Əlsiz yıxılan qardaşım əlan sağ olaydı.
Ey mərdi-dəni qəm günü ğəmxarım, nolubdu,
Bu çöldə necə yarü-həvadarım ölübdü,
Nəhr üstə ucaboylu ələmdarım ölübdü,
Əbbas ələmin indi alıbdır ələ Zeynəb,
Qorxum budu əlan başım üstə gələ Zeynəb.
Fikr etmə ölüb indi ki, sərdarı Hüseynin,
Bu çöldə demə yoxdu həvadari Hüseynin,
Zeynəb kimi var yaxşı ələmdarı Hüseynin,
Kəsmə əlimi qoy qala sərbəstə bu mətləb,
Başsız görüb, əlsiz necə görsün məni Zeynəb.