Allah yanında əmanət sandığı
"Allah kərimdir”, deyirik, düzdür. Amma əgər Allahı doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə üçün dünya işlərində Onu kərim hesab etmirik?! Mə”lum olur ki, dediyimiz sözlər səmimi deyil.
Əgər doğrudan da, öz gələcəyinizi tə”min etmək istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki, Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü, bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-ci ayə)
Qur᾽anda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki, onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda çətin bir gün var.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb