İç üzlər açılar
+10
Müəllif:
Elya | 15-10-2015, 12:00 | Baxılıb: 1 147
İç üzlər açılar
Həmin gün insanların iç üzləri açılar. Ey dünyada diqqətlə abır-həya gözləyənlər, heç sabahkı günün (Qiyamətin) xəcalətini düşünürsünüzmü?! Həmin gün daxili mələk olanların surəti məlaikə, daxili yırtıcı, şəhvətcil olanların surəti meymun, it surətinə düşər. Son məniziliniz üçün bir iş görmüsünüzmü ki, sonradan xəcalət çəkməyəsiniz? Qarşıda nələr olacağını bilirsinizmi? Bilirsinizmi ki, məhşər səhrasında üryansınız, yoxsa yox?!
Qiyamət libası (geyimi) təqvadır
"Ə᾽raf” surəsi, ayə 26: "Bunlardan üstündür təqvadan olan geyim.”
Qəbirdən baş qaldırılan zaman bir dəstəni çıxmaqla hamı üryandır (çılpaqdır). Məhşərə üryan daxil olmayacaq həmin dəstə pəhrizkarlar, təqvalılardır. Bu dünyadan təqva ilə köçən şəxs məhşərə ilahi libasla daxil olar. Dünyadan tövbəsiz gedib, bərzəxdə əzab görməklə paklanan mö᾽minlər də bu dəstədəndirlər. Amma, Allah eləməmiş, günahları pak olmadan məhşərə daxil edilənlər xəcalət yükündən qurtulmaq xatirinə tezliklə Cəhənnəmə getmələrini arzulayarlar.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.