» » » Hikmət sahibləri, zahidlər və abidlərin nəsihətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hikmət sahibləri, zahidlər və abidlərin nəsihətləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-09-2015, 18:00 | Baxılıb: 2 196
     
     
    Hikmət sahibləri, zahidlər və abidlərin nəsihətləri

    ◘Bir abiddən soruşdular: "Nə haldasan?” Cavab verdi: "İki nemətin arasındayam; bol ruzi və örtülmüş günahlar.”
    ◘Başqa birisi deyir: "Ağıllı adamın gərək iki güzgüsü olsun. Biri ilə öz pis işlərini görüb özünü kiçik hiss etsin və bacardığı qədər özünü islah etsin. Digəri ilə isə başqalarının yaxşılıqlarını görüb bacardığı qədər yaxşı iş əldə etməklə özünü bəzəsin.
    ◘İki şey var ki, var olduqca qədrini bilmirlər; biri sağlamlıq, digəri cavanlıq.
    ◘Bir həkimdən (hikmət sahibindən) soruşdular ki, "Sahibinə paxıllıq edilməyən nemət və sahibinə ürək yanmayan bir bəla tanıyırsanmı?” Dedi: "Bəli. Həmin nemət təvazökarlıq və həmin bəla isə təkəbbürdür.”
    ◘Əbdüllah Cəfər bir dirhəmdən ötrü alverçi ilə çənə-boğaz olmuşdu. (Yəni, ondan satdığı şeydən bir dirhəm də düşməsini istəyirdi.) Ona dedilər: "Sən bu qədər səxavət və bəxşişinlə bir dirhəmdən ötrü çənə-boğaz olursan?!” Dedi: "Orda malımdan bağışlayıram, burda ağlıma simiclik edirəm ki, aldanmayam.
    ◘Bir zahiddən soruşdular: "(Allahın təqdirinə) razı kimdir?” Dedi: "Əlinə gələn şeydən ötrü şad olmayan və əlinə gəlməyən şeydən ötrü qəm çəkməyən.”
    ◘Başqasından soruşdular: "Zahid kimdir?” Dedi: "Az vasitəsi ilə özü üçün qüvvət əldə etsin (yəni, qüvvətlənəcəyi miqdarda olan aza qane olsun) və ölümə hazır olsun.”
    ◘İmam Zeynəlabidindən (ə) soruşdular: Zahid kimdir? Buyurdu: Lazım olan miqdardan azı ilə keçinsin və ölümə hazır olsun.
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "Yaxşı əməl sahibi və xoşxasiyyət olmaq şəhərləri abad, ömürləri uzun edər.”
    ◘Yəhya ibn Məaz deyir: "Təvazökarlıq hər şeydən yaxşıdır, lakin varlı-dövlətlilərdə olmağı daha yaxşıdır. Təkəbbür hər şeydən pisdir, lakin fəqirlərdə olmağı daha pis.”
    ◘Hədisi-qüdsidə buyurulur: "Mənim yanımda oruc və (boş-boş danışıqdan) sükut etməkdən də gözəl ibadət yoxdur. Oruc tutub sükuta riayət etməyən kəs namaz qılıb namazında heç bir şey oxumayan şəxsə bənzəyir. Belə şəxs də təkcə ayaq üstə durmağın əvəzini alacaq, nəinki ibadətin.”
    ◘Başqa bir hədisi-qüdsidə buyurulur: "And olsun izzət və cəlalıma! İbadətin əvvəli sükut və orucdur. Bəndə gərək boş-boş danışıqdan (lazımsız sözlərdən) çəkinsin. Mən saleh və sükut edənlərin qəlblərini abad, boş-boş, mənasız danışanlarınsa qəlblərini viran edərəm.”
    ◘Başqa bir hədisdə Allah buyurur: "Elə ki, bəndə qarnını boş, dilini isə (lazımsız, yersiz və günah) danışıqdan qıfıllayır Mən ona hikmət öyrədirəm.”
    ◘İbn Əbi deyir: "Hind oğlu Davud ailəsinin də xəbəri olmadan qırx il oruc tutmuşdu. O, xəz dəri satmaqla məşğul idi. Gündüzlər evdən özü ilə yemək götürür, yolda onu fəqir və yoxsullara verirdi. Axşam iftar vaxtı isə qayıdır, öz ailəsi ilə yemək yeyirdi.
    ◘Harisin oğlu Bişr deyirdi: "Moizə (ibrət almaqdan) ötrü bu kifayətdir ki, bir qrup insan dünyadan gedib, lakin onları anmaq qəlblərə ruh verir və eyni zamanda, bir qrup insan da var ki, diridirlər, lakin onların xatirəsi qəlbləri öldürür.” O, belə bir məzmunda şer də oxuyurdu: "And olsun Allaha! Xurma tumunun ununu yeyib dərin quyuların şor suyunu içmək simiclikdən və qaş-qabaqlı və tutqun üzlərdən bir şey istəməkdən qat-qat əfzəldir. Allaha təvəkkül et! Həqiqətən bu iş, sözün həqiqi mənasında, ehtiyacsızlıq və faydalı bir ticarətdir. Tamahı boğmaq izzətə səbəb olar. Tamah isə insanı rüsvay və zəlil edər.”
    ◘Yenə də Bişr deyir: "İki xüsusiyyət insanları həlak etdi: "Qeybət və özünübəyənmək.”
    ◘Pluton deyir: "Aclıq buluddur, elm və helm isə yağış. Toxluq da buluddur, cəhl və axmaqlıq yağış. Nadan öz-özünün düşmənidir. Necə başqalarına dost olsun?! Himmət və səyi qarnı olan şəxsin mükafatı qarnının boşaltdığıdır.”
    ◘Bir hikmət sahibindən soruşdular: "Hansı xüsusiyyətin nəticəsi yaxşıdır?” Dedi: "Allaha iman və ata-anaya yaxşılıq etməyin.”
    ◘Hippokrat deyir: "Bir şəxsin axmaqlığı iki şeydən məlum olar. Biri yersiz söz deməkdən və soruşmamış cavab verməkdən.”
    ◘Hikmət sahibləri deyiblər: "Faydasız sözlərdən çəkin. Bu iş gizlin eyibləri aşkar edər və yatmış düşmənçilikləri oyadar.”
    ◘Çox danışan adamın səhvi də çox olar. Başqalarına da həqarətləbaxanlar kor olar.
    ◘Ağlın əlaməti az danışmaq, fəzilətin nişanəsi helm və böyük hövsələdir.
    ◘İsa (ə) buyurur: "Dünyanı üzü üstə yıxıb arxasına minən mənəm! Nə övladım var ki, ölsün və nə də evim var ki, xarab olsun.
    ◘Əbuzər deyir: "İki məclisdən başqa məclisdə oturma. Biri odur ki, orada Allahdan halal ruzi dilənir, digəri isə axirətdən ötrü təşkil olunub. Başqa məclislərdə oturma, çünki heç bir faydası yoxdur. Sözünü (danışığını) iki yerə böl. Bir hissəsini axirət işlərinə, digərini isə halal ruzi tələb etməyə sərf et. Bu ikisindən başqa heç bir sözün faydası yoxdur. Malını da iki yerə böl. Bir hissəsini dolanışığın, digərini isə axirətin üçün sərf et. Başqa heç bir xərcin faydası yoxdur. Dünyanı keçmiş və gələcək arasında olan bir zaman hesab et. Keçmiş sənin əlindən çıxıb, gələcək də məlum deyil ki, əlinə gələcək, ya yox. İş görmə anı, elə əlində olan andır. İndi özün üçün qazan, əldə et və günahdan qorun. Əgər belə etməsən həlak olacaqsan.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "And olsun Allaha! Allah camaatdan iki şey istəyib. Biri odur ki, Onun nemətlərini iqrar etsinlər, O da həmin nemətləri artırsın və öz günahlarını etiraf etsinlər və O da bağışlasın.”
    ◘Loğman oğluna buyurdu: "Oğul, sinəndə iki ürəyin olsun. Biri heç bir təqsirin olmadığın halda da olsa Allah qorxusu ilə dolu, digəri, səni məğrur edib əməldən saxlamayacaq ümidlə dolu.”
    ◘Həzrət Davud (ə) Bəni-İsrailə buyurdu: "Qarnınıza pakdan başqa bir şey salmayın və ağzınızdan pakdan başqa bir şey çıxartmayın. (Birincisi halal yemək, ikincisi isə ləyaqətli sözə işarədir.)
    ◘İmam Riza (ə) buyurur: "Əli (ə) buyurub: "Həya və din əql ilə yanaşıdır. Əql hara getsə onlar da onu təqib edərlər.”
    ◘İshaq ibn Əmmar deyir: "Həmişə İmam Sadiqin (ə) məhzərinə gedəndə bizə tapşırırdı: "Düz danışın və əmanəti sahibinə qaytarın. Yaxşı, yaxud pis iş gördünüz bilin ki, bunların hər biri ruzinin açarıdır.”
    ◘Altıncı imam (ə) Səfvan Suriyə buyurdu: "Səfvan! İki xüsusiyyət var ki, hər kəsdə olsa o, behişt əhlidir. Biri odur ki, özünün xoşlamadığı işi Allahın xoşu gəldiyi üçün yerinə yetirir, digəri isə budur ki, özünün xoşladığı işi Allahın xoşuna gəlmədiyi üçün tərk edir. Sən bu iki halı əlindən buraxma. Mən də səninlə şərikəm.”
    ◘Bir nəfər İmamdan (ə) ona moizə etməsini istədi. İmam (ə) buyurdu: "İki fikri başınızdan çıxarın; fəqirlik və uzun ömürlüyü. (Yoxsulluqdan qorxmaq insanın fikri dağınıqlığına və fəaliyyət süstlüyünə səbəb olar. Ömrün uzunluğuna olan ümid isə əməlin təxirə düşməsinə və uzun-uzadı arzulara səbəb olar.)”
    ◘İmam Səccad (ə) buyurur: "Dünya yuxu, axirət isə oyaqlıqdır. Bu iki şeyin arasında insan röya və dağınıq yuxulara bənzəyir.”
    ◘İmam Cəfər Sadiq (ə) buyurur: "Böyüklərə hörmət, kiçiklərə mərhəmət etməyənlər bizdən deyil.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "İki mömin görüşən zaman elə ki, bir-birinə əl verirlər, Allah da öz (rəhmət) əlini onların əllərinin arasına daxil edir. Onlardan hansı daha istiqanlılıq və məhəbbətlə əl tutarsa Allahın da rəhməti ona daha çox şamil olar.”
    ◘Həsən Bəsri deyir: "Bu iki daş (qızıl və gümüş) keçib gedənləri həlak etdi. Sizi də həlak edəcək. Ayılın! Nə edirsiniz?”
    ◘O, yenə də deyir: "Öz dünyanı axirətə sat ki, hər ikisindən bəhrələnəsən. Əgər axirəti dünyaya satsan hər ikisində zərər çəkərsən.”
    ◘Hazim ibn Xüzeymə xütbə əsnasında deyib: "Yaxşılıqları (çətinliyin şiddətindən) məst edən, az yaşlıları isə qocaldan gün elə ağır və çətin bir gündür ki, şəri hamını bürüyəcək. (Yəni qiyamət günü.)”
    ◘Başqa birisi deyib: "Tamah ürəyə bitişmiş ipdir. Hərislik ayağa bağlanmış zəncirdir. Həmin ipi qəlbindən qıran şəxs bu zəncirdən də xilas olar.”
    ◘Başqa birisi də deyib: "Doğru danışmaq izzət, yalançılıq isə zillətdir.”
    ◘Başqa birisi deyib: "Alicənab insanlar mülayim xasiyyətli, xahiş və üzr qəbul edən, alçaqlar isə daşürəkli və kobuddurlar.”
    ◘Altıncı imam (ə) buyurur: "İki iş var ki, hər bir imanlı şəxsə vacibdir; elm öyrənmək və ruzi üçün çalışmaq. Elm dinin islahı, qazanc isə dünya dolanışığı üçündür. Elm axtarıb qazanc əldə etməyə səy göstərməyənlər Qiyamət səhnəsinə müflis və əliboş halda daxil olarlar.” 
    ◘İbn Abbas yoxsulluğun məzəmməti və ehtiyacsızlığın mədhi barədə deyir: "Camaat imkanlı şəxslərin ardınca daha çox gedib onlara daha çox etimad və itaət edir. Sanki, günəş nurunun arxasınca gedirlər, hətta, bəlkə, ondan da artıq! Varlı adam onların nəzərində sudan təravətli, səmadan uca, baldan şirin, güldən pakizədir. Onun səhvi düzgün, danışığı qəbul, məclisi əzəmətli, sözləri ürəyəyatandır. Lakin onların nəzərində yoxsul, biçarə, fəqir və miskinlər suya bənzər ilğımdan daha aldadıcı, qurğuşundan ağırdır. Daxil olanda salamını almazlar, görünməsə onu heç kəsdən soruşmaz, axtarıb-aramazlar, dalınca qeybət, üz-üzə gəldikdə məzəmmət edərlər, qəzəbini vecə almazlar, onunla əl verib görüşməyi dəstəmazın, həmd-surə oxumasını namazın batil olması hesab edərlər.”
    ◘İmam Sadiqdən (ə) rəvayətdir: "Dünyada "həsənə” (mənası "yaxşı”, "gözəl”dir və Quranda "rəbbəna atina fid-dünya həsənəh və fil-axirəti həsənəh” (Pərvərdigara, bizə dünyada da, axirətdə də yaxşılıq əta et) şəklində təkrarlanıb) iki şeydir; pak ruzi və gözəl xasiyyət. Axirətdə də "həsənə” iki şeydir; Allahın razılığı və behişt.”
    ◘İmam Həsən Müctəba (ə) buyurur: «"Həsənə” dünyada elm və ibadət, axirətdə isə behiştdən ibarətdir.»
    ◘Əli (ə) buyurur: «"Həsənə” dünyada ləyaqətli qadın, axirətdə isə behiştdən ibarətdir.»
    ◘Əli (ə) buyurur: «Dünyanı ona görə belə adlandırıblar ki, hər şeydən alçaqdır.» ("Dənaət” ərəb dilində alçaqlıq mənasındadır və "dünya” sözünün kökü də həmin sözdəndir.) O biri dünyanı da ona görə axirət adlandırıblar ki, "axırda” gəlir. (Yəni, bu aləmdən sonra gəlir.)
    ◘Dünyadan özünü dolandıracaq miqdarla qane olan şəxsə ən sadə yaşayış tərzi kifayət edər. Artıq istəyəni bütün dünya doydurmaz.
    ◘Biçarə Adəm övladının bir qarnı var ki, ona deyir: "Məni doldur, yoxsa səni rüsvay edərəm!” Elə ki, dolur, deyir: "Məni boşalt, yoxsa abrını bərbad edərəm!” Zavallı Adəm övladı ömrünü bu iki təhlükə arasında keçirir.
    ◘Əbu Hazimdən soruşdular: "Var-dövlətin nədən ibarətdir?” Cavab verdi: "İki şeydən; Allahdan razılıq və camaatdan ehtiyacsızlıqdan.”
    ◘Bax gör, axirətdə səninlə olmağını istədiyin şeyi elə bu gün də göndər; o şeyi də ki, istəmirsən axirətdə səninlə olsun, elə bu gün də tərk et.
    ◘Dünyanı tanıyan hər kəs nə onun vüsət və rifahından xoşhal olar, nə də bəla və kiriftarçılıqlarına üzülər.
    ◘Bu aləmdə olan bütün xoşluqların yanında bir xoşagəlməzlik var.
    ◘Etdiyin yaxşı işləri pis işlərindən daha artıq gizlət.
    ◘Mömindən gözlənilən ən üstün xüsusiyyət budur ki, özündən daha artıq qorxub, camaata daha artıq ümidvar olsun (yəni, özünü pis, başqalarını isə yaxşı bilsin.)
    ◘Bir hikmət sahibi deyir: "Dünyadan öz yaxşı əməllərinin bəhrəsini götürə bilməyən kəs axirətdən götürəcək.”
    ◘İmam Cəfər Sadiq (ə) buyurub: "Bəzən bir bəndə özünün Allah yanındakı yüksək məqamına var-dövlətinin tələf olması və bədəninin xəstəliyi vasitəsi ilə çatmalı olur.”
    ◘Peyğəmbərin (s) yanında biri hər namazından sonra oturub camaata dinin hökmlərini öyrədən, digəri isə gecə-gündüz namazla məşğul olan iki nəfərdən söz düşdü. Peyğəmbər (s) buyurdu: "Bunlardan birincisinin digərindən üstünlüyü, mənim sizin aranızda ən aşağı həddə olanınızdan üstünlüyüm kimidir.”
    ◘Yenə də buyurub: "Elm iki cürdür. Biri əməl donu geyinməyən dildə olan elm. Belə elm öz sahibindən ötrü höccətdir. (Yəni, nəyə görə bilirdin, amma əməl etmirdin?) Digəri isə qəlbə aid olan elmdir. Faydası olan elm də məhz budur ki, arxasınca əməl gəlir.”
    ◘Ariflərdən biri deyir: "İki sifət var ki, ondan da üstün sifət yoxdur: Allaha iman və müsəlmanlara fayda yetirmək. İki sifət də var ki, daha ondan alçaq sifət yoxdur; Allaha şərik qoşmaq və müsəlmanlara zərər yetirmək.
    ◘Peyğəmbər (s) buyurub: "Behişt kimi xoş bir şey görmədim ki, arxasınca olanlar (onun şövqündən) yuxuya dalmış olsunlar. Cəhənnəm kimi də qorxulu bir şey görmədim ki, ondan qaçanlar (onun qorxusundan) yatmış olsunlar.”
    ◘Bir arif deyir: "Asimandan aşağı gələn ən nəfis şey tövfiqdir (müvəfəqiyyət). Asimana gedən ən nəfis şey isə ixlasdır.” 
    ◘Digəri deyir: "Üzü qara olsun dünyanın! Hər kimə ehtiram göstərsə başqalarının yaxşılıqlarını ona mənsub edər, hər kimdən də üz döndərsə yaxşılıqlarını ondan alar.”
    ◘Pluton deyir: "Güzgüyə bax. Əgər üzün gözəldirsə, öz surətinə uyğun işlər gör. Yox, əgər üzün qeyri-mütənasibdirsə nalayiq işlərlə üzünü daha da eybəcərləşdirmə.”
    ◘Bir filosofdan soruşdular: "Hal və mal cəhətdən hamıdan pis vəziyyətdə olan kəs kimdir?” Dedi: "Bədgümanlığı ucbatından heç kəsə etibar etməyən və bədrəftarlığı ucbatından ona etibar olunmayan kəs.”
    ◘Nuh (ə) buyurur: "Dünyanı iki qapılı ev kimi tanıdım; birindən gəldim, digərindən gedirəm.”
    ◘Sələbi öz təfsirində nəql edir: "Bəxtişu” Harun ər-Rəşidin nəsranilərdən olan xüsusi məharətli təbibi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi: 
    "Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.”
    Vaqid dedi:
    − Allah-taala bütün tibb elmini yarım dənə Quran ayəsində xülasələndirib və buyurub:
    Yeyin, için, israf etməyin.
    Təbib dedi:
    − Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır?
    − Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: "Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!”
    Həmin nəsrani təbib dedi:
    − Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb.
     

    Müəllif: Ayətullah Meşkini
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 7 Şubat 2016 19:09 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun sayenizde faydalaniriq ve paylasiram halal edin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 1 Ekim 2015 15:59 | Redaktor | Şərh yazdı
    Allah razı olsun bacım çox faydalı nesihetlerdi ellerin var olsun.Allah seni qorusun Amin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.