Məşhərdə müxtəlif şəkillər
+5
Müəllif:
Elya | 10-09-2015, 12:00 | Baxılıb: 659
Məşhərdə müxtəlif şəkillər
"Məcməül-bəyan” təfsirində Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, Məaz "Qiyamətdə sur üfürüləndə dəstə-dəstə gələrsiniz” ayəsinin mə᾽nasını soruşduqda, Həzrət buyurdu: "Ey Məaz, böyük bir mətləb soruşursan (Həzrətin mübarək gözü yaşardı.) Mənim ümmətim Qiyamət günündə 10 sinfə bölünər. Bu 10 sinfi Allah-Taala ümumi müsəlmanlardan ayırar, surətlərini dəyişər; bə᾽ziləri meymun, bə᾽ziləri donuz, bə᾽ziləri əl-ayağı kəsilmiş surətdə, bir hissəsi kor, digəri lal, bir dəstəsi də kar olarlar. Məhşərə dilini dişləmiş bir tayfa daxil olar ki, ağızlarından çirk axar. Onların ağızlarının qoxusundan məhşər əhli əziyyət çəkər. Bir dəstə də məhşərə başı aşağı daxil olub, o halda da əzaba aparılarlar. Bir dəstə od budaqlarından asılmış, başqa bir dəstənin qoxusu murdardan daha pis. Digər bir dəstəyə qətrandan libas geydirilmiş, bu libaslar onların bədənlərinə yapışmışdır... Sual verdilər ki, bunlar kimlərdir?
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.