» » Əhli-beyt kimlərdir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əhli-beyt kimlərdir?
    0
    Müəllif: Huseynci Medine | 30-10-2016, 13:00 | Baxılıb: 1 762

    Əhli-beyt kimlərdir?

    Əhli-sünnə təfsirçilərinin bir qrupu “Əhli-beyt”i Peyğəmbərin (s) zövcələri kimi təfsir etmişlər. Lakin qeyd etdiyimiz kimi, ayənin üslub və deyiliş tərzinin dəyişilməsi, əvəzliklərin əvvəli ilə axırının fərqlənməsi bu hissənin tamamilə ayrı mə’na bildirdiyini göstərir. Məgər Allahın bütün işlərinin hikmət əsasında, Qur’an ayələrinin fəsahət və bəlağətli olduğu qəti deyilmi?!

    Digər təfsirçilər isə Əhli-beytin Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), imam Həsən (ə) və imam Hüseyndən (ə) ibarət olduğunu qeyd etmişlər. Şiə və sünni mənbələrində nəql olunan bir çox rəvayətlər bunu təsdiqləyir. Hətta bə’ziləri bu rəvayətlər əsasında onun daha geniş mə’na daşıdığını söyləmiş, həm bu beş nəfərə, həm də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu demişlər. Bu isə ayənin üçüncü təfsiridir.

    Lakin Əhli-beytin beş mə’sumdan ibarət olduğunu açıqlayan rəvayətlər olduqca çoxdur. Yalnız “Əd-durrul-mənsur” təfsirində on səkkiz rəvayət (beşi Ümmü Sələmədən, üçü Əbu Səid Xudridən, biri Ayişədən, biri Ənəs ibn Malikdən, ikisi İbn Abbasdan, ikisi Əbil-Həmradan, biri Vailə ibn Əsqədən, biri Sə’ddən, biri Səhhak ibn Müzahimdən, biri də Zeyd ibn Ərqəmdən) nəql olunmuşdur.

    Əllamə Təbatəbai “Əl-mizan” təfsirində bu barədə yetmişdən çox rəvayət nəql edərək yazır: “Bu mövzuda əhli-sünnə təriqilə nəql olunan rəvayətlərin sayı şiə təriqilə nəql olunan rəvayətlərin sayından çoxdur!” Bu kitabda yuxarıda adlarını çəkmədiyimiz (“Əd-durrul-mənsur” təfsirində adları çəkilməyən) ravilərin də adları qeyd edilmişdir. Bə’zi alimlər bu rəvayətlər və onların nəql olunduğu kitabların sayının yüzə çatdığını qeyd etmişlər.

    Burada həmin rəvayətlərin yalnız bir neçəsini qeyd edirik ki, Vahidinin “Bu ayə Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyn (ə) barədə nazil olmuş və başqaları onlarla şərik deyil” sözlərinin eynilə həqiqət olduğu aydınlaşsın:

    1. Peyğəmbərin (s) bə’zi zövcələrindən nəql olunmuş rəvayətlərdə deyilir ki, “Təthir” ayəsindən söz salıb Peyğəmbərdən (s) soruşduq: “Bu ayə bizə də şamil olurmu?” Həzrət buyurdu: “Siz də yaxşısınız, lakin bu ayə sizə şamil olmur!”

    O cümlədən, (“Kəbir” təfsirinin müəllifi, 4-cü və 5-ci əsrlərin məşhur əhli-sünnə alimi) Sə’ləbi öz təfsirində Peyğəmbərin (s) zövcəsi olan Ümmü Sələmədən belə nəql edir: Bir gün Fatimə (ə.s) Peyğəmbərə (s) yemək gətirdi. O həzrət buyurdu: “Həyat yoldaşını, övladların Həsən və Hüseyni çağır.” Onlar gəldilər və yeməkdən sonra Peyğəmbər (s) əbasını onların üstünə atıb buyurdu: “İlahi! Bunlar mənim Əhli-beytim və itrətimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Bu zaman “Təthir” ayəsi nazil oldu... Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də sizdənəmmi” deyə soruşdum. O buyurdu: “Sən də yaxşısan (amma bu zümrədən deyilsən)!”

    Sə’ləbi başqa bir rəvayətdə Peyğəmbərin (s) zövcəsi Ayişədən “Cəməl” müharibəsi və onun müharibəyə qatılması haqda soruşduqda, dedi: “Bu, ilahi bir təqdir idi!” Ondan Əli (ə) haqda soruşduqda dedi: “Peyğəmbərin (s) yanında ən sevimli şəxsin kim olduğunu həzrətin ən sevimli zövcəsindən soruşursan?! Mən öz gözümlə gördüm ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni libasının altına salıb buyurdu:

    اَللّهُمَّ هؤلاءِ اَهْلُ بَيْتِى وَحامَتِى فَاَذْهَبَ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيراً:

    “İlahi! Bunlar mənim Əhli-beytim və himayəçilərimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də onlardanammı” soruşduqda buyurdu: “Xeyr, sən yaxşısan (amma onlardan deyilsən)!”

    Bəli, bu rəvayətlərdə göstərilir ki, Peyğəmbərin (s) zövcələri (yaxşı olsalar da,) ayədə qeyd olunan Əhli-beytdən sayılmırlar.

    ***

    2. Müxtəlif ifadələrlə bir çox rəvayətlərdə nəql olunan ”Kisa” (əba) əhvalatı: “Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb (yaxud onların yanına gedib), üstlərinə bir əba ataraq dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir, onlardan çirkinliyi uzaq et!” Bu zaman “Təthir” ayəsi nazil oldu.”

    Diqqət yetirmək lazımdır ki, bu hədis Müslimin “Səhih” kitabında Ayişədən, Hakimin “Müstədrək”, Beyhəqinin “Sünən”, İbn Cəririn “Təfsir”, Süyutinin “Əd-durrul-mənsur”], Hakim Həskaninin “Şəvahidut-tənzil”, Termizinin “Səhih” kitabında isə Əmr ibn Əbi Sələmə və Ümmü Sələmədən nəql olunmuşdur.

    Fəxri-Razi “Mübahilə” (“Ali-İmran” surəsinin 61-ci) ayəsinin təfsirində bu hədisi (“Kisa” hədisi) nəql etdikdən sonra yazır: “Bu rəvayət səhih və düzgündür, təfsir və hədis alimlərinin səhih saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!”

    Diqqəti cəlb edən məsələ budur ki, hətta Əhməd Hənbəl “Müsnəd” kitabında bu hədisi müxtəlif ravilərin dilindən nəql etmişdir.

    ***

    3. Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay (bə’zi rəvayətlərdə altı, bə’zilərində doqquz ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (ə.s) evinin yanından keçərək uca səslə deyirdi:

    اَلصَّلوة! يا اَهْلَ بَيْتِ! اِنَّما يُرِيدُاللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً:

    “Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak etmək istəyir!”

    Bu hədis məşhur təfsir alimi Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbil-Həmradan nəql edilmiş, Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən: səkkiz ay) davam etdirdiyi yazılmışdır.

    Rəvayətlərdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir; mümkündür ki, bu hadisəni Ənəs ibn Malik altı ay, Əbu Səid Xidri səkkiz ay, Əbil-Həmra yeddi ay və İbn Abbas doqquz ay müşahidə etmiş olsun. Beləliklə, rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir.

    Ümumiyyətlə, bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O həzrət bu rəftar və ardıcıl tə’kidlərilə kimsədə şəkk-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-beyt yalnız bu kəslərdir və “Təthir” ayəsi məhz onların şə’nində nazil olmuşdur. Maraqlıdır ki, Peyğəmbərin (s) bu qədər tə’kid və israrına baxmayaraq bu məsələ bə’zilərinə “qaranlıq” qalmaqdadır. Bu doğrudan da, heyrətləndiricidir!

    Peyğəmbərin (s) məscidinə yalnız onun özünün və imam Əlinin (ə) evlərinin qapılarının açıq qalması icazəsi diqqəti cəlb edən digər nöqtələrdəndir. (Peyğəmbər (s) göstəriş vermişdi ki, bu iki qapıdan başqa məscidə açılan qapılar bağlansın!) Mə’lum olduğu kimi, oradakıların bir qrupu namaz vaxtı Peyğəmbərin (s) “Ey Əhli-beyt, namaz vaxtıdır” çağırışını eşidirdilər. Buna baxmayaraq bə’zi təfsirçilərin ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə deyilmi?! Halbuki, Peyğəmbər (s) zamanının cüz’i hadisələrini açıqlayan Ayişə nəinki özünü “Təthir” ayəsinə aid etmir, hətta deyir ki, Peyğəmbər (s) mənə buyurdu: “Sən onlardan deyilsən!”

    4. Məşhur səhabə Əbu Səid Xudridən nəql olunan və “Təthir” ayəsindən danışan bir çox rəvayətlərdə aydın şəkildə belə deyilir: “Bu ayə Allahın Rəsulu, Əli, Fatimə, Həsən, Hüseyn (əleyhimus-səlam) barəsində nazil olmuşdur!”

    Nəticə: İslamın məşhur mənbələrində “Təthir” ayəsi və ondakı “Əhli-beyt”in Peyğəmbər (s), imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseynə (ə) aid olduğunu bildirən rəvayətlər “təvatür” həddinə çatdığından, onların düzgünlüyünə heç bir şübhə yeri qalmır. Hətta “Ehqaqul-həqq” kitabının şərhində bu rəvayətlərin (Əhli-beyt ardıcıllarının məşhur mənbələrindən əlavə,) əhli-sünnənin yetmişdən çox məşhur mənbəsində nəql olunduğu göstərilir və yazılır: “Əgər bu rəvayəti nəql edən bütün mənbələri saysaq, mindən çox olar!”

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.