Qohumluq əlaqələri
Körpünün əvvəlində insanın qarşısını kəsərlər. Qur᾽ani Kərimin "Nisa” surəsində buyurulmuşdur: "...Qohumluq əlaqələrinizi kəsməkdən həzər edin!” Ey qardaşı, atası, anası ilə əlaqələrini kəsənlər, bu əlaqələri kəsməyin (qət”i-rəhim etməyin). Qət”i-rəhimin dünyada da pis əsərləri vardır-ömür qısalar, malın bərəkəti gedər. Eləcə də, axirətdə Siratın ilk dayanacağında sorğu edilər. Əgər qohumlarınızdan xəstəsi varsa, onun yoluxmasına gedin, əgər möhtacdırsa, əl tutun, istəyini yerinə yetirin, lazım olanda görüşünə gedin.
Sözə və mala xəyanət
Növbəti Sirat dayanacağı əmanətdir. Əmanət təkcə mal (pul, əşya) deyil. Əgər bir şəxs sizə bir sözü əmanət demişsə ki, başqasına deyilməsin, bu sözü birinə desəniz, əmanətə xəyanətdir. Əgər bir şəxs mal götürüb, evini girov qoyubsa, vaxtında pulunu versə, evini qaytarmasan, xəyanət etmisən. Həmçinin bir şəxsin evini, dükanını icarəyə götürüb, vaxtı tamam olanda geri qaytarmırsansa, istər söz, istərsə də əməldəki xəyanətin sorğusu olunacaq.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb