» » Seyyidüş-şühədaya (ə) ağlamağın fəziləti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Seyyidüş-şühədaya (ə) ağlamağın fəziləti
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 21-10-2015, 09:00 | Baxılıb: 1 546
    Seyyidüş-şühədaya (ə) ağlamağın fəziləti 

    Ayətullah Səadətpərvərin kəlamında İmama (ə) ağlamağın təsirləri 
    Seyyidüş-şühədaya (ə) ağlamağın fəziləti barədə çoxlu rəvayətlər vardır. Onlardan bir neçəsini qeyd edirik:
    1. Bir neçə rəvayətdə gəlmişdir ki, imam Hüseyn (ə) buyurur:
    «أَنَا قَتيلُ الْعَبْرَةِ.»
    "Mən göz yaşlarının öldürdüyüyəm". ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 1.)
    2. İmam Sadiq (ə) buyurur:
    «يا عَبْرَةَ كُلِّ مُؤْمِنٍ.»
    "Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: "Ey möminlərin göz yaşı!" ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 3.)
    3. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Hüseyn ibn Əli (ə) belə buyurdu:
    «أَنَا قَتيلُ الْعَبْرَةِ، لا يَذْكُرُنى مُؤْمِنٌ إِلَّا اسْتَعْبَرَ.»
    "Mən göz yaşlarının öldürdüyüyəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda göz yaşları axmasın". ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 6.)
    4. Digər bir rəvayətdə imam Sadiqdən (ə) nəql olunmuşdur ki, Hüseyn ibn Əli (ə) belə buyurdu:
    «أَنَا قَتيلُ الْعَبْرَةِ، لا يَذْكُرُنى مُؤْمِنٌ إِلّا بَكى‏.»
    "Mən göz yaşlarının öldürdüyüyəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın". ("Kamil əl-ziyarat", səh. 109.)
    Bu hədislərin izahında deyilmişdir ki, Osman qətlə yetirildikdən sonra imam Əlinin (ə) düşmənlərinin göstərişi ilə camaat məclislər təşkil edir və Osmanın ölümünə ağlayırdılar. Düşmən bu vasitə ilə Əlini (ə) tanımayanların ürəyində kin yaradırdı. Bu hərəkət əhli-beytə (ə) hörmətsizliklər olunmasına, nəhayət, Seyyidüş-şühədanın (ə) öldürülməsinə gətirib çıxartdı. Ona görə də imam (ə) buyurur: "Mən göz yaşlarının öldürdüyüyəm".
    Aşura günü həzrətin düşmənlərinin dediyi bu söz izahımızın sübutu ola bilər:
    «بَلْ نُقاتِلُكَ بُغْضاً وَ عِناداً مِنّا لِأَبيكَ وَ ما فَعَلَ بِأَشياخِنا يَوْمَ بَدْرٍ وَ حُنَيْنٍ.»
    "Atana qarşı olan düşmənlik və kin üzündən, Bədr və Hüneyn günü ata-babalarımızla etdiyinə görə səninlə döyüşürük". ("Zəriə əl-nicat", səh. 134.)
    Yenə "Ərbəin" ziyarətində gəlib:
    «أَلسَّلامُ عَلى‏ أَسيرِ الْكُرُباتِ وَ قَتيلِ الْعَبَراتِ.»
    "Salam olsun dünyanın ən çətin bəlalarına düçar olmuş və göz yaşları şəhidinə!" ("Misbah əl-mutəhəccid", səh. 730.)
    "Ərəfə" ziyarətində gəlib:
    «أَلسَّلامُ عَلَيْكَ يا صَريعَ الْعَبْرَةِ السّاكِبَةِ.»
    "Salam olsun sənə, ey tökülən göz yaşlarının şəhidi!" ("İqbal əl-əmal", səh. 333.)
    Lakin, rəvayətin başqa məna verməsi də mümkündür. Çünki birincisi; "əbərə" sözünün lüğətdə müxtəlif mənaları vardır:
    1. Göz yaşı. 2. Gözdə həlqələnmuş yaş, axmağa başlamazdan qabaq. 3. Göz yaşının axması. 4. Səs olmadan göz yaşının süzülməsi (səssiz ağlamaq). 5. Ağlamaq halının sinədə saxlanılması. 6. Ağlamaq olmadan hüzn və narahatlıq.
    "Qətil" sözü "məqtul" mənasına da işlənmişdir.
    İkincisi; ağlamaq ya qarşı tərəfdə rəhm yaratmaq üçündür (necə ki, uşaq ağlamağı ilə anasında ona qarşı rəhm yaradır), ya da ağlamağın mənşəyi rəhmət sifətidir. Bu da Allahın bariz sifətlərindəndir ki, onun aşkar olması ilə həmişə ictimai ünsiyyət mövcud olmuşdur. Ona görə də Mütəal Allah göndərdiyi hər bir rəsuluna bariz rəhmət sifəti vermişdir.
    وَ ما أَرْسَلْناكَ إِلَّا رَحْمَةً لِلْعالَمِينَ
    "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya" surəsi, ayə 107.)
    Zülm, sitəm və günah cahiliyyət zamanından Seyyidüş-şühədanın (ə) zamanına kimi özünün ən yüksək həddinə çatdı və rəhmət sifəti tamamilə unuduldu. Belə ki, Ümmü Gülsüm (ə) xütbəsində deyir:
    «وَ نُزِعَتِ الرَّحْمَةُ مِنْ قُلُوبِكُمْ.»
    "Rəhmət sizin ürəklərinizdən çıxmışdır". ("Bihar əl-ənvar", c. 45, səh. 115.)
    Seyyidüş-şühəda (ə): "Mən göz yaşlarının öldürdüyüyəm"- ifadəsi ilə demək istəyir ki, mən öldürüldüm ki, mənim matəmimdə ağlamaqla bu sifət aşkar olsun və nəticədə Allahın rəhməti ümmətin halına şamil olsun.
    Sözümüzün sübutu imam Sadiqin (ə) kəlamıdır. İmam (ə) buyurur:
    «... أَلْحَمْدُ للَّهِ الَّذِى فَضَّلْنا عَلى خَلْقِهِ بِالرَّحْمَةِ، وَ خَصَّنا أَهْلَ الْبَيْتِ بِالرَّحْمَةِ ... وَ ما بِكى‏ أَحَدٌ رَحْمَةً لَنا وَ لِما لَقينا إِلّا رَحِمَهُ اللَّهُ قَبْلَ أَنْ تَخْرُجَ الدَّمْعَةُ مِنْ عَيْنِهِ، فَإِذا سَالَتْ دُمُوعُهُ فِى خَدِّهِ، فَلَوْ أَنَّ قَطْرَةً مِنْ دُمُوعِهِ سَقَطَتْ فِى جَهَنَّمَ، لَأَطْفَئَتْ حَرَّها حَتّى‏ لا يُوجَدَ لَها حَرٌّ ...» 
    "Həmd olsun Allaha ki, Öz rəhməti ilə bizi məxluqlarından üstün qərar verdi və Öz rəhmətini biz əhli-beytə (ə) məxsus etdi. ... Və hər kəs rəhmət üzündən bizə və bizim başımıza gələnlərə ağlasa, gözündən yaş axmazdan qabaq Allahın rəhməti ona şamil olar. Əgər onun göz yaşından bir damla Cəhənnəmə düşsə, onun odunu söndürər, hətta heç bir istiliyi qalmaz". ("Kamil əl-ziyarat", səh. 101, bab. 32, hədis 6.)
    Bu hədis, "Mən göz yaşlarının öldürdüyüyəm" və ona oxşar hədisləri şərh edir. Çünki bu sifətin aşkar olması bəyənilən olmasından əlavə, hər kəs rəhmət sifətini gözəl şəkildə büruz edə bilsə, Allah sonsuz rəhmətini ona şamil edər. Belə ki, onun bütün günahları bağışlanar.
    5. İmam Sadiq (ə) buyurur:
    "O kəsin ki, yanında biz əhli-beytin (ə) adı çəkilər və gözündən yaş axarsa, hətta əgər ağcaqanadın qanadı qədər olsa belə, günahları bağışlanar. Hətta əgər bu günahlar dənizlərin dibi qədər olsa belə". ("Kamil əl-ziyarat", səh. 103, bab. 32, hədis 8.)
    6. İmam Baqir (ə) buyurur: "Əliyyibnil Hüseyn (ə) dəfələrlər buyurardı:
    «أَيُّما مُؤْمِنٍ دَمَعَتْ عَيْناهُ لِقَتْلِ الْحُسَيْنِ بْنِ عَلِىٍّ- عليه‏السّلام- دَمْعَةً حَتّى‏ تَسيلَ عَلى‏ خَدِّهِ، بَوَّأَهُ اللَّهُ بِها فِى الْجَنَّةِ غُرَفاً يَسْكُنُها أَحْقاباً؛ وَ أَيُّما مُؤْمِنٍ دَمَعَتْ عَيْناهُ حَتّى‏ تَسيلَ عَلى‏ خَدِّهِ فِينا لِأَذىً مَسَّنا مِنْ عَدُوِّنا فِى الدُّنْيا، بَوَّأَهُ اللَّهُ بِها فِى الْجَنَّةِ مُبَوَّأ صِدْقٍ؛ وَ أَيُّما مُؤْمِنٍ مَسَّهُ أَذَىً فينا فَدَمَعَتْ عَيْناهُ حَتّى‏ تَسيلَ عَلى‏ خَدِّهِ مِنْ مَضاضَةِ ما أُوذِىَ فِينا، صَرَفَ اللَّهُ عَنْ وَجْهِهِ الْأَذى‏ وَ آمَنَهُ يَوْمَ الْقِيامَةِ مِنْ سَخَطِهِ وَ النّارِ.»
    "Hər mömin imam Hüseynin (ə) öldürülməsinə bir damla göz yaşı yanağına axıtsa, Allah ona behiştdə uca binalarda yer verər və müddətlərcə orada yaşayar. Hər möminə dünyada bizim düşmənlərimizdən bir əziyyət ona yetişsə və onun gözündən bir damla yaş yanağına axsa, Allah ona behiştdə Sidq mənzilində yer verər. Hər möminə bizə xatir bir əziyyət olsa və onun ağrısından gözündən yaş axsa və yanağına süzsə, Allah Qiyamət günü əzabı onun üzündən qaytarar, Öz qəzəbindən və oddan amanda qalar". ("Kamil əl-ziyarat", səh. 100, bab. 32, hədis 1.)
    Rəvayətdə diqqəti çəkən məsələ budur ki, həzrət hədisin birinci hissəsində buyurur: "liqətlil-Huseyn" (imam Hüseynin (ə) öldürülməsinə görə), digər bir yerdə isə "fina" (bizdə). Bu da o deməkdir ki, yəni həm zahiri, həm də həqiqi ağlamaq hər ikisi qəbul edilmişdir və savabı vardır. Amma "ləna" (bizə xatir), "fina" arasında fərq var. Çünki, "ləna", yəni "lima vərədə ələyna" (bizə gəlib), ya "lidərkis-səvab", (savabın yetişməsi üçün), amma "fina", yəni "fi məhəbbətina" (bizim məhəbbətimizdə). Ona görə də birincinin nəticəsi behiştin zahiri nemətləridir. Necə ki, buyurur: "Allah ona behiştdə uca binalarda yer verər".
    İkinci fayda batini və mənəvi nemətlər, Allahın qəzəbindən və Cəhənnəm odundan amanda qalmaqdır. Necə ki, buyurur: "Allah ona behiştdə Sidq mənzilində yer verər", yaxud buyurur: "Allah Qiyamət günü əzabı onun üzündən qaytarar, Öz qəzəbindən və oddan amanda qalar".
    Bu iki "ağlamaq" arasındakı fərqin mənasını imam Sadiqin (ə) bəndələr arasında qoyduğu fərqdən də başa düşmək mümkündür.
    «أَلْعِبادَةُ [إِنَّ الْعُبّادُ] ثَلاثَةٌ، قَوْمٌ عَبَدُوا اللَّهَ- عزّوجلّ- خَوْفاً، فَتِلْكَ عِبادَةُ الْعَبيدِ؛ وَ قَوْمٌ عَبَدُوا اللَّهَ- تَباركَ‏وَتَعالى- طَلَبَ الثَّوابِ، فَتِلْكَ عِبادَةُ الْأُجَراءِ؛ وَ قَوْمٌ عَبَدُوا اللَّهَ- عزّوجلّ- حُبّاً لَهُ، فَتِلْكَ عِبادَةُ الْأَحْرارِ، وَ هِىَ أَفْضَلُ الْعِبادَةِ.»
    "İbadət edənlər üç dəstədir: bir dəstə Allaha cəhənnəm əzabı qorxusundan ibadət edir - bu qulların ibadətidir; başqa bir dəstə isə Allaha behişt tamahı ilə ibadət edir - bu muzdurların ibadətidir; üçüncü dəstə isə Allaha məhəbbət və eşq səbəbindən ibadət edir - bu azad insanların ibadətidir və ən yaxşı ibadətdir". ("Vəsail əl-şiə", c. 1, səh. 45.)
    Həqiqətdən zahiri ağlamaq "ləna", cəhənnəm odunun qorxusundan, yaxud axirət savabı qazanmaq üçün olan ağlamaqdır. Amma həqiqi ağlamaq olan "fina" azad insanların və Həzrət Həqqi Subhana olan eşq və sevgidən olan ağlamaqdır.

    Mənbə: Səadətpərvər Əli, "Füruği-şəhadət", səh. 301. Əhyayi-kitab nəşriyyatı, Tehran 1388, Üçüncü çap

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 21 Ekim 2015 22:54 | İstifadəçi | Şərh yazdı
    ESSELAMU ELEYKUM YA EBA EBDILLAH VE ELAL ERVAHIL LETI HELLET BI FINAIK.YA HUSEYN CANIM SENE FEDA AGAM KAS QISMET OLA SENI ZIYARET ETMEK.ALLAH SENIN DUSMENLERINE VE ONLARIN DAVAMÇILARINA QIYAMET GUNUNE QEDER LENET ETSIN.AMIN.CAN AGAM CAN,XANIM,ZEYNEB DERDLI GUNLERINIZE BIZ QURBAN.REBBEYK YA HUSEYN!!!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 21 Ekim 2015 17:30 | İstifadəçi | Şərh yazdı
    ALLAHIN SALAMI OLSUN SƏNƏ AĞAM YA HÜSEYN.ALLAHIN LƏNƏTİNƏ GƏLMİŞ ƏMƏVİLƏRİN MƏKR VƏ HİYLƏLƏRİ O QƏDƏR DƏRİN İDİ Kİ,(ÜSTƏGƏL DƏ İQTİDARDA OLMALARI)HƏZRƏTİ HÜSEYNİN NƏ ÜCÜN ŞƏHİD OLMASI HƏQİQƏTİ KÖLGƏDƏ QALMIŞDI.HƏLƏ İNDİNİN ÖZÜNDƏ DƏ ELƏLƏRİ VAR,BU QƏTLİN VƏZİFƏ ÜSTÜNDƏ OLMASINI DÜŞÜNÜR.ÇOX TƏƏSSÜF...ALLAHIN SALAMI,RƏHMƏTİ,BƏRƏKƏTİ,QÜVVƏTİ OLSUN ƏSL İSLAM HƏQİQƏTLƏRİNİ,GERÇƏKLƏRİNİ,TARİXİNİ,HƏZRƏTİ HÜSEYNİN ALLAHIN GÖZƏL DİNİNİ QORUYARAQ QƏHRƏMANCASINA ŞƏHİD OLDUĞUNU, ÜZƏ ÇIXARAN YAYAN BÖYÜK VƏ KİÇİK ŞƏXSİYYƏTLƏRƏ...QÜVVƏTLİ ALLAHIM KÖMƏYİNİ İSTƏYİRİK...İMAMIMIZIN ZUHURUNA İZİN VER..DARDA QALIB SƏNİ SEVƏNLƏR,DARDA QALIB MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏDİ SEVƏNLƏR...BU MƏKİRLİ SİYASƏT YENİDƏN CÜCƏRİR...İZİN VERMƏ YA RƏBBİM İZİN VERMƏ...KÖKÜNÜ KƏS BU MƏKRİN...HARAYA GƏL YA ALLAH..YA ALLAH...YA ALLAH...SƏNDƏN BAŞQA SƏNİ SEVƏNLƏRƏ KÖMƏK EDƏN YOXDUR YA MUCİBU CƏLLƏ-CƏLALUH...ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...ALLAH BÖYÜK SAVABLAR VƏ ƏCRLƏRİNİZİ VERSİN BACIM.AMİN İNŞAALLAH.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Neyneva | Status: İstifadəçi Offline | 21 Ekim 2015 09:19 | İstifadəçi | Şərh yazdı
    Allahin Salami ve Rehmeti uzerinize olsun insallah
    Baci Allah razi qalsin insallah deyerli hedislerdir 
    "Ela lenetullah elel qovmil zalimin, la havle ve la quvvete illa billahil aliyyil azim!"

    Ya Hüseyn fəth etmisən əbədiyyən qəlbimizi    
      Canin qurban eylədin qorudan dinimizi   
    Lap belə dilim-dilim doğrasalar cismimizi  
     Ruhumuz söyləyəcək canim Hüseyn
    Salam olsun senə ey məzlum İmamim Hüseyn



    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.