Peyğəmbərin (s) Əhli-beyti
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Allah belə istəyir ki, ricsi (napaklıq, pislik və günahı)
siz peyğəmbər ailəsindənuzaqlaşdırsın
və sizi pak-pakizə etsin
(«ƏHZАB», аyə 33)
Hicrətin birinci əsrindən on dördüncü əsrinədək olan tabein və və əhli-sünnə alimlərindən üç yüz nəfər dən çoxu mütəvatir olaraq «təthir» ayəsinn şə`ni-nüzulunda demişlər ki, ayə Peyğəmbər (s), əmirul möminin, və Həsəneynə (ə) məxsusdur.
Səhabələrdən bir dəstəsi, o cümlədən, Sə`d ibn Əbi Vəqqas, Ənəs ibn Malik, Abdullah ibn Abbas, Əbu Səid Xidri, Ömər ibn Əbi Sələmə, Vailə ibn Əsqə`, Abdullah ibn Cə`fər, Əbu Həmra` Hilal, Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmə, (Peyğəmbərin (s) zövcəsi) Əbi Bəkrin qızı Aişə, Əbu Hureyrə, Mu`qəl bn Yəsar, Əbuttufeyl Amir ibn Vailə, Cabir ibn Abdullah Ənsari, Əbu Bərəzə Əsləmi, Miqdad ibn Əsvəd- rəvayət etmişlər ki:
Təthir ayeyi şərifəsi (Peyğəmbərin (s) zövcəsi) Ümmü Sələmənin evində nazil olmuşdur. Ümmü Sələmə deyir:
O beş nəfər (Rəsulullah (s), Əli, Fatimə və Həsəneyn) Əbanın altında (kisanın altında) idi, mən də qapının yanında durmuşdum. Mən ərz elədim ki, ya Rəsulallah (s) mən də sizin cəmiyyətinizə qoşula bilərəmmi və ya
«الست من اهل البيت» mən də əhli-beytdənəmmi? Rəsulullah (s) buyurdu:
«انك الى خير» Sənin aqibətin yaxşı olacaqdır» və daxil olmağa icazə vermədi.
Deməli, heç bir şübhə yeri qalmır ki, «təthir» ayəsi Fatimə, onun atası, həyat yoldaşı və övladları barəsində nazil olmuşdur. Əllamə Əmininin dili ilə desək- Rəsulullah (s) işin həqiqətinin aydın olması və isbatı üçün maraqlı bir iş görmüşdür ki, səhabələrdən doqquz nəfəri onu nəql etmişlər. O da bundan ibarətdir ki, Rəsulullah (s) ayə nazil olandan dünyadan köçənədək hər gün sübh namazı üçün evdən çıxarkən həzrəti Fatimənin (s.ə) evinin qapısına gəlir və deyirdi:
السلام عليكم يا اهل البيت, (انما يريد الله... الخ)
Sizə salam olsun, ey əhli-beyt, həqiqətdə Allah hər napaklığı siz nübüvvət ailəsindən uzaqlaşdırmağı və sizi pak-pakizə etməyi iradə etmişdir.
Qeyd etmək lazımdır ki, bu mətləbi əhli-sünnə alimlərindən bir çoxu, o cümlədən, Tirmizi «Sıhih»də, Hakim «Müstədrək»də, Zihəbi «təlxisul müstədrək»də, Əhməd Hənbəl «Müsnəd»də, İbn Əsir «Usdul ğabə»də, Həsskani «Şəvahidut tənzil»də, Siyuti «Durrul mənsur»da, Təbəri «Təfsiri qur`an»da, Bəlazuri «Ənsabul əşraf»da, İbn Kəsir «Təfsirul qur`an»da, Heysəmi «Məcməuz zəvaid»də nəql etmişlər. Buna əlavə olaraq (öz yerində təfsilatı ilə deyiləcəkdir) deməliyik ki, Əmirul möminin(я) «Şura» günündə öz sözünün isbatı üçün «təthir» ayəsini sübut gətirərək oxumuş və demişdi ki, «təthir» ayəsi bizim barəmizdə deyildirmi? Orada iştirak edən bütün səhabələr o həzrətin sözlərini qəbul etməklərini izhar edərkən ərz etdilər; Bəli, bu ayə sizin şə`ninizdədir və bu mətləb danılmazdır.
İbn Əbil Hədid «Nəhcül bəlağə»nin 11-ci cildində 219-cu xütbəni şərh edərkən əlavə edir ki;
-Deyirik: Əgər «Əmirəl mömininin (ə) «Silə (ehsan) biz əhli-beytə haram olan zəkat ya sədəqədirmi» sözünə etiraz edib -yalnız vacib zəkat onlara haramdır və müstəhəbbi sədəqə, silə onlara haram deyildir- desən, deyərəm ki, «Əli (ə) əhli-beyt dedikdə Bəni Haşimin digər fərdlərini deyil yalnız beş nəfəri, yəni Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyni (ə) nəzərdə tutur. Müstəhəbbi sədəqələri və siləni qəbul etmək yalnız bu beş nəfərə haramdır. Bəni Haşimin digər fərdlərinə isə yalnız vacib zəkat haramdır.
Ali Muhəmmədin (s) bəlaya hədəf olması
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
)»ŞURA», аyə 23(
وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا
(«HƏL ƏTA», аyə 8)
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
(«ƏHZAB», аyə 33)
Bu ayləri yanaşı qoyduqda aydın olur ki;
Əvvələn - nübüvvət ailəsi və əhli-beyt, Peyğəmbər (s) özü, qızı Fatimə (s.ə), kürəkəni Əli ibn Əbi Talib (ə), iki nəvəsi Həsən (ə) və Hüseyndir (ə) və bu mavi səmanın altında bunlardan başqa heç kəs bu cəmiyyətə daxil deyildir.
İkinci – Allah belə iradə etmişdir ki, günah, çirkinlik və pisliyi bu müqəddəslərdən aparsın və onları pak-pakizə etsin. Daha başqa suala yer də yoxdur. Çünki
الله اعلم حيث يجعل رسالته
«Allah öz risalətini harada qərar verməsini daha yaxşı bilir» («Ən`am», аyə 124).
Üçüncü – Allah təala onları əzizləmiş, mərtəbələrini qaldırmış və sonuncu peyğəmbərin risalətinin mükafatı olaraq onun yaxın qohumlarını sevmək qərar vermişdir.
İndi isə bir sualı müzakirə edək. İbn Əbil Hədidin sözü ilə desək – «Öz canıma and olsun ki, bu sözlər çox vəhm yaradandır». Lakin hər halda tarixi varaqlayarkən istər-istəməz bu sual meydana çıxır (və çıxmalıdır da) ki, həqiqətdə əgər peyğəmbərin peyğəmbərliyi, vəhyin və quranın nazil olması həqqdirsə və əgər Allah təala peyğəmbərin risalətinin mükafatı olaraq onun yaxın qohumlarının sevgisini qərar vermişsə, əgər peyğəmbər dəfələrlə təkidlə «bunları sevəni sevərəm və bunlara düşmən olanla düşmən olaram, hər kəs bu dörd nəfərlə döyüşərə mən də onunla döyüşərəm, mən bunlara düşmən olana düşmənəm, bunlarla dostluq edənlə dostam, bunları dünyaya xoşbəxt, səadətli və pak ətəkdən gələndən başqa sevən və bunlara dünyaya bədbəxt şəkildə və bulaşıq ətəkdən gələndən başqası düşmən olmaz və s». –buyurmuşsa, bütün bu sözlərlə yanaşı necə olur ki, Peyğəmbər (s) həqqin çağırışına ləbbeyk deyən kimi səhabələr elə buir yolu tuturlar ki, o yolun sonu Peyğəmbər (s) ailəsinə cəfa və zülmlə və o dörd nəfərlə düşmənçiliklə nəticələnir?
(Öz yerində bu barədə müfəssəl danışacağam) Risalət şəmi sönən kimi səhabələrdən bəzisi – guya islamın qayğısına Allah və peyğəmbərdən daha çox qalırdılar, islam və müsəlmanlar bir an belə imamsız qalmasınlar-deyə peyğəmbərin cəsədini öz halına buraxaraq, müsəlmanların xəbəri olmadan Bəni Saidə səqifəsinin iclasında müsəlmanlara xəlifə təyin etdilər və çox sürətlə, islam nizamı qorunsun –deyə seçdikləri xəlifə üçün biət də aldılar. Sonra isə Fatimənin (s.ə) evinə və Əli (ə) kimi kişinin üstünə töküldülər. O Əli (ə) ki, islam onun qılıncı ilə ayağa durmuşdu.
O Əli (ə) ki, ən azı yeddi il hamıdan qabaq namaz qılmışdı.
O Əli (ə) ki, islam peyğəmbərinə iman gətirən birinci adam idi.
O Əli (ə) ki, istisnasız olaraq bütün döyüşlərdə peyğəmbərin bayraqdarı idi.
O Əli (ə) ki, peyğəmbərin canını xilas etmək üçün onun yatağında yatmışdı.
O Əli (ə) ki, peyğəmbər dəfələrlə buyurmuşdu:
على مع الحق والحق مع على. على مع والقران على مع القران . اقضاكم على
(Ən çox biləniniz Əlidir. Əli haqqla və haqq da Əli ilədir. Əli quranla və quran da Əli ilədir).
O Əli (ə) ki, peyğəmbərin xanımlarının dediyinə görə, Rəsulullah (s) duasının qəbul olmasına görə Allahı Əlinin (ə) həqqinə and verərdi.
O Əli (ə) ki, Peyğəmbər (s) onun barəsində buyurmuşdu:
موسى منى بمنزلة هارون من انت
Sən mənə Harunun Musaya olan mənzilindəsən.
O Əli (ə) ki, əgər o olmasaydı xanım Zəhraya (s.ə) həyat yoldaşı tapılmazdı.
O Əli (ə) ki, göylərin yollarına yerin yolundan daha yaxşı bələd idi.
O Əli (ə) ki, peyğəmbər buyurmuşdu: انا مدينة العلم و على بابها (Mən elmin şəhəriyəm Əli isə onun qapısıdır).
O Əli (ə) ki, peyğəmbərin tənha gecələrinin munisi idi.
O Əli (ə) ki, Cəbrail onunla sirdaş idi.
O Əli (ə) ki, «Xəndəq» döyüşündə Peyğəmbər (s) buyurdu: «İslam bütövlükdə bütöv küfrün müqabilində dayanmışdı».
O Əli (ə) ki, Peyğəmbər (s) onun barəsində buyurdu:
علی فى يوم الخندق افضل من عبادة الثقلين الى يوم القيمة ضربة
«Əlinin (ə) «Xəndək» günündəki bir zərbəsi qiyamətədək cinn və insanların ibadətindən əfzəldir».
O Əli (ə) ki, «Ühüd»də hamı qaçdı. O isə təklikdə peyğəmbərin (s) canının mühafizi oldu və pərvanə şəmin başına dolanan kimi Rəsulullahın (s) başına dolanırdı.
O Əli (ə) ki, «Bədr» döyüşündə Cəbrail nida etdi:-
لافتى الا على لا سيف الا ذواالفقار
«Əlidən yaxşı cəngavər, Zulfiqardan yaxşı qılınc yoxdur».
O Əli (ə) ki, əgər olmasa idi Xeybərin qapısı açılmazdı.
O Əli (ə) ki, peyğəmbərin (s) övladlarının atası idi.
O Əli (ə) ki, Allahın razılığı yolunda öz canından keçməyi əsirgəmirdi.
O Əli (ə) ki, Peyğəmbər (s) buyurdu: Əlidən (ə) başqa heç kəsin ona qüsl verməyə haqqı yoxdur.
O Əli (ə) ki, əməllərin mizanıdır.
O Əli (ə) ki, mömin və münafiqi tanımaq üçün meyardır.
O Əli (ə) ki, Peyğəmbər (s) onun üçün elmdən min bab açdı ki, hər babdan əlavə olaraq min bab açıldı.
O Əli (ə) ki, quranın dediyinə görə, peyğəmbərin (s) risalətinin şahididir.
Belə bir şəxsə mükəlləfiyyət təyin etdilər ki, bir an belə imamsız qala bilməzsən və gərək Əbu Bəkr ibn Əbu Qühafəyə xilafət üçün biət edəsən. Həqiqətdə bu sözlər vəhm yaradan, Peyğəmbər (s) səhabəsinə və islamın əvvəllərinin böyüklərinə açıq-aşkar hörmətsizlik yaradan sözlərdir. Lakin, nə etmək olar ki, bu böyüklər bir yol açmış, digərləri də bu böyüklərin dünyasına görə öz axirətlərini sövdələşmiş və əməllərini isə yozmuşlar. Həqiqətdə isə çox pis bir ticarətə əl uzatmışlar.
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi