» » » Qədir-Xum gününün ziyarəti (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qədir-Xum gününün ziyarəti (tərcüməsi)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 2-10-2015, 11:30 | Baxılıb: 2 728
     
     
    Qədir-Xum gününün ziyarəti 

    İmam Rza (ə)-ın İbni Əbu Nəsrə belə buyurduğu nəql olunur: "Ey İbni Əbu Nəsr, hara gedirsən get, amma Qədir-Xum günündə Hz. Əmirəl-möminin Əlinin qəbrinin yanında ol! Həqiqətən, Allah taala bu gündə mömin qadın və kişinin altımış illik günahlarını bağışlayar. Cəhənnəm odundan Qədr gecəsində və Fitr bayramının gecəsində azad etdiklərinin iki bərabərini bu gündə azad edər. Bilin ki, bu müqəddəs gündə bir neçə ziyarət nəql olunmuşdur:
    1. "Əminullah” ziyarətnaməsi. (Öncə keçdi)
    2. Mötəbər sənədlərlə İmam Əli Nəqi (ə)-dan nəql olunan ziyarət. Nəql olunur ki, İmam Əli Nəqi (ə) Qədir-Xum günündə, Mötəsimin o Həzrəti yanına çağırdığı gündə Əmirəl-möminini belə ziyarət etdi. Ziyarət etmək istədikdə Həzrətin günbəzinin önündə dayanıb, izn istə. Şeyx Şəhid nəql edir ki, qüsül al, təmiz geyimlərini geyinib izn istəyərək belə deyirsən: "Əllahummə inni vəqəftu əla babin...” Bu həmən əvvəldə gətirdiyimiz izni-düxuldur. Sonra sağ ayağını birinci ataraq içəri daxil olursan və müqəddəs zərihə yaxınlaşırsan. Arxası qibləyə üzü zərihə (qəbrə) tərəf dayanıb deyirsən:
    Salam olsun Allahın rəsulu Məhəmmədə – peyğəmbərlərin sonuncusuna, elçilərin sərvərinə, aləmlərin Rəbbinin seçdiyinə, Allahın vəhyi və qəti hökmlərinin əmanətdarına, özündən əvvəlkiləri sona çatdıran və sonrakıları fəth edənə, onların hamısına şahid olana (məqamı onların hamısından uca olana)! Allahın rəhmət, bərəkət, salavat və salamı olsun ona! Salam olsun Allahın peyğəmbərləri və rəsullarına, "müqərrəb” (yaxın) mələklərinə və saleh bəndələrinə! Salam olsun sənə, ey Əmirəlmöminin, ey vəsilərin sərvəri, peyğəmbərlərin elminin varisi, aləmlərin Rəbbinin höccəti, mənim və möminlərin rəhbəri! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun sənə, ey mənim sərvərim, ey Əmirəlmöminin, ey Allahın yer üzündə əmanətdarı, Öz məxluqatı arasında nümayəndəsi və bəndələrə kamil höccəti! Salam olsun sənə, ey Allahın möhkəm dini və doğru yolu! Salam olsun sənə, ey insanların onun barəsində ixtilafda olduğu və barəsində soruşulacağı böyük xəbər! Salam olsun sənə, ey Əmirəlmöminin! Onlar müşrik olduqları halda, sən Allaha iman gətirdin (haqqı təsdiq etdin) və dində ixlaslı, səbirli və mükafat ardınca olduğun halda, əcəlin çatdı! Bilin ki, Allahın lənəti zülmkarlaradır! Salam olsun sənə, ey müsəlmanların sərvəri, möminlərin hakimi, təqvalıların rəhbəri və üzüağ bəndələrin iqtida etdiyi! Allahın rəhmət və bərəkətləri olsun ona! Şəhadət verirəm ki, həqiqətən, sən Allahın Rəsulunun qardaşı və onun canişini, elminin varisi, şəriətinin əmanətdarı, ümməti arasında xəlifəsi, Allaha iman gətirən ilk şəxs və Onun peyğəmbərinə nazil olanı təsdiq edənsən! Şəhadət verirəm ki, həqiqətən, o, Allahın sənin barəndə nazil etdiyini layiqincə və göstərişini uca səslə camaata çatdırdı, sənə itaəti və sənin vilayətini ümmətinə vacib etdi, sənin üçün onlardan beyət aldı və səni möminlər üzərində Allahın təyin etdiyi kimi, onlara nisbətdə daha çox ixtiyar sahibi etdi, daha sonra Allahı onlara şahid tutaraq belə buyurdu: "Mən ilahi hökmləri sizə olduğu kimi çatdırmadımmı?” Onlar dedilər: "Allaha and olsun ki, çatdırdın!” (Peyğəmbər) buyurdu: "İlahi, şahid ol, Sənin şahid və bəndələr arasında hakim olmağın kifayətdir!” Sənin vilayətini iqrar etdikdən sonra onu inkar edən və səninlə peyman bağladıqdan sonra əhdini pozanlara Allahın lənəti olsun! Şəhadət verirəm ki, həqiqətən, sən Allah-Taala ilə bağladığın əhdinə sadiq qaldın və şübhəsiz, Allah da səninlə bağladığı əhdinə vəfalıdır. Kim Allahla bağladığı əhdə vəfalı qalsa, Allah tezliklə ona böyük bir mükafat verəcək! Şəhadət verirəm ki, həqiqətən, sən Quranın onun vilayəti ilə bağlı haqq olaraq buyurduğu möminlərin əmirisən və Peyğəmbər bu barədə öz ümmətindən səninlə bağlı əhd almışdır! Şəhadət verirəm ki, həqiqətən, sən, əmin (Həmzə) və qardaşın (Cəfər) Allah yolunda canlarınızla ticarət etdiniz və Allah da sizin haqda "Həqiqətən, Allah möminlərin canı və mallarını onlardan cənnət bahasına almışdır. (Onlar) Allah yolunda vuruşur və beləliklə, öldürür və öldürülürlər. (Bu alver) onun öhdəsində olan Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa, kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun! Budur böyük uğur və qurtuluş! Onlar tövbə edənlər, ibadət edənlər, həmd-səna deyənlər, oruc tutanlar, (cihad edən və dini elm kəsb etmək üçün) səfər edənlər, rüku və səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allah dininin hüdudlarını qoruyanlardır. Həmin möminlərə müjdə ver!” – deyə buyurdu. Şəhadət verirəm ki, ey Əmirəlmöminin, həqiqətən, sənin haqda şəkk edənlər əmanətdar Peyğəmbərə iman gətirməmiş və səndən başqasına üz tutanlar da aləmlərin Rəbbinin bizim üçün bəyəndiyi möhkəm və sabit, "Qədir-Xum” günü sənin vilayətinlə kamilləşdirdiyi dindən üz çevirmişlər! Şəhadət verirəm ki, həqiqətən, sən qüdrətli və mehriban Allahın "Həqiqətən, mənim doğru yolum budur və ona tabe olun! Onun yolundan sizi ayıran digər yollara tabe olmayın!” – kəlamının xarici nümunəsisən! Allaha and olsun, səndən başqasına tabe olan, səninlə düşmənçilik edən və haqqa qarşı inadkarlıq edən yolunu azmışdır! İlahi, biz Sənin hökmünü eşidib, ona itaət etdik və Sənin doğru yoluna tabe olduq! Elə isə bizi itaətinə hidayət etdikdən sonra qəlblərimizi (imandan) döndərmə və bizi nemətinə şükür edənlərdən qərar ver! Şəhadət verirəm ki, həqiqətən, sən nəfsinlə müxalifət etdin, təqvaya əsaslandın, qəzəbini udmağa qadir oldun, camaatın cahilanə rəftarını bağışladın, Allaha üsyan edildikdə qəzəbləndin, Ona itaət edildikdə razı oldun, Allahla bağladığın əhdinə sadiq qaldın, sənə tapşırılanları layiqincə qorudun, öhdəndə olanları (insanlara) çatdırdın və sənə vəd olunanların intizarını çəkdin! Şəhadət verirəm ki, həqiqətən, təqiyyə etməyin acizlikdən yox, əksinə Allahın razılığına əsaslanırdı. Sən haqqını almaqda və onu qəsb edənlərlə mübarizədə acizlik və süstlük göstərmədin, Allahın iradəsinin əksinə olaraq düşmənlərlə sazişə razılıq vermədin! Allah yolunda sənə rəva görülən zülm və haqsızlıqlarda nə süstlük, nə də haqqını qəsb edənlərdən qorxduğun üçün haqqını tələb etdin! Sənin haqda belə düşünməkdən Allaha pənah aparırıq! Əksinə sənə zülm olunduqda, onu Rəbbinin öhdəsinə qoydun, işini Ona həvalə etdin, sənə zülm edənlərə nəsihət etdin, amma onlar öyüd-nəsihət almadılar, onlara moizə etdin, lakin onlara faydası olmadı və onları Allahla qorxutdun, amma onlar Allahdan çəkinmədilər! Şəhadət verirəm ki, ey Əmirəlmöminin, həqiqətən, sən Allah yolunda layiqincə cihad etdin, nəhayət, Allah səni Öz yanına çağırdı və sən öz ixtiyarınla canını tapşırdın. Sən insanlara aydın höccəti tamamladığın kimi, Allah da səni qətlə yetirən düşmənlərinə höccəti tamamladı! Salam olsun sənə, ey Əmirəlmöminin! Sən Allaha ixlasla ibadət etdin, Allah yolunda səbirlə mübarizə apardın, canını Onun yolunda fəda etdin, kitabına (Qurana) əməl etdin, Peyğəmbərin sünnəsinə tabe oldun, namazı bərpa etdin, zəkat verdin, bacardığın qədər (insanları) yaxşı işlərə dəvət etdin, pis işlərdən çəkindirdin, bu işdə Allah dərgahında olanı (Onun razılığını) axtardın, Onun vəd etdiyinə müştaq oldun, xoşagəlməz hadisələrdən qorxmadın, çətinliklər müqabilində süstlük göstərmədin və (səninlə) müharibə aparanlardan üz çevirmədin! Kim sənə bunlardan başqasını nisbət versə, sənə yalandan iftira yaxmış və sənin düşməninə yardım etmişdir! Həqiqətən, sən Allah yolunda layiqincə mübarizə apardın və düşmənlərin əziyyəti müqabilində Allahdan mükafat almaq ümidi ilə səbir etdin! Yer (dünya) azğınlıqla dolu olduğu və şeytana pərəstiş edildiyi zaman Allaha iman gətirən birinci şəxs oldun, namazı bərpa etdin, cihad etdin, şirk diyarında özünü aşkar etdin! "Ətrafımdakı camaatın çoxluğu mənim izzətimə heç bir şey artırmaz və onların yanımdan kənarlaşması da məni qorxuya salmaz. Əgər camaatın hamısı məni tək qoysa belə, ah-nalə etmərəm!” – deyən yalnız sən oldun. Allahın qüdrətinə arxalanıb ucaldın, axirəti dünyadan üstün tutdun və zahid oldun! Allah da səni təsdiqlədi (sənə yardım etdi), sənə yol göstərdi, səni ixlaslı etdi və (insanlar arasından) seçdi. Əməllərində ziddiyyət, sözlərində müxtəliflik və halında dəyişkənlik olmadı. Haqqın əksinə iddia etmədin, Allaha iftira yaxmadın, dəyərsiz dünya malına göz dikmədin, günahlara aludə olmadın, daim Rəbbin tərəfindən olan dəlil-sübuta əsaslandın, işlərində haqq əsaslanaraq camaatı haqq və doğru yola hidayət etdin. Haqq şəhadətlə şəhadət verir və doğru andla and içirəm ki, həqiqətən, Məhəmməd və onun Əhli-beyti (Allahın salamı olsun onlara) məxluqatın sərvəridir və sən mənim və bütün möminlərin rəhbərisən! Həqiqətən, sən Allahın bəndəsi və höccəti, Rəsulunun qardaşı, canişini və varisisən. Şübhəsiz, o, sənə belə buyurmuşdur: "And olsun məni haqq olaraq (peyğəmbərliyə) seçən Allaha ki, səni inkar edən mənə iman gətirməmiş və Allahın yeganəliyini iqrar etməmişdir. Həqiqətən, camaatı səndən uzaqlaşdıran və səni özünə rəhbər bilməyən kəs azğınlığa uğramış, Allaha və mənə doğru hidayət yolu tapmamışdır və o, qüdrətli və böyük Allahın belə buyurduğu kəlamdır: "Həqiqətən, mən tövbə edən, iman gətirən, yaxşı işlər görən, daha sonra sənin vilayətinə doğru yol tapanları bağışlayanam!” Ey mənim sərvərim, sənin fəzilətin gizli və nurun sönən deyil! Səni inkar edən zalım və bədbəxtdir! Ey mənim sərvərim, sən bəndələrə höccət və doğru yola hidayət edən, məad zamanı ehtiyat və zəxirəsən! Ey mənim sərvərim, şübhəsiz, Allah sənin dünya və axirətdə dərəcə və məqamını ucaltdı, müxaliflərin və səninlə Allahın sənə verdiyi nemətləri arasında maneə olmaq istəyənlərə gizli qalan şeylərlə bağlı səni bəsirətli etdi. Allah sənin haqqını özlərinə halal bilən və haqqı səndən uzaqlaşdırmağa çalışanlara lənət etsin! Şəhadət verirəm ki, onlar üzlərini cəhənnəm atəşinin yandıracağı və o çirkin yerdə intizarda qalacaq ən ziyankar kəslərdir! Şəhadət verirəm ki, sən Allah və Onun Rəsulunun əmri olmadan bir şeyi icra etmədin, geri çəkilmədin, bir söz söyləmədin və sükut etmədin! Özün demisən ki, "And olsun canım əlində (ixtiyarında) olana, mən öndə düşmənə qılınc çaldığım zaman Allahın Rəsulu (Allahın salamı olsun ona və Əhli-beytinə) mənə nəzər salıb buyurdu: "Ey Əli, sən mənə Harunun Musaya nisbəti kimisən; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər olmayacaq! Ölüm və həyatının mənimlə və mənim sünnəmə uyğun olacağını sənə bildirirəm. And olsun Allaha, mən yalan danışmıram və mənə yalan deyilməmişdir, mən azmamış, azdırılmamış və Allahın mənə verdiyi vədini də unutmamışam! Həqiqətən, mənim Allah tərəfindən dəlil-sübutum var. Allah onu Öz Peyğəmbərinə bəyan etmiş və o da mənə bildirmişdir. Mən aydın yoldayam və onu aşkarcasına deyirəm!” Həqiqətən, ey mənim sərvərim, and olsun Allaha, doğru söyləyib, haqqı deyibsən! Adı uca olan Allah "Görəsən, bilənlərlə bilməyənlər bərabərdirlərmi?” – buyurduğu halda, səni düşmənlərlə bərabər tutana Allahın lənəti olsun! Allah sənin vilayətini qəbul etməyi vacib etdiyi halda, səndən üz çevirənə Allahın lənəti olsun! Sən Allahın vəlisi, Onun Rəsulunun qardaşı və Quranın, üstünlüyü barəsində söz açdığı dinin müdafiəçisisən! Allah-Taala buyurub: "Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bağışlanmaq və rəhmət baxımından dərəcə etibarı ilə üstün etmişdir. Allah bağışlayan və mehribandır!” "Yoxsa, siz hacılara su verməyi və Məscidül-Haramı abadlaşdırmağı Allah və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir! Allah zalım dəstəni hidayət etməz. İman gətirən, hicrət edən və Allah yolunda mal və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır! Rəbbi onları öz tərəfindən olan rəhmət və razılıqla, içərisində onlar üçün sürəkli və daimi nemət olan cənnətlərlə müjdələyir. Onlar orada həmişəlik və əbədi olaraq qalacaqlar. Həqiqətən, Allah yanında böyük bir mükafat vardır.” Şəhadət verirəm ki, həqiqətən, sən Allahın tərifinə layiqsən, hidayəti bir şeylə dəyişməyərək Ona itaətdə ixlaslı və kimsəni ibadətdə Rəbbinə şərik qoşmayırsan! Həqiqətən, Allah-Taala Peyğəmbərin (Allahın salamı olsun ona və Əhli-beytinə) səninlə bağlı duasını qəbul etdi, sonra sənin məqamını yüksəltdi və sənin dəlilini elan etmək üçün Allahın sənə verdiyi məqamı ümmətə bildirməsini əmr etdi ki, batil aradan qaldırılsın, kimsədə üzr və bəhanəyə yer qalmasın. (Peyğəmbər) səninlə bağlı fasiqlərin zərərindən narahat olduğu və münafiqlərin fitnəsindən qorxduğu zaman aləmlərin Rəbbi ona belə vəhy etdi: "Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını yerinə yetirməyibsən. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq!” Beləliklə, o, ağır səfər yüklərini özü ilə apardı və günorta çağı çölün qızmar istisində ayağa qalxaraq xütbə söylədi və uca səslə camaatın qulağına çatdırdı. Sonra onların hamısından soruşdu: "Sizə təbliğ etdimmi?” Cavab verdilər: "İlahi, (şahid ol ki,) bəli!” Peyğəmbər buyurdu: "İlahi, şahid ol!” Daha sonra dedi: "Mən möminlərə nisbətdə onların özlərindən ütün deyiləmmi?” Dedilər: "Bəli!” Beləliklə, sənin əlindən tutub buyurdu: "Mən kimin vəli və rəhbəriyəmsə, bu Əli də onun vəlisi və rəhbəridir! İlahi, onu sevəni sev, onu düşmən biləni düşmən bil, ona yardım edənə yardım və onu xar edəni xar et!” Nəticədə, Allahın sənin haqda Peyğəmbərinə nazil etdiklərinə az bir zümrədən başqa, kimsə iman gətirmədi və onların (iman gətirməyənlərin) çoxuna da ziyandan başqa bir şey artırılmadı! Şübhəsiz, onların xoşuna gəlməsə də, Allah-Taala bundan öncə də sənin uca məqamınla bağlı ayə nazil etmişdi: "Ey iman gətirənlər, sizdən kimsə öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni (sizin yerinizə) gətirər. (Onlar) möminlərin qarşısında müti və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu, (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah genişləndirən və biləndir. Həqiqətən, sizin rəhbəriniz və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və namaz qılıb rüku halında zəkat verən iman gətirənlərdir. Kim Allahı, Onun Peyğəmbərini və iman gətirənləri (öz) ixtiyar sahibi və rəhbəri kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz, Allahın firqəsi – məhz onlar qalibdir!” Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra qəlblərimizi (imandan) döndərmə və bizə Öz tərəfindən rəhmət bəxş et! Həqiqətən, bəxş edən yalnız Sənsən! İlahi, biz bilirik ki, həqiqətən, bu, Sənin tərəfindən olan bir həqiqətdir. Elə isə onunla müxalifətçilik və ona qarşı təkəbbür edən, onu təkzib və küfr edənə lənət yağdır! Tezliklə, zülm edənlər axır-aqibətlərinin necə olacaqlarını biləcəklər! Salam olsun sənə, ey Əmirəlmöminin, ey vəsilərin sərvəri, ey ibadət edənlərin birincisi və zahidlərin ən üstünü! Allahın rəhmət, bərəkət, salavat və salamı olsun ona! Sən özün xoşladığın halda, yeməyi Allaha xatir miskin, yetim və əsirə verdin, onlardan heç bir muzd və təşəkkür istəmədin! Allah-Taala sənin uca məqamın haqda belə buyurur: "Özləri ehtiyaclı olduqları halda, onları özlərindən üstün tutarlar! Öz nəfsinin paxıllığından amanda qalanlar – məhz onlar nicat tapanlardır!” Sən qəzəbinə qalib gəldin və camaatı əfv etdin! Allah yaxşılıq edənləri sevəndir! Sən sıxıntı və çətinlik zamanı səbir etdin, (ümumi əmlakı ümmət arasında) bərabər bölüşdürdün, rəiyyət arasında ədalətlə rəftar etdin, ilahi hüdud və hökmlərə camaatdan daha elmli idin! Allah-Taala Öz fəzlindən sənə verdiyi mənfəət barədə belə xəbər verir: "Görəsən, iman gətirən şəxslə fasiq şəxs (iman gətirməyən) birdirmi? (Əsla,) bir deyillər! İman gətirərək xeyirxah işlər görən kəslər üçün etdikləri əməllərin mükafatı olaraq "Məva” cənnətləri vardır.” Quran elmi, "təvil” hökmləri və Peyğəmbərin aşkar buyruqlarını bilmək, insanların görəcəyi çətin dayanacaqlar və tanınmış məqamlar, eləcə də, gözlərin bərəldiyi, canlar boğaza yetişdiyi, Allah barədə müxtəlif gümanlar edildiyi, həmin anda möminlərin imtahan olunduğu və şiddətlə şübhəyə düşdükləri, münafiq və qəlblərində xəstəlik olanların "Allah və onun Peyğəmbəri bizə yalandan başqa bir vəd etməmişdir” – dediyi sözləri, onlardan bir dəstənin "Ey Yəsrib əhli, qalmağın yeri yoxdur, qayıdın!” – deyə elan etdiyi və bir dəstənin də Peyğəmbərdən "evlərimiz mühafizəsiz qalmışdır” – halbuki, mühafizəsiz deyildi – deyə (geri qayıtmaq üçün) icazə istədiyi və məqsədlərinin fərar etməkdən başqa bir şey olmadığı "Bədr” və "Əhzab” döyüşləri kimi tarixi günlər (hadisələr) sənə məxsus və sənin üçündür! Allah-Taala buyurur: "Möminlər (kafir) dəstələri gördükdə dedilər: "Bu, Allah və Onun Rəsulunun bizə vəd etdiyidir! Allah və Onun Rəsulu doğru demişdir! (Bu), onlarda iman və müti olmaqdan başqa bir şey artırmadı.” Sən onların adlı-sanlı qəhrəmanını – Əmr ibn Əbdəvüdü öldürdün və onların dəstələrini dağıtdın. Allah kafirləri qəzəbli olduqları və qənimət əldə etmədikləri halda geri qaytardı. Allah döyüşdə möminlərə yetərli oldu! Allah qüdrətli və qadirdir! "Ühüd” döyüşündə "(bir dəstənin döyüş meydanından) uzaqlaşıb heç kəsə etimad etmədiyi və Peyğəmbərin də onları arxalarınca çağırdığı” zaman, sən şücaətlə Peyğəmbəri sağ və sol tərəfdən inadkar müşriklərdən qoruduqda, Allah da onları qorxduqları halda sənin və o həzrətin ətrafından dəf etdi! Beləliklə, Allah sənin sayəndə məğlub olmaqda olan qoşuna yardım etdi. Quranın da "Sayınızın çoxluğu ilə öyündüyünüz zaman, bu, sizə heç bir fayda vermədi və yer öz genişliyi ilə sizə dar gəldi, sonra isə qaçmağa başladınız. Daha sonra Allah Peyğəmbəri və möminlərə aramlıq nazil etdi!” – buyruğuna əsasən, "Hüneyn” döyüşündə iştirak edən "möminlər”də məqsəd sən və sənin ətrafındakılardır. Əmin Abbas qaçanlara "Ey "Bəqərə” surəsinin səhabələri, ey ağac altındakı beyət əhli!” – deyə fəryad etdiyi zaman, nəhayət, bir dəstə ona cavab verdi və sən onların əzab-əziyyət çəkdikləri zaman özünü yetirdin və onların köməyinə çatdın! Onlar qayıtdıqları üçün cihadın savabından naümid olsalar da, Allahın tövbə ilə bağlı verdiyi vədinə ümid bəslədilər. Bu, böyük Allahın buyurduğu kəlamdır: "Bundan sonra Allah istədiyi kəsin tövbəsini qəbul edər.” Sən həmin gün səbir məqamı və böyük mükafata nail oldun. "Xeybər” döyüşündə də bundan əvvəl düşmənə arxa çevirməyəcəkləri ilə bağlı Allahla əhd-peyman bağlayıb, əhdi pozmağın cəzasının şiddətli olacağını bilsələr də, Allah münafiqlərin süstlük və zəifliyini aşkar etdi və kafirlərin ardı-arasını kəsdi. Həmd olsun aləmlərin Rəbbinə! Ey mənim sərvərim, kamil höccət, aşkar yol və böyük nemət, aydın dəlil sənsən! Allahın sənə əta etdiyi fəzilət və üstünlüklər sənə halal və nadan düşmənlərin məhv olsun! Peyğəmbərlə bərabər bütün döyüşlərdə iştirak etdin, döyüş bayrağını əlinə alıb irəli düşdün və o həzrətin hüzurunda qılınc çalıb döyüşdün. Bununla yanaşı, əsas tədbir və işlərdə uzaqgörən olduğun üçün Peyğəmbər səni əmir və qoşun başçısı təyin edirdi, sənə göstəriş verən və əmir yox idi! Sənin təqva və pəhrizkarlığın bir çox işləri yerinə yetirməyə mane olduğundan, həmin işlərdə nəfslərinə uyanlar və cahillər sənin çarəsiz və bacarıqsız olduğunu və bir şey görə bilmədiyini güman edirdilər. Allaha and olsun ki, belə güman edənlər yolu azmış və hidayət olmamışlar. Sən bu sayaq güman edən və irad tutanlara öz sözlərinlə açıq-aşkar belə buyurdun: "Sənə Allahın salamı olsun! Bəzən çarə axtarışında olan və zirək bir şəxs çarə yolunu bilsə də, ilahi təqva ona mane olur və bilərəkdən onu tərk edir, amma dini məsələlərdə heç bir qorxusu olmayan şəxs həmin fürsəti qənimət bilir.” Sən doğru dedin və batilə aldananlar isə ziyana uğradılar! Səninlə beyəti pozan və sənə qurğu qurub: "Biz "ümrə” əməlini yerinə yetirmək niyyətindəyik” deyən iki şəxsə (Təlhə və Zübeyrə) belə buyurdun: "Öz canınıza and olsun ki, siz "ümrə” niyyətində yox, beyəti pozmaq fikrindəsiniz!” Elə bu səbəbdən, onlardan beyətini geri götürdün və onların beyətini təzələdin! Amma onlar öz nifaqlarına (pis əməllərinə) qayıtdılar və sən onları işlərindən xəbərdar etdikdə, özlərini bilməməzliyə vurdular, öz işlərindən əl çəkmədilər, heç bir mənfəət əldə etmədən, sonda ziyana uğradılar. Daha sonra Şam əhalisinin hadisəsi meydana çıxdı və sən onlar üçün heç bir bəhanəyə yer qoymadıqdan sonra onlara doğru hərəkət etdin. Onlar haqq dini qəbul etmədi və Quran barədə düşünmədilər. Onlar iradəsiz, ağılsız və yolunu azdıqlarından Allah sənə itaəti əmr, möminləri sənə yardıma dəvət etdiyi və "Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birgə olun!” – deyə buyurduğu halda, sənin məqamınla bağlı Məhəmmədə (s) nazil olanlara kafir oldu və sənin müxaliflərinə yardım etdilər. Ey mənim sərvərim, camaat haqdan uzaqlaşdıqları halda, haqq sənin vasitənlə aşkar oldu. Sən peyğəmbərlərin sünnələrini köhnəlib məhv olduqdan sonra dirçəltdin, Quranın təsdiqlədiyi üsulla İslam düşmənləri ilə mübarizədə irəli keçdin və Quran "təvili”nin gerçəkləşməsi üçün cihadın fəziləti sənə məxsus edildi. Batilə dəvət edib, haqsız hökm verən, qəsbkarlıq və zorakılıqla hökmranlıq edən və tərəfdarlarını cəhənnəmə tərəf dəvət edən şəxs sənin və Allahın düşməni, Onun Rəsulunu inkar edəndir. Beləliklə, Əmmar mübarizə apardığı halda iki qoşun arasında belə fəryad edirdi: "Köç edin, köç edin cənnətə tərəf! ” Su istədiyi zaman ona su yerinə süd verdikdə, "təkbir” (Allahü-əkbər) səsini ucaldıb dedi: "Allahın Rəsulu mənə buyurmuşdu ki, sənin dünyada içdiyin sonuncu şey süd olacaq və səni zalım firqə qətlə yetirəcək!” Bu halda Əbüladiyə Fəzari onun başının üstünə gəlib, onu qətlə yetirdi. Qiyamət gününə qədər Allahın, mələklərin və bütün peyğəmbərlərin lənəti olsun Əbüladiyə və müşrik və münafiqlərdən sənin üzərinə qılınc çəkən, sənin də onlara qılınc çəkdiyin kəslərə və ey Əmirəlmöminin, sənə ağır gələnlərə sevinən, narahatçılıq keçirməyən, gözlərini döyərək (pislikləri) inkar etməyən, yaxud sənin əleyhinə əli və dili ilə yardım edən, yaxud sənə yardım etməyən, sənin kənarında cihaddan boyun qaçıran və yaxud fəzilətini görməzdən gələn, haqqını inkar etdikdən sonra qadınların sərvəri, pak-pakizə və düzdanışan Zəhranın "Fədək” torpağını qəsb edən, həmçinin Allah-Taala sizin məqamınızı ümmətdən üstün etdiyi, dərəcənizi yüksəltdiyi və bütün məxluqata sizin şərafət və fəzilətinizi aşkar etdiyi və bütün çirkinlikləri siz Əhli-beytdən uzaqlaşdırdığı halda, sənin və sənin nəslindən, seçilmiş Peyğəmbərin (Allahın salamı olsun sizə) Əhli-beytindən olan iki şəxsin şahidliyini rədd edən kəslərə! Allah buyurur: "Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə dözməz, bir xeyir yetişdikdə xəsis və simic olar. Namaz qılanlar istisnadır.” Ey vəsilərin sərvəri, Allah-Taala bütün məxluqat arasından peyğəmbər Mustafanı və səni istisna etmişdir! Elə isə sənin haqqını ödəməkdə zülmə yol verən, sonra onu hiylə və zorla əhlindən uzaqlaşdırdıqları halda, Peyğəmbərin yaxınlarının payını sənə borc verən kəs nə qədər də kordur! İş (hakimiyyət) sənin ixtiyarına keçdikdə, o iki nəfər səninlə rəftar etdiyi kimi, sən də Allahın mükafatına müştaq olduğun üçün onların əməllərinə etina etmədən onlarla özləri kimi rəftar etdin. O iki nəfərin səninlə qarşıdurması peyğəmbərlərin (Allahın salamı olsun onlara) yalqız qalıb, köməkləri olmadıqları halına oxşadı. Həmçinin sənin Peyğəmbərin yerində yatmağın İsmailin (salam olsun ona) qurban kəsilməsinə bənzədi; belə ki, sən də onun kimi səbirli oldun, mükafat ümidi ilə qəbul və itaət etdin. İbrahim ona: "Ey oğlum, mən yuxuda gördüm ki, səni qurban kəsirəm, bu barədə sənin fikrin nədir?” – dediyi zaman, cavab verdi ki, "Atacan, sənə əmr olunanı yerinə yetir və inşallah, mənim səbirli olduğumu görəcəksən!” Həmçinin Peyğəmbər (Allahın salamı olsun ona və Əhli-beytinə) səni öz yerində yatırdıb, onun canını qorumaq üçün yerində uzanmağını əmr etdikdə, sən müti halda əmrini yerinə yetirməyə tələsdin, ona itaət etdin və özünü ölümə hazırladın. Allah-Taala sənin itaətinin əvəzi olaraq bu xeyirxah işin üzərindən pərdəni götürməklə (onu faş etməklə) təşəkkür edib buyurdu: "İnsanlardan eləsi də var ki, Allahın razılığı müqabilində öz canını satır.” Daha sonra quranları hiylə olaraq nizələrə keçirdikləri, şəkk-şübhənin baş qaldırdığı, haqqın bir tərəfdə qaldığı və gümanlara tabe olunduğu "Siffeyn” döyüşündə çətinliklərlə üzləşdin. (Bu halda) sənin çətinliyin Musanın öz qövmünə rəhbər təyin etdiyi və camaatın onun ətrafından dağıldığı Harunun çətinliyinə bənzədi. Harun fəryad edərək deyirdi: "Ey camaat, buzova pərəstiş etməklə hiyləyə aldandınız! Həqiqətən, sizin Rəbbiniz rəhman Allahdır, mənə tabe olun və əmrlərimə itaət edin!” Onlar cavab verdilər: "Musa bizim yanımıza qayıdana qədər biz ona pərəstiş edəcəyik!” Bu minvalla, quranlar nizələrdə yuxarı qaldırılan zaman, sən onlara dedin ki, ey camaat, həqiqətən, siz onlara aldanaraq hiylələrinə tovlandınız, amma onlar səninlə müxalifətçilik və sənə itaətsizlik etdilər, hər iki tərəfdən hakim təyin edilməsini istədilər. Sən onlara qarşı çıxdın, onların bu əməllərindən Allaha pənah apardın və nəhayət, məsələni onların öhdəsinə qoydun. Haqqın üzərindən pərdə götürülüb, batil aşkar olduqdan, öz xətaları və haqdan üz çevirdiklərini etiraf etdikdən sonra ixtilafa düçar oldular. Səni razı olmadığın, amma özlərinin istədiyi, sənin qadağan etdiyin, onların isə doğru hesab etdikləri səfeh hakimliyi (həkəmiyyəti) qəbul etməyə vadar etdilər. Bu, onların mürtəkib olduğu günah idi. Sən bəsirət və hidayətlə rəftar etdin, onlar isə azğınlıq və korluqları ilə nifaqa israr edib, azğınlıqlarında qaldılar. Sonda Allah onlara əməllərinin nəticəsini dadızdırdı, sənin qılıncınla düşmənləri kənarlaşdırdı və onlar bədbəxt oldular. Sənin höccətin sayəsində doğru yola yönəlib səadətə çatanlar adları əbədi olaraq yaşandı. Səhər-axşam, səfərdə və iqamətgahında Allahın salamı olsun sənə! Tərifləyənlər səni vəsf edə, eyib axtaran və bədxahlar da sənin fəzilətini məhv edə bilməzlər! Sən ibadətdə bütün insanların ən üstünü, zahidlikdə ən ixlaslısı, dini müdafiə etməkdə hamıdan ciddi idin! Sən Allahın hüdudlarını təlaşınla bərpa etdin, dindən çıxanların qoşunlarını məğlubiyyətə uğratdın, cüzi tədbirin və qılıncınla müharibə alovunu yatırdın, şübhə pərdələrini öz bəyanınla yırtdın, batil libasını xalis və aşkar haqqın sayəsində kənara tulladın, Allahla bağlı tənə vuranların tənəsi sənə təsir göstərmədi, Allahın sənin uca məqamınla bağlı tərifi səni tərif edənlərin tərifi və vəsf edənlərin vəsfindən ehtiyacsız etdi. Allah-Taala buyurur: "Möminlər içərisində elələri də var ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağladıqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzərlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.” Əhdi pozanlar, ilahi hədləri aşıb dindən çıxanları qətlə yetirdiyin zaman, Allah və Onun Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) verdiyi vədinin doğruluğunu gördün. Sən də öz əhdinə vəfa etdin və Allah tərəfindən aşkar dəlilə əsaslandığın, işlərində bəsirətli olduğun, Allahla etdiyin ticarətin nəticəsinə müştaq olduğun və onun ən böyük feyz və qurtuluş olduğu üçün dedin ki, görəsən, bu saqqalın başımın qanına boyanmaq vaxtı çatmayıbmı? Nə vaxt ümmətin ən bədbəxt insanı bu işi öz öhdəsinə götürəcək? İlahi, Sənin peyğəmbərlərin və onların canişinlərini öldürənlərə lənət et və onları ən yandırıcı cəhənnəmə at! Sənin vəlin və höccətinin haqqını qəsb edən, onunla əhdini inkar edən və dini kamilləşdirdiyin gün onun vilayətinə əmin olduqdan və onu iqrar etdikdən sonra inkar edənlərə lənət et! İlahi, Əmirəlmöminin Əlini qətlə yetirən, ona zülm edən, ona zülm edənlərə tabe olan və yardım edənlərə lənət et! İlahi, Hüseynə zülm edən, onu öldürən və düşmənlərinə yardım edən, qətlinə razı olan və onu yalqız qoyanlara şiddətli şəkildə lənət et! İlahi, Məhəmmədin Əhli-beytinə zülm edən və haqlarına mane olan birinci zalıma lənət et! İlahi, Məhəmmədin Əhli-beytinə zülm edən və haqlarını qəsb edən birinci zalıma, həmçinin dində bidət qoyanlara tabe olanlara qiyamət gününə qədər lənətini şamil et! İlahi, peyğəmbərlərin sonuncusu Məhəmmədə, vəsilərin sərvəri Əli, onun pak övladlarına salam yetir və bizi ona sarılan, vilayətindən bəhrələnən və amanda qalıb səadətə çatan – qorxu və kədəri olmayanlardan qərar ver!
    Müəllif deyir:-”Bu ziyarətin nəql olma sənədinə işarə etdik. Bu ziyarəti uzaqdan və yaxından oxumaq olar. Bu ziyarətin çox böyük faydası vardır. İbadət əhli və vilayət şahı Əlinin (ə) aşiqləri onu hər zaman oxumağı özlərinə qənimət biləcəklər. 
    3. Bu ziyarəti "İqbal”da imam Sadiqin (ə) belə buyurduğu nəql olunub:- "Hər zaman Qədir-Xum bayramında Əmirəl-möminin Əlinin(ə) qəbrinin yaxınlığında olsan həzrətin qəbrinin kənarına gedib namaz qıl və dua et. Əgər uzaq şəhərlərdə olsan həzrətin qəbri olan tərəfə işarə et. Ziyarətnamə belədir:
    İlahi, Öz nümayəndən, Peyğəmbərinin qardaşı, vəziri, həbibi, dostu, sirrinin məkanı, yaxınları arasından təyin etdiyi, canişini, seçdiyi, xas və xalis dostu, əmanətdarı, köməkçisi, ona iman gətirən xanədanı arasından ən şərafətlisi, övladlarının atası, hikmətinin qapısı, höccəti ilə danışan, şəriətinə dəvət edən, sünnəsinə əməl edən, ümməti arasında xəlifəsi, müsəlmanların sərvəri, möminlərin əmiri və başıuca insanların rəhbərinə salam yetir; elə bir salam ki, yaratdıqların, seçdiyin şəxslər və peyğəmbərlərinin canişinlərindən birinə göndərdiyin salamdan fəzilətli olsun! İlahi, şəhadət verirəm ki, həqiqətən, o, Sənin Peyğəmbərin (Allahın salamı olsun ona və Əhli-beytinə) tərəfindən öz öhdəsinə götürdüyünü (camaata) çatdırdı, qorumağa məmur olunduqlarını layiqincə qorudu, ona tapşırılanları hifz etdi, halalını halal və haramını haram bildi, hökmlərini bərpa etdi, (insanları) yoluna dəvət etdi, dostlarını dost, düşmənlərini düşmən bildi, Sənin razılığın yolunda səbirlə, Sənə əsla arxa çevirmədən, əhdini pozan "nakisin”, hökmündən və haqdan dönən "qasitin” və əmrinə qarşı çıxan "mariqin”lə mübarizə apardı. Sənin yolunda qınaqçının qınağından qorxmadı, hətta Sənin razılığını əldə edib qəza-qədərinə təslim oldu, Sənə ixlasla ibadət etdi, Sənin razılığın uğrunda ciddiyyətlə xeyirxahlıq göstərdi və nəhayət, ölüm vaxtı yetişdi və şəhadət, səadət, vilayət, təqva, razılıq, pakizə, hidayət edən və hidayət olunmuş məqamı ilə ruhunu əbədiyyətə qovuşdurdun. İlahi, peyğəmbərlərin və seçdiyin kəslərdən birinə göndərdiyin salamın ən fəzilətlisini Məhəmməd və ona göndər, ey aləmlərin Rəbbi!
    Müəllif deyir:- "Seyid "Misbahuz-zair”də bu günə aid başqa ziyarət nəql etmişdir, amma bu günə məxsus olması məlum deyil. Bu iki ziyarətdən ibarətdir ki, Əllamə Məclisi onu "Töhfə”nin ikinci və üçüncü ziyarəti kimi gətirmişdir.”
     
     
    Kitabın adı: Məfatihul Cinan
     
     
     
    Bölmə: Qədir-Xum / Ziyarətnamələr
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 2 Ekim 2015 13:19 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun butun muselman ehli  Eli wiyeleri bayraminizi tebrik edirem "Həmd olsun o Allaha ki, bizləri Həzrət Əmirəl-mömininin (ə) vilayətində qərar verib”. oxumagi cox  isderdim dilin duali olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 2 Ekim 2015 12:22 | İstifadəçi | Şərh yazdı
    Cox sag ol bacim ,Basda Imam Zaman (e.f) agamiz olmaqla  butun muselman baci ve qardaslari Qedir Xum bayrami munasibeti ile ureyden tebrik edirem. Qoy Allah butun Imam Eli (e) sevenlerin axiretlerini agamla mehsur elesin .Allah butun edilen oruc, namaz ve dualarinizi  qebul etsin in se Allah amin  .

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.