Oğul!
Bəs ana kimdi Əbəlfəz hamı ondan danışır
Hər dəfə adı gəlir hamı ürəklər alışır?
Ana!
Afərin birdə sənə yaxşı sual etdün oğul
Məni bi hal elədün bağrımı qan etdün oğul
O Hüseynin gözüdür həm canı qardaşıdır
Kərbəlada tökülən ol sonuncu göz yaşıdır
O zaman bağladılar Kufəlilər su yolunu
Dolanıb xırda Rüqəyya sağını həm solunu
Bu səbəb verdi ağa suya xatir qolunu.
O Əbəlfəzdi oğul müşgül güşadır
O Əbəlfəzdi oğul babi şəfadır
O Əbəlfəzdi oğul dərdə dəvadır
O Əbəlfəzdi oğul həqqə fədadır
O Əbəlfəzlin oğul bir adısəqqa qoyulub
O Əbəlfəzlin oğul məşkinə oxda vurulub
O Əbəlfəzlin oğul cənginə dastan qoşulub
Oğul!
Ana bəs Şibhi Peyəmbər kim olubdur bədəni doğranılıb?
Hüseynin balası adı Əli Əkbər olub
Çox oxşayıb Mustəfaya şibhi peyğəmbər olub.
Güclü cəngavər olub cəngidə mərdanad alıb
Ölümündə həm Hüseyn həmdə ki,Leyla qocalıb.
Oğul!
Dedilər birdə ana həzrət Əli Əsğər olub
Ox dəlibdir boğazın ağzına qanı dolub
Ana!
O bala körpə ölüb cənnətə pərvaz eliyib
İçmiyib qətrə sudan sudeyə avaz eliyib
Gəzdi Hacər misalı çölləri bi çarə Rübab
Əsğərin oxladılar halı yaman oldu xarab
Söylədi öldü balam sübhü məsa vay deyərəm
Basaram ağuşuma mən ona lay lay deyərəm.
Oğul!
Deyilər birdə olub orda kiçik qız uşağı
Dolanıb çölləri çox yarə olubdur ayağı
Ana!
Sorusan kimdi o qız adı Rüqəyyadır oğul
Fatimə zinətidir qohəri mövladır oğul
O qızı eylədilər Kufəlilər xeylibezar
Bibisi Zeynəb ilə çox dolaşıb kuçə bazar
Olsada üç yaşı oğul qəlbi virandır o qız
Xərabə küncündə ölən xəstə ceyrandır o qız
O qızın halı oğul həmşə ürək dağlayacaq
Evində qız böyüdən o qıza ağlayacaq
İndi bildün balacan hamı niyə qarə geyir
Ağlıyıb əşk axıdır Hüseyn Hüseyn vay deyir
Bu müsibətdə oğul Zeynəbin vay səsi var
Yeddi qardaş itirən bir bacının naləsi var
Məst edib hali Hüseynin cəmi divanələri
Toplayıb eşqi cəmi başına pərvanələri
Bilginən həzrət Hüseyn aləmə zinətdi
oğul
Geyərik qarə müdam bizlərə izzətdi oğul