» » Behiştin dəyəri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Behiştin dəyəri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 29-09-2015, 16:00 | Baxılıb: 839
     
     
    Behiştin dəyəri

    Allahı tanıyaraq Ona təhlil deyən, əməldə bütün saxta məbudlardan üz döndərib Allahdan qeyrisinə itaət etməyən insan behiştin dəyərini hazırlamağa başlamışdır. Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Allah-Taala buyurmuşdur: «Tövhid (Allahın birliyinə inam) Mənim qalamdır. Mənim qalama daxil olan kəs əzabımdan amandadır».
    Həzrət Peyğəmbər (s) buyurur: «Tövhid neməti əta olunmuş şəxsin mükafatı yalnız behiştdir».40 «Allaha yəqinliyi olan halda ölən şəxs behiştə daxil olar».
    İmam Sadiq (ə) buyurur: «La ilahə illəllah demək behiştin dəyəridir.» «Xalisliklə la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bu işdə xalislik odur ki, bu sözlər insanı Allahın haram buyurduqlarından çəkindirsin».
    İslam Peyğəmbəri (s) buyurmuşdur ki, «la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bir kişi İmam Baqirin (ə) yanına gəlib, bu hədis haqqında soruşdu. İmam (ə) buyurdu: «Rəvayət doğrudur, amma şərtləri var və bu şərtlərdən biri mənəm».
    Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun şərtləridir. Allahı tanıyıb, Onun birliyini təsdiq edən, peyğəmbərliyi və imaməti qəbul edən, dinin göstərişlərinə tabe olan şəxs yeganə doğru yolu tapmışdır. Tövhid kölgəsində bütün xeyir əməllər qəbuldur və qəflətdən baş vermiş günahlar tövbədən sonra bağışlanır. Tövhiddən kənarda isə heç bir əməl qəbul olunmur və ən kiçik günah belə bağışlanmır.
    Tövhid əhli ağır günaha görə qiyamət əzabına düçar olsa, belə tövhid sayəsində qurtulur.
    Həzrət Peyğəmbər (s) Cəbrailə buyurdu: «Mənim üçün cəhənnəmi təsvir et». Cəbrail cəhənnəmi və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir? Mələk dedi: «Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləridir. Onlar böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlərdir». Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün Həzrətin (s) ziyarətinə gəlmiş Zəhra (s) gördü ki, Həzrət (s) üzünü torpağa qoyub ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) Cəbrailin dediklərini Zəhraya çatdırdı və buyurdu: «Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur.» Həzrət Zəhra (ə) ərz elədi: «Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gələcəklər?» Buyurdu: «Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşarlar, Maliki (Cəhənnəmin böyüyü olan mələk) gördükdə dad-fəryad qoparar və ona belə yalvararlar: «bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq.» Malik möhlət verdikdə o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!
    Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: «La ilahə illəllah.» Bu zaman od onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, «ey od, onları bürü!» Od deyər: «Dillərində pak «la ilahə illəllah» kəlməsi olan halda onlrı necə bürüyə bilərəm?» Malik yenə qışqırar ki: «Onları bürü!» Lakin Haqq tərəfindən xitab olunar ki, «üzlərini yandırma, çünki Allaha səcdə etmişlər, və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər.» Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.
    Bir neçə müddətdən sonra Cəbrailə nida olunar: «Ümmətin günahkarlarının halı necədir?» Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: Bu gözəl üzlü şəxs kimdir görəsən? Cavab verilər: Bu, Cəbraildir – o ki, dünyada həzrət Məhəmmədə (s) vəhy gətirirdi. Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: Bizim tərəfimizdən Məhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar.
    Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: «Ümmətimin günahkarlarını Cəhənnəmə apardın, indi də onları mənə bağışla.» Xitab yetişər: «Onları sənə bağışladım.» Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından əvvəlcə «eynül-həyat» adlı bulağa aparılarlar. Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər və pak-pakizə olarlar, alınlarında isə belə bir ifadə yazılar:
    «Mehriban Allahın oddan azad etdiyi şəxslər.» Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birlərinə göstərib deyərlər: «Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər.»
    Belə olduqda onlar deyərlər: «Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil.» Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından yox olar.» 


    Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
    Müəllif: Hüseyn Ənsarian

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 29 Eylül 2015 23:48 | Redaktor | Şərh yazdı
    Mehriban ve bağışlayan Allah bize rehm etsin bizi cehenemm ezabından qorusun Amin.Allah razı olsun bacım ellerin derd görmesin sayende oxuyub öyrenirik çox sağ ol Allah seni behiştle sevindirsin Amin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.